Təhsil 365 - Logo Mobile

Azərbaycanda bakalavr pilləsi “natamam təhsil” sayılır? - Deputat İZAH ETDİ

12226.11.2025 - 07:45
Azərbaycanda bakalavr pilləsi “natamam təhsil” sayılır? - Deputat İZAH ETDİ

Azərbaycanda ali təhsil pillələrinin hüquqi statusu ilə bağlı sosial şəbəkələrdə və ekspert dairələrində müzakirələr aparılır. Mövzu bakalavr dərəcəsinin “tam ali təhsil” sayılıb-sayılmaması üzərində cəmlənib.

Bir qrup şəxs hesab edir ki, yalnız magistratura pilləsini tamamlayan məzunlar “tam ali təhsilli” sayılmalıdır. Onların arqumentinə görə, bəzi dövlət və özəl qurumlarda vakansiya tələblərində magistr diplomuna üstünlük verilməsi bu yanaşmanı gücləndirir.

Digər tərəf isə bildirir ki, Azərbaycan qanunvericiliyi bakalavr səviyyəsini açıq şəkildə tam ali təhsil kimi tanıyır. “Təhsil haqqında” qanunda ali təhsilin ilk pilləsi məhz bakalavr dərəcəsi olaraq qeyd edildiyindən, bu dərəcənin “natamam” sayılması hüquqi əsas daşımır.

Tehsil365” Modern.az-a istinadən açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva qeyd edib ki, Azərbaycan Respublikasının Təhsil Qanununda ali təhsil pilləsinin səviyyələri, onların mahiyyəti və hüquqi statusu açıq şəkildə müəyyən edildiyi üçün bakalavr dərəcəsinin “natamam” hesab olunması ilə bağlı cəmiyyətdə mövcud olan bəzi yanlış təsəvvürlər hüquqi müstəvidə əsassızdır.

Onun sözlərinə görə, dünya ölkələrində təhsil müddətinin qısaldılması fonunda yerli təcrübədə bakalavr səviyyəsinin yenidən “natamam” hesab olunması qanuna əsasən mümkün deyil:

“Təhsil Qanununun 22.3-cü maddəsi çox aydın ifadə ilə bildirir ki, bakalavriat təhsili başa çatmış ali təhsildir. 1.0.7-ci maddəyə görə, Bakalavr – bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsidir.

Bu maddələr göstərir ki, bakalavr dərəcəsi müstəqil və tam ali təhsil səviyyəsidir. Təhsilin müddətinin hansı ölkədə neçə il olması (3 il, 4 il və ya 4+1 modeli) bu statusu dəyişmir və dəyişə də bilməz. Ona görə də qlobal tendensiyalar fonunda belə bakalavr dərəcəsinin “natamam” elan edilməsi hüquqi cəhətdən qətiyyən mümkün deyil”.

Qeyd edək ki, dünyanın əksər ölkələri bakalavr dərəcəsini tam ali təhsil kimi tanıyır və bu, beynəlxalq akademik standartdır. ABŞ-də ali təhsilin əsas səviyyəsi "Bachelor’s Degree" sayılır. Əksər dövlət qurumları və şirkətlərdə bakalavr “full higher education” statusundadır. Magistratura isə ixtisaslaşma və elmi dərinləşmə mərhələsidir. Türkiyədə lisans dərəcəsi tam ali təhsil hesab olunur. Magistratura “yüksek lisans” adlanır və əlavə ixtisaslaşma mərhələsidir. Dövlət vakansiyalarında lisans diplomu standart tələblərdən biridir.

Avropa İttifaqı ölkələrində boloniya prosesi çərçivəsində bütün ölkələrdə bakalavr dərəcəsi ali təhsilin tam səviyyəsi kimi rəsmən qəbul edilir.

