Bu gün Qarabağda ilk sərgimizi təqdim edirik. Burada miniatürlərimizi sədəf üzərində mikromozaika üslubunda hazırlayırıq. İşimiz çox unikaldır. Mövzular qədim Azərbaycan miniatürlərindən götürülərək sintez olunur və müasirləşdirilir.
“Tehsil365” bildirir ki, bunu AZƏRTAC-a açıqlamasında “Türbət” Mədəniyyət Mərkəzinin rəhbəri memar-dizayner Xatirə Tapdıqova deyib. Onun sözlərinə görə, işlərində musiqi alətləri, qadın bərabərliyi və xalçalar mövzusu əks olunur, bəzən isə suvenir variantında təqdim edilir. Eyni zamanda, layihə tarixi muzeylərdəki xalçaların təbliğatına da xidmət edir.
X.Tapdıqova bildirib ki, o, 30 ildən artıqdır bu fəaliyyətlə məşğuldur və bir çox beynəlxalq sərgilərdə iştirak edib.

