Azərbaycan Respublikasının Təhsil İnstitutunun Peşə və ömürboyu təhsilin proqramları şöbəsi tərəfindən peşə təmayüllü siniflərin təşkil olunduğu müəssisələrdə monitorinqlər aparılıb.
‘‘Tehsil365’’ bildirir ki, Təhsil İnstitutundan bildirilib ki, 100 ümumi təhsil müəssisəsinin 200 ixtisas qrupunda emalatxana otaqlarının vəziyyəti, ixtisas müəllimləri və qrup rəhbərlərinin dərs prosesindəki fəaliyyəti, şagirdlərin dərsdə iştirakı, maddi-texniki baza və tədrisə dair sənədləşmə prosesinin yoxlanılması üzrə aparılan monitorinqlər başa çatıb.

