Bakı sakinlərinin və paytaxtımızın qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün içərisində olduğumuz həftənin mədəniyyət tədbirləri afişasını təqdim edirik.
“Tehsil365” xəbər verir ki, 24-31 noyabr tarixlərini əhatə edən siyahıda paytaxtda keçiriləcək bir çoxtamaşalar, konsertlər yer alıb.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində bu həftə beş tamaşa oynanılacaq.
Noyabrın 26-da, saat 19:00-da İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur.
Biletlərin qiyməti: 8-15 manat.
Noyabrın 27-də, saat 19:00-da yazıçı Cavid Zeynallının "Şükriyyə" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Biletlərin qiyməti: 10-20 manat.
Noyabrın 28-də, saat 19:00-da Hüseyn Cavidin "İblis" faciəsinin motivləri əsasında "İblis və..." fəlsəfi-dekonstruktiv metadramı oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadədir.
Biletlərin qiyməti: 10-25 manat.
Noyabrın 29-da, saat 19:00-da Çingiz Aytmatovun"Əsrə bərabər gün" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadədir.
Biletlərin qiyməti: 10-20 manat.
Noyabrın 30-da, saat 19:00-da Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Biletlərin qiyməti: 8-15 manat.
Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində bu həftə üç tamaşa oynanılacaq.
Noyabrın 29-da, saat 12:00-da balaca tamaşaçılar xalq nağılı əsasında hazırlanan "Qoğalın sərgüzəştləri" tamaşasını izləyə biləcəklər.
Tamaşanın səhnə redaksiyasının müəllifi Pərvin Nurəliyeva, quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımovdur.
Biletlərin qiyməti: 8-12 manat.
Noyabrın 29-da, saat 19:00-da Məhəmməd Füzulinin "Leyli və Məcnun" əsəri əsasında hazırlanan ikihissəli faciə oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımovdur.
Biletlərin qiyməti: 10-15 manat.
Noyabrın 29-da, saat 19:00-da Mehriban Ələkbərzadənin "Kod adı: VXA" tarixi-sənədli dram əsəri oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadədir.
Biletlərin qiyməti: 10-15 manat.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı bu həftə tamaşaçılarına səkkiz tamaşa təqdim edəcək.
Noyabrın 27-də, saat 19:00-da yazıçı-dramaturq Pərviz Seyidlinin "Killer" pyesi əsasında "Killerdən teleqram" monotamaşasının premyerası olacaq. Tamaşa kiçik səhnədə oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Zaur Əliyevdir.
Biletlərin qiyməti: 15 manat.
Noyabrın 27-də, saat 19:00-da böyük fransız yazıçısı Viktor Hüqonun "Paris Notr-Dam kilsəsi" romanının motivləri əsasında hazırlanan "Paris Notr-Dama ithaf" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru və librettonun müəllifi Samir Qulamovdur.
Biletlərin qiyməti: 10-20 manat.
Noyabrın 28-də, saat 12:00-da Üzeyir Hacıbəyovun "Arşın mal alan" ikihissəli operettası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyevdir.
Biletlərin qiyməti: 10 manat.
Noyabrın 28-də, saat 19:00-da yazıçı-dramaturq Sabit Rəhmanın "Əliqulu evlənir" pyesi əsasında Xalq artisti İlham Namiq Kamalın librettosu və quruluşunda hazırlanan "Əliqulu bu gün evlənir"komediyasının premyerası nümayiş olunacaq.
Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevdir.
Biletlərin qiyməti: 8-15 manat.
Noyabrın 29-da, saat 12:00-da Ə.Əlizadə, R.Sef və Т.Каrelinanın rusdilli balaca teatrsevərlər üçün nəzərdə tutulan "İki küpəgirən qarı" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru rejissoru Əhəd Hacıyevdir.
Biletlərin qiyməti: 7 manat.
Noyabrın 29-da, saat 19:00-da Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" muğam operasının və Məhəmməd Füzulinin "Leyli və Məcnun"poemasının motivləri əsasında rejissor Samir Qulamovun librettosu və quruluşunda hazırlanan eyniadlı tamaşaya.
Biletlərin qiyməti: 8-15 manat.
Noyabrın 30-da, saat 12:00-da azyaşlı tamaşaçılar üçün Ş.Peronun "Yatmış gözəl" hekayəsi əsasında Anar Sadıqovun "Yatmış gözəl və cırtdanlar" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadədir.
Biletlərin qiyməti: 7 manat.
Noyabrın 30-da, saat 19:00-da Üzeyir Hacıbəylinin"Ər və arvad" ikihissəli musiqili komediyası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Yusif Əkbərovdur.
Biletlərin qiyməti: 8-15 manat.
Azərbaycan Dövlət Yuğ Teatrında (Kukla Teatrının binasında) bu həftə iki tamaşa nümayiş etdiriləcək.
Noyabrın 29-da, saat 19:00-da İmadəddin Nəsiminin 650 illiyinə həsr olunan "Mənəm, mən..."mistik-psixoloji dramı oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadədir.
Biletlərin qiyməti: 5-15 manat.
Noyabrın 30-da, saat 19:00-da Xalq yazıçısı Anarın "Asılqanda işləyən qadının söhbəti" hekayəsinin motivləri əsasında hazırlanan "Asılqan" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Əbdül Qənidir.
Biletlərin qiyməti: 5-15 manat.
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı:
Noyabrın 28-də, saat 19:00-da ilk dəfə səhnədə "Bir Dəniz Hekayəsi" neon tamaşası təqdim olunacaq.
Biletlərin qiyməti: 10-20 manat.
Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonu:
Noyabrın 26-da, saat 19:00-da Üzeyir Hacıbəylinin "Əsli və Kərəm" ikipərdəli operası olacaq.
Dirijor Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.
Biletlərin qiyməti: 12-20 manat.
Heydər Əliyev Sarayı:
Noyabrın 25-də, saat 19:00-da Xalq artisti Təranə Muradovanın yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçiriləcək.
Biletlərin qiyməti 15-50 manat.
Noyabrın 26-da, saat 19:00-da Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımova "Leyli və Məcnun" klassik ədəbi əsəri əsasında "Şəbi Hicran" adlı muğam kompozisiyasını təqdim edirlər.
Quruluşçu rejissorlar Əməkdar incəsənət xadimi Hafiz Quliyev və Əməkdar artist Bəhruz Vaqifoğludur.
Biletlərin qiyməti 15-160 manat.
Noyabrın 28, 29 və 30-da saat 19:00-da Orxan Zeynallı ilk dəfə 3 gün hip-hop və xor tandemi ilə hazırlanan proqramla səhnədə yer alacaq.
Biletlərin qiyməti 25-200 manat.

