Bu gün tanınmış hərbi xadim, çar ordusunun general-leytenantı Fərəc bəy Ağayevin (rusca Nikolay Nikolayeviç Ağayev) vəfatının ildönümüdür. O, 26 noyabr 1891-ci ildə Tiflisdə dünyasını dəyişib.
"Tehsil365" xəbər verir ki, 1814-cü il dekabrın 4-də Şuşada doğulan Fərəc bəy Ağayev XIX əsr Azərbaycan ziyalı mühitində mühüm yer tutan şəxslərdən biri olub. O, təkcə hərb sahəsində deyil, maarifçilik və elmə də töhfə vermişdir. Məşhur maarifçi Həsən bəy Zərdabinin atası Səlim bəyin dayısı olan Fərəc bəy, Zərdabinin təhsil həyatında mühüm rol oynamış, onun Tiflisdə təhsil almasına şərait yaratmışdır.
Azərbaycanın hərb və maarif tarixində iz qoymuş Fərəc bəy Ağayevin xatirəsi bu gün də ehtiramla anılır.

