Bu gün Azərbaycanın görkəmli teatr və kino aktyoru, dublyaj ustası və bədii qiraətçi Müxlis Mirsabir oğlu Cənizadənin anadan olmasının 97-ci ildönümüdür.
"Tehsil365" xəbər verir ki, 1928-ci il noyabrın 26-da dünyaya gələn Müxlis Cənizadə sənətə olan sevgisi və səhnəyə verdiyi töhfələrlə yadda qalıb. O, teatr və kino sahəsində müxtəlif obrazlar yaratmaqla yanaşı, həm də dublyaj sənətində peşəkarlığı ilə seçilib. Səsləndirdiyi xarakterlər və səhnədə canlandırdığı obrazlar tamaşaçılar tərəfindən sevilib və uzun illər unudulmayıb.
Onun zəngin sənət fəaliyyəti 1960-cı ildə "Azərbaycan SSR Əməkdar artisti" fəxri adı ilə qiymətləndirilib.
Müxlis Cənizadə 1972-ci il dekabrın 10-da vəfat edib. Bu gün doğum günündə sənətkar sevgi və hörmətlə anılır.

