Təhsil 365 - Logo Mobile

Bağça müəllimləri üçün təlimlər keçirilib

11326.11.2025 - 07:28
Bağça müəllimləri üçün təlimlər keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində çalışan bir qrup tərbiyəçi-müəllim üçün fəaliyyətin təkmilləşdirilməsinə dair təlimlər keçirilib.

“Tehsil365”xəbər verir ki,BŞTİ-dən bildirilib ki, paytaxtdakı məktəbəqədər təhsil müəssisələrini əhatə edən təlimlərdə BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə, Məktəbəqədər təhsilin təşkili sektorunun müdir səlahiyyətlərini müvəqqəti icra edən Rəna Aslanova, təlimçi-metodistlər, psixoloq və tərbiyəçi-müəllimlər iştirak ediblər.

Məktəbəqədər təhsildə keyfiyyətin artırılmasının əsas prioritet istiqamətlərdən biri olduğunu bildirən BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə tərbiyəçi-müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi baxımından təlimlərin mühüm əhəmiyyət daşıdığını söyləyib. Müdir müavini belə görüşlərin təlim-tərbiyə prosesində yeni interaktiv və innovativ yanaşmaların tətbiqinə, uşaqlar üçün daha əlverişli və təhlükəsiz mühitin yaradılmasına müsbət töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

İxtisaslaşmış təlimçi-metodistlər tərəfindən keçirilən təlimlərlərdə məktəbəqədər təhsildə uşaqların fərdi psixoloji xüsusiyyətlərinin nəzərə alınmasının vacibliyindən danışılıb, metodiki işin təşkili zamanı səriştəlilik prinsiplərinin, ənənəvi təcrübədən yaradıcı istifadənin zəruriliyindən bəhs edilib. Həmçinin iştirakçılar müasir pedaqoji trendlər, uşaq inkişafı və psixologiyası, oyun əsaslı təlim metodları, təhlükəsiz və inkişafyönümlü mühitin təmin olunması, təlim-tərbiyə prosesində valideynlərin iştirakı, onlarla effektiv ünsiyyət bacarıqları və digər vacib mövzular barədə məlumatlandırılıblar.

Təlimlərdə iştirakçılarla interaktiv müzakirələr aparılıb, onları maraqlandıran suallara aydınlıq gətirilib.

Qeyd edək ki, təlimlərin keçirilməsində əsas məqsəd məktəbəqədər təhsil müəssisələrində pedaqoji heyətin peşəkarlıq səviyyəsinin artırılması, müasir təlim metodlarının tətbiqi və uşaqların inkişafına yönəlmiş innovativ yanaşmaların gücləndirilməsindən ibarətdir.