Mehriban Vəliyeva vurğulayıb ki, əgər belə müzakirə yaransa belə, sözügedən müzakirələr yalnız sosial və psixoloji faktorlarla bağlı ola bilər, lakin heç bir hüquqi əsas daşımır:

“Qanunda magistratura ali təhsilin ikinci səviyyəsikimi müəyyən edilib (1.0.34-cü maddə). Magistratura – ali təhsilin ikinci səviyyəsidir. Lakin bu, bakalavrın natamam olduğunu deyil, sadəcə əlavə ixtisaslaşma mərhələsi olduğunu göstərir. Magistr dərəcəsinin verilməsi qaydası barədə 22.4-cü maddə açıq şəkildə sübut edir ki, magistratura elmi tədqiqat, peşəkar və elmi-pedaqoji fəaliyyət üçün daha dərindən hazırlıqdır. Deməli, magistratura təhsili baza təhsilinin davamı kimi yox, yalnız müəyyən ixtisaslaşmaya ehtiyac olan sahələr üçün nəzərdə tutulur”.

Millət vəkili onu da əlavə edib ki, yerli təcrübədə bəzən bakalavr pilləsinin “natamam” kimi dəyərləndirilməsi yanaşmasının qanuni əsası yoxdur:

“Bu yanlış təsəvvürün yaranma səbəbləri hüquqi deyil, sosial xarakterlidir. Nümunə olaraq, müəyyən sahələrdə işəgötürənləri magistr dərəcəsinə üstünlük verməsi və s.

Lakin bunların heç biri qanunda bakalavr dərəcəsinə verilən statusu dəyişmir. Qanunda açıq şəkildə qeyd olunur ki, bakalavriat səviyyəsində genişprofilli ali təhsilli mütəxəssislər hazırlanır (Təhsil Qanunu, 22.3). Bu, bakalavrın tam hüquqlu mütəxəssis kimi qəbuledildiyini göstərir.

Həmçinin eyni maddədə deyilir ki, bakalavrların əmək fəaliyyəti sahəsi… elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələri əhatə edir. Bu da bakalavr dərəcəsinin tam ali təhsil və tamhüquqlu mütəxəssis hazırlığı olduğunu bir daha təsdiqləyir. Yerli mühitdəki natamamlıq təsəvvürü isə qanuni deyil, yalnız tarixi-sosial stereotiplərin nəticəsidir”, - deyə M.Vəliyeva fikrini tamamlayıb.

Beləliklə, beynəlxalq təcrübə, dünya ali təhsil sistemi göstərir ki, bakalavr proqramı çox ölkədə ali təhsilin tam ilk pilləsi kimi qəbul edilir.

