Təhsil 365 - Logo Mobile

Ali təhsildə qiymətləndirmə sistemi tamamilə dəyişəcək

10326.11.2025 - 11:10
Ali təhsildə qiymətləndirmə sistemi tamamilə dəyişəcək

Ali təhsil seqmenti hələ də inkişaf etməkdə olan və dünyanın prioritet tələblərindən geri qalan yerli universitetlərimizdə təəssüf ki, qiymətləndirmə meyarları hələ də “oxu, əzbərlə, cavab ver” prinsipi əsasında aparılır.

“Tehsil365” AzEdu.az-a istinadən xəbər verir ki,bu fikirləri STM əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib.

O,qeyd edib ki, biz və tədris prosesində iştirak edən hər kəs kitabları “yüklənmə” elementi kimi deyil, inkişaf etdirən mexanizm kimi dəyərləndirməlidir:

“Doğrusu, çağdaş dünyanın ali təhsil mənzərəsi artıq tələbələrin çətin dərslik, ağır dərs yükü kimi problemlərini, hətta bu mövzuların müzakirəsini belə ciddi hesab etməməlidir. Dünya ali təhsili "kitabları oxu, qiymət al" mərhələsindən sürətlə uzaqlaşır. Əmin ola bilərsiniz ki, ali təhsildə qiymətləndirmə prosesi yaxın gələcəkdə tamamilə dəyişəcək və yeni formata keçəcək. Hazırda müasir ali təhsil trendləri qiymətləndirmələrə fərqli müstəvidən yanaşır.

Modern tələbə artıq ağır kitablardakı qəliz mətnləri əzbərləməklə deyil, laboratoriyada, elmi mərkəzdə, tədqiqat obyektində apardığı işin müsbət nəticəsinə, yenilikçiliyinə, faydalılığına və orijinallığına görə qiymətləndirilməlidir. Beynəlxalq təcrübədə bu yanaşma sürətlə yayılmaqdadır. Lakin inkişaf etməkdə olan və dünya standartlarından geri qalan yerli universitetlərimizdə qiymətləndirmə meyarları hələ də “oxu, əzbərlə, cavab ver” prinsipi üzərindən həyata keçirilir”.

Ali məktəb dərsliklərinə münasibət dəyişməzsə, tələbələr bir neçə səhifəlik dərslərdən belə yorulmağa davam edəcəklər:

“Bu ənənə artıq geridə qalmalıdır. Demirəm ki, tədrisə aid dərsliklər, yardımçı vəsaitlər olmasın – xeyr, bunlar olmadan mümkün deyil. Amma kitabları əldə etmək, kitabxanaya gedib oxumaq və ya onlayn şəkildə mütaliə etmək tələbənin şəxsi istəyinə bağlı olmalıdır. Universitet mühiti ilk növbədə qiymətləndirmələrdə bu yanaşmanı dəyişməlidir. Kitablar və müxtəlif sahələrə aid vəsaitlər yalnız imtahandan keçmək üçün trampolin rolunu oynamamalıdır.

Məsələn, mühəndislik ixtisası üzrə təhsil alan tələbənin əlindəki kitab onun yalnız imtahana hazırlaşması üçün yox, bütün karyerası boyu iş masasının üzərində olması üçün nəzərdə tutulmalıdır. Biz tədris prosesində kitabları “yüklənmə” elementi kimi deyil, inkişaf etdirən mexanizm kimi görməliyik. Dərsliklərə yanaşma dəyişdikdə tələbə ağır dərslərin əzbərlənməsindən deyil, karyerasına fayda verəcək biliklərlə zənginləşməsindən danışacaq. Əks halda, ali məktəb dərsliklərinə münasibət dəyişməzsə, bir neçə səhifədən ibarət dərslər belə tələbəni yoracaq”.

