Sumqayıt Dövlət Dram Teatrı Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində Xalq yazıçısı Anarın “Qaravəlli” əsəri əsasında hazırlanan eyniadlı tamaşa ilə çıxış edib.
“Tehsil365” xəbər verir ki, tamaşanın nümayişində Milli Məclisin deputatları, Mədəniyyət Nazirliyinin nümayəndələri, eləcə də Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Hacı İsmayılov və tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yaradıcılıq işinin quruluşçu rejissoru Abdulla El, quruluşçu rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı Elay Xasiyev, tamaşanın rejissoru isə Rəvan Hüseynzadədir. Səhnə əsərinin ritmikası Ramazan Xanlarova, musiqilərin ifası isə “Dərviş" qrupuna aiddir.
Tamaşanın əsas mövzusu cəmiyyətdə insanların bir fağır, zəif, ehtiyaclı insanı necə linç etməsi üzərində qurulub.
Səhnə əsərində obrazları Əməkdar artist İzaməddin Bağırov, aktyorlar Kamran Muradlı, Şəmistan Süleymanlı, İlham Səfərli, Elmir Mehdiyev, Habil Xanlarov, Elay Xasiyev, Aynur Hümmətova, İlahə Səfərova, Ramazan Xanlarov və Etibar Cəbiyev canlandırıblar.

