2020-ci il noyabrın 26-da Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş Azərbaycan Ordusunun kiçik çavuşu Rahil Əkbərovun xatirəsi yad edilir.
"Tehsil365" xəbər verir ki, O, 44 günlük müharibədə torpaqlarımızın azadlığı uğrunda göstərdiyi şücaətlə qəhrəmanlıq nümunəsi göstərmişdir.
Rahil Əkbərov düşmənə qarşı aparılan döyüşlərdə fədakarlıqla vuruşaraq vətənin azadlığı yolunda canından keçmiş igidlərimizdən biridir. Onun əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq, göstərdiyi şücaət isə gələcək nəsillərə örnək olacaqdır.
Allah rəhmət eləsin.