Nərmin Süleymanlı

Xəbər Lenti

BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin növbəti qonağı Əməkdar jurnalist Elçin Şıxlı olub30.04.2026 - 17:26
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filialını açıb30.04.2026 - 17:25
Azərbaycanda məktəbdə 9-cu sinif şagirdi bıçaqlandı30.04.2026 - 17:20
Coğrafiyaçı-alim intensiv yağıntıların təsirindən danışıb30.04.2026 - 17:18
1935-ci ildən fəaliyyət göstərən bağça yenilənəcək - BŞTİ30.04.2026 - 17:15
Əqli Mülkiyyət Agentliyinin əməkdaşı beynəlxalq konfransda çıxış edib30.04.2026 - 17:14
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək30.04.2026 - 17:10
Mərkəzi Elmi Kitabxana 600 elektron nəşri “Hiperkitap” platformasına təqdim edib30.04.2026 - 17:06
“SABAH.city”də ali məktəblər üçün yaradılacaq imkanlar müzakirə edilib30.04.2026 - 17:05
Folklorşünas Muxtar İmanov: “Folklor dərsləri dil duyumu və bədii zövqün formalaşmasında mühüm rol oynayır”30.04.2026 - 17:00
DİM əvvəlki illərin abituriyentləri arasında sorğu keçirir30.04.2026 - 16:59
Rezidenturada oxumaq üçün 1702 nəfər imtahan verəcək30.04.2026 - 16:55
Qarabağ Universitetinin müəllimi Rumıniyada tədqiqat aparır30.04.2026 - 16:45
Məktəblilərimiz Beynəlxalq Biologiya Olimpiadasında 8 medal qazanıblar30.04.2026 - 16:35
“Gənclər sülh naminə mədəniyyətlərarası dialoqda – Bakı Forumu”nun açılışı olub30.04.2026 - 16:25
Sumqayıt məktəblisi RFO-nun dördqat qızıl medalçısı oldu30.04.2026 - 16:15
Araz Paşayevin rəhbərlik etdiyi nümayəndə heyəti Brüsseldə iclasda iştirak edib30.04.2026 - 16:05
“TəhsilPlus” kartları Bakı və regionlar üzrə mərhələli paylanacaq – TİF 30.04.2026 - 15:59
AzTU-da “Mütərəqqi texnologiyalar və innovasiyalar” mövzusunda konfrans keçirilir30.04.2026 - 15:50
Uşaqların I sinfə qəbulu başlayır30.04.2026 - 15:40
Qəbələdə Türkoloji Qurultayın 100 illiyi qeyd olunub30.04.2026 - 15:30
Azərbaycan “Türk Uşaq Oyunları Festivalı”nda təmsil olunur30.04.2026 - 15:20
“Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfrans keçirilib30.04.2026 - 15:10
Bakı ilə İzmirin qardaşlaşmasının 40-cı ildönümü “Azərbaycan Günləri” ilə qeyd ediləcək30.04.2026 - 15:00
Sərt müəllim daha effektivdir, yoxsa anlayışlı müəllim? - Nabat Mirzəyeva30.04.2026 - 15:00
Universitetlərdə süni intellektə yeni nəzarət mexanizmləri tətbiq edilir30.04.2026 - 14:45
Üzeyir Hacıbəyli irsinə elmi baxış: Ədəbiyyat İnstitutunda sessiya30.04.2026 - 14:30
Coğrafiyaçı-alim intensiv yağıntıların təsirindən danışıb30.04.2026 - 14:20
BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin növbəti qonağı Əməkdar jurnalist Elçin Şıxlı olub30.04.2026 - 14:10
Dilçilik İnstitutunda görüş: xarkovlu naşir Azərbaycan haqqında kitab hazırlayır30.04.2026 - 14:00
BDU və “ARB 24”ün birgə layihəsi olan növbəti “NewsLab” təlim proqramı başlayıb30.04.2026 - 13:45
Qobustanda şagirdlərə BMU-da tədris olunan ixtisaslar barədə məlumat verilib30.04.2026 - 13:38
Arxeoloji tədqiqatlarda müasir yanaşmalar və praktiki tətbiqlər- təlim-treninq30.04.2026 - 13:25
Əmlak Məsələləri Dövlət Xidməti ADAU tələbələri üçün karyera imkanlarını təqdim edib30.04.2026 - 13:00
BDU-da ədəbi-bədii gecə: Ömrün səhifələri30.04.2026 - 12:46
Sumqayıt məktəblisi RFO-nun dördqat qızıl medalçısı olub30.04.2026 - 12:38
Uşaqların I sinfə qəbulu prosesi başlayır30.04.2026 - 12:25
Bakı və regional təhsil idarələrinin mühasiblərinə “TəhsilPlus” kartı haqqında ətraflı məlumat verilibBakı və regional təhsil idarələrinin mühasiblərinə “TəhsilPlus” kartı haqqında ətraflı məlumat verilib30.04.2026 - 12:00
Sosial şəbəkələrin gündəlik həyata təsiri- ARAŞDIRMA 30.04.2026 - 09:56
Birgəyaşayış mədəniyyəti, tolerantlığın ünvanı - Oğuz məktəbliləri ilə maarifləndirici görüş30.04.2026 - 09:42
Audiovizual Şuradan BDU-da seminar30.04.2026 - 09:30
ADU-da Fəxrəddin Atayevin yeni monoqrafiyasının təqdimatı keçirilib30.04.2026 - 09:22
ADU-da “Beynəlxalq indekslər və tədqiqatın analitik qiymətləndirilməsi” mövzusunda seminar keçirilib30.04.2026 - 09:10
ADNSU-da 48 nəfər Qazaxıstanlı elmi-tədqiqat təcrübəsi keçib30.04.2026 - 09:00
Mayda nadir təbiət hadisəsi baş verəcək30.04.2026 - 08:49
Bu günə olan hava proqnozu 30.04.2026 - 08:41
Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür30.04.2026 - 08:30
BMU-da tələbələr üçün maliyyə savadlılığına dair maarifləndirici seminar30.04.2026 - 08:20