Amidə Zeynalova

Xəbər Lenti

Ceyhun Bayramov İtaliya Senatının sədri ilə görüşüb26.11.2025 - 18:59
Rumıniya nəşri Azərbaycanla Misir münasibətləri barədə məqalə dərc edib26.11.2025 - 18:55
Vəsimə İsmayılqızı: Terminoloji vahidliyin yaradılması dilin gələcəyi üçün mühüm şərtdir26.11.2025 - 18:47
Bu yaşadək uşaqlar üçün 140 manat verilir 26.11.2025 - 18:15
Bəzi məktəblərdə birincilərlə üçüncü siniflər bir yerdə: Valideynləri özündən çıxaran problemlərdəndir 26.11.2025 - 18:00
ADU-da “Kaşğarlı Mahmud Yolu və Türk Dünyası” adlı dəyirmi masa keçirilib26.11.2025 - 18:00
“Əkinçi” qəzetinin 150 illiyinə həsr olunmuş “Mətbuat və dil” mövzusunda tədbir keçirilib26.11.2025 - 17:45
Gəncədə yeniyetmə bıçaqlandı26.11.2025 - 17:45
Seyid Əzim Şirvaninin Azərbaycan maarifçiliyində rolu - dəyirmi masa keçirilib 26.11.2025 - 17:30
ADU-da tələbələrin təcrübəyə hazırlığı və əmək bazarı nümayəndələri ilə görüş keçirilib26.11.2025 - 17:30
Füzuli Dövlət Dram Teatrında "Ruh" tamaşasının premyerası keçirilib26.11.2025 - 17:15
Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş olub26.11.2025 - 17:15
Bu universitetə yeni prorektor təyin olundu26.11.2025 - 17:10
BDU-nun bufetindən yayılan görüntülər müzakirələrə yol açdı26.11.2025 - 17:05
"Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi keçirilib26.11.2025 - 17:00
Azərbaycan İdman Akademiyasının II kurs tələbəsi vəfat edib26.11.2025 - 17:00
Rusiyaşünaslıq Mərkəzinin müdiri Moskva şəhərində beynəlxalq forumda iştirak edib26.11.2025 - 16:45
“Bu konfrans süni intellektin humanitar elmlərdə inkişafı və tətbiqi baxımından böyük əhəmiyyət daşıyır” – Lyudmila Bejenaru26.11.2025 - 16:30
“Beynəlxalq jurnallar üçün necə yazmalı” mövzusunda seminar keçirilib26.11.2025 - 16:15
BMR məzunları ilə onlayn görüş keçirilib26.11.2025 - 16:00
ADU-da “İngilis dilində zaman formaları” mövzusunda təlim keçirilib26.11.2025 - 15:45
Gündə neçə banan yemək olar? — Faydaları26.11.2025 - 15:30
ADU-da tələbələr üçün onlayn təlim keçirilib26.11.2025 - 15:20
Gündə neçə fincan qəhvə təhlükəsizdir? — Həkim xəbərdarlığı26.11.2025 - 15:15
Ömər Eldarov: "Anarın heykəlini hazırlayıram, özü müraciət etdi"26.11.2025 - 15:00
"ChatGPT"də səsli danışıq rejimi yeniləndi26.11.2025 - 14:50
“ChatGPT”dən daha bir - Yenilik26.11.2025 - 14:40
Çay deyil, meyvədir26.11.2025 - 14:30
Mətbuat Şurasında Dil Komissiyasının tərkibi formalaşdırılacaq26.11.2025 - 14:20
Daşkənddə BMU ilə TIIAME arasında əməkdaşlıq memorandumu imzalanıb.26.11.2025 - 14:15
Audiovizual Şura "ATV" kanalına xəbərdarlıq edib26.11.2025 - 14:10
EAPCA-nın təltif etdiyi Azərbaycan jurnalistlərinə mükafatlar təqdim olunub26.11.2025 - 14:00
Dərmanların düzgün istifadəsi sağlamlıq üçün həyati əhəmiyyət daşıyır26.11.2025 - 13:59
“Dövlətin əsasları” mövzusunda təlim keçirilib26.11.2025 - 13:49
COP29-dan COP30-dək Azərbaycanın qazandığı qlobal nailiyyət26.11.2025 - 13:31
Zal nəzarətçisi sertifikatı əldə etmək üçün imtahanlar yekunlaşır26.11.2025 - 13:15
“Qarabağa kitab hədiyyə edək” layihəsi uğurla həyata keçirilib26.11.2025 - 12:59
Uşaqlar hansı halda evdə təhsil ala bilər? - RƏSMİ26.11.2025 - 12:46
PMS imtahanının yekun nəticələri elan olunub26.11.2025 - 12:30
Deputat Elçin Mirzəbəyli məktəblilərlə görüşüb26.11.2025 - 12:19
Rəqəmsal detox stres və yuxu keyfiyyətini yaxşılaşdırır26.11.2025 - 12:07
Pedaqoji Universitetdə magistrantlarla görüş keçirilib26.11.2025 - 11:55
ADAU-nun milli H-indeksi yüksəlib26.11.2025 - 11:40
DİM-də növbəti təlim keçirilib26.11.2025 - 11:25
Ali təhsildə qiymətləndirmə sistemi tamamilə dəyişəcək26.11.2025 - 11:10
Respublika fənn olimpiadalarının məktəb mərhələsi keçirilib26.11.2025 - 10:55
DİM-də GRE General Test imtahanı keçirilib26.11.2025 - 10:40
IELS 2025 üzrə milli layihə menecerlərinin 7-ci görüşü keçirilib26.11.2025 - 10:25