Nərgiz Süleymanova

Xəbər Lenti

Füzuli Dövlət Dram Teatrında "Ruh" tamaşasının premyerası keçirilib26.11.2025 - 17:15
Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş olub26.11.2025 - 17:15
Bu universitetə yeni prorektor təyin olundu26.11.2025 - 17:10
BDU-nun bufetindən yayılan görüntülər müzakirələrə yol açdı26.11.2025 - 17:05
"Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi keçirilib26.11.2025 - 17:00
Azərbaycan İdman Akademiyasının II kurs tələbəsi vəfat edib26.11.2025 - 17:00
Rusiyaşünaslıq Mərkəzinin müdiri Moskva şəhərində beynəlxalq forumda iştirak edib26.11.2025 - 16:45
“Bu konfrans süni intellektin humanitar elmlərdə inkişafı və tətbiqi baxımından böyük əhəmiyyət daşıyır” – Lyudmila Bejenaru26.11.2025 - 16:30
“Beynəlxalq jurnallar üçün necə yazmalı” mövzusunda seminar keçirilib26.11.2025 - 16:15
BMR məzunları ilə onlayn görüş keçirilib26.11.2025 - 16:00
ADU-da “İngilis dilində zaman formaları” mövzusunda təlim keçirilib26.11.2025 - 15:45
Gündə neçə banan yemək olar? — Faydaları26.11.2025 - 15:30
ADU-da tələbələr üçün onlayn təlim keçirilib26.11.2025 - 15:20
Gündə neçə fincan qəhvə təhlükəsizdir? — Həkim xəbərdarlığı26.11.2025 - 15:15
Ömər Eldarov: "Anarın heykəlini hazırlayıram, özü müraciət etdi"26.11.2025 - 15:00
"ChatGPT"də səsli danışıq rejimi yeniləndi26.11.2025 - 14:50
“ChatGPT”dən daha bir - Yenilik26.11.2025 - 14:40
Çay deyil, meyvədir26.11.2025 - 14:30
Mətbuat Şurasında Dil Komissiyasının tərkibi formalaşdırılacaq26.11.2025 - 14:20
Daşkənddə BMU ilə TIIAME arasında əməkdaşlıq memorandumu imzalanıb.26.11.2025 - 14:15
Audiovizual Şura "ATV" kanalına xəbərdarlıq edib26.11.2025 - 14:10
EAPCA-nın təltif etdiyi Azərbaycan jurnalistlərinə mükafatlar təqdim olunub26.11.2025 - 14:00
Dərmanların düzgün istifadəsi sağlamlıq üçün həyati əhəmiyyət daşıyır26.11.2025 - 13:59
“Dövlətin əsasları” mövzusunda təlim keçirilib26.11.2025 - 13:49
COP29-dan COP30-dək Azərbaycanın qazandığı qlobal nailiyyət26.11.2025 - 13:31
Zal nəzarətçisi sertifikatı əldə etmək üçün imtahanlar yekunlaşır26.11.2025 - 13:15
“Qarabağa kitab hədiyyə edək” layihəsi uğurla həyata keçirilib26.11.2025 - 12:59
Uşaqlar hansı halda evdə təhsil ala bilər? - RƏSMİ26.11.2025 - 12:46
PMS imtahanının yekun nəticələri elan olunub26.11.2025 - 12:30
Deputat Elçin Mirzəbəyli məktəblilərlə görüşüb26.11.2025 - 12:19
Rəqəmsal detox stres və yuxu keyfiyyətini yaxşılaşdırır26.11.2025 - 12:07
Pedaqoji Universitetdə magistrantlarla görüş keçirilib26.11.2025 - 11:55
ADAU-nun milli H-indeksi yüksəlib26.11.2025 - 11:40
DİM-də növbəti təlim keçirilib26.11.2025 - 11:25
Respublika fənn olimpiadalarının məktəb mərhələsi keçirilib26.11.2025 - 10:55
DİM-də GRE General Test imtahanı keçirilib26.11.2025 - 10:40
IELS 2025 üzrə milli layihə menecerlərinin 7-ci görüşü keçirilib26.11.2025 - 10:25
Sumqayıt Dövlət Dram Teatrı “Qaravəlli” əsəri əsasında hazırlanan eyniadlı tamaşa ilə çıxış edib26.11.2025 - 10:10
Azərbaycan Dillər Universitetində Çin kinosunun 120 illiyi qeyd olunub26.11.2025 - 09:55
Dilçilik İnstitutunun əməkdaşları Türkiyədə beynəlxalq simpoziumda iştirak ediblər26.11.2025 - 09:40
Sərbəst (eksternat) təhsilalma forması üzrə buraxılış imtahanlarına qeydiyyat davam edir 26.11.2025 - 09:25
Həyəcan real nəticəyə nə dərəcədə təsir göstərir?26.11.2025 - 09:10
“Altı-Yeddini 86-ya qoymayın”: Uşaqların davranış meyllərinin arxasındakı məqsəd nədir?26.11.2025 - 08:59
İngiltərədə 50 universitet bağlanma riski ilə üz-üzədir: Ali təhsildə maliyyə böhranı dərinləşir26.11.2025 - 08:46
SEND kəsiri böhran yaratdı: BCP şurası hökumətə təcili yardım çağırışı etdi26.11.2025 - 08:33
NAHT həmkarlar ittifaqı Ofsted-in yeni yoxlamalarına qarşı hüquqi mübarizədə məğlub oldu26.11.2025 - 08:20
İngiltərə Kilsəsinin baş təhsil zabiti məktəb qəbuluna nəzarət edən hakim təyin olundu26.11.2025 - 08:07