Bu gün mərhum Azərbaycan müğənnisi Xeyransa Məmmədovanın anadan olmasının 59-cu ildönümüdür.
"Tehsil365" xəbər verir ki, 1966-cı il noyabrın 26-da dünyaya gələn Xeyransa Məmmədova qısa ömür yaşamasına baxmayaraq, Azərbaycan musiqisində özünəməxsus iz qoyub. Səhnədəki səmimiyyəti, təbii səsi və ifa tərzi ilə qısa zamanda dinləyicilərin rəğbətini qazanan sənətçi bir çox tamaşaçının yaddaşında iz buraxıb.
O, muğam və xalq musiqilərini yüksək peşəkarlıqla təqdim edərək gənc yaşında böyük sevgi qazanıb. Təəssüf ki, 1995-ci ilin iyununda, cəmi 28 yaşında dünyasını dəyişən Xeyransa Məmmədovanın yaradıcılığı tez sonlansa da, onun ifaları bu gün də sevgi ilə xatırlanır.
Doğum günündə sənətkarın xatirəsi rəğbətlə yad edilir.

