Bu gün Azərbaycan Respublikasının görkəmli ictimai-siyasi xadimi, uzun illər parlament fəaliyyətində mühüm rol oynamış Madər Ələsgər oğlu Musayevin anadan olmasının 78-ci ildönümüdür.
"Tehsil365" xəbər verir ki, 1947-ci il noyabrın 26-da Bakıda doğulan Madər Musayev 1991–1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatı, 1995-ci ildən isə fasiləsiz olaraq Milli Məclisin I, II, III, IV, V və VI çağırışlarında millət vəkili kimi fəaliyyət göstərib.
Ölkənin qanunvericilik prosesində yaxından iştirak edən Musayev həm də ictimai həyatın müxtəlif sahələrində fəal mövqe tutub. Onun fəaliyyəti ölkənin müstəqilliyinin möhkəmlənməsinə və parlament institutunun inkişafına mühüm töhfələr verib.
Madər Musayev 2023-cü il iyulun 14-də vəfat edib. Bu gün doğum günündə xatirəsi ehtiramla yad olunur.

