Təhsil 365 - Logo Mobile

Zal nəzarətçisi sertifikatı əldə etmək üçün imtahanlar yekunlaşır

11126.11.2025 - 13:15
Zal nəzarətçisi sertifikatı əldə etmək üçün imtahanlar yekunlaşır

Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlərlə ilkin test imtahanı mərhələsi yekunlaşır, təlimlər mərhələsinə başlanılır.

Tehsil365” xəbər verir ki, elektron qeydiyyat 6 oktyabr 2025-ci il tarixində sona çatmışdır. 2935 nəfər öz müraciətini təsdiq edib və tələblərə cavab verən 2236 nəfər müsahibə mərhələsinə buraxılıb. Müsahibə mərhələsi üçün vaxt seçimi edən 2000 namizəddən 1585 nəfər məqbul alaraq növbəti mərhələyə buraxılıb, 180 nəfər qeyri-məqbulla qiymətləndirilib, 235 nəfər isə bu mərhələdə iştirak etməyib.

Müsahibədən keçən namizədlər müəyyən edilmiş vaxtda ümumi intellektual səviyyəni və situasiya mühakimə bacarıqlarını yoxlayan ilkin test imtahanı mərhələsinə dəvət edilirlər. İlkin test imtahanı kompüter vasitəsilə həyata keçirilir. İmtahanda namizədlərə məntiqi təfəkkürü yoxlayan 30 qapalı tipli test tapşırığı və situasiya mühakimə bacarıqlarını yoxlayan 30 qapalı tipli test tapşırığı təqdim olunur. Səhv cavablar ümumi nəticəyə təsir etmir. Ümumi intellekt səviyyəsini yoxlayan testlər bloku üzrə test tapşırıqlarının cavablandırılmasına 1 saat, situasiya mühakimə bacarıqlarını yoxlayan testlər bloku üzrə 45 dəqiqə vaxt ayrılır. İmtahan fasilə verilmədən aparılır. Ümumi intellekt səviyyəsini yoxlayan testlər bloku üzrə nəticəsi ən az 40% və situasiya mühakimə bacarıqlarını yoxlayan testlər bloku üzrə nəticəsi ən az 50% olan namizədlər növbəti mərhələyə - təlimlər mərhələsinə buraxılırlar.

İlkin test imtahanı mərhələsi üçün indiyə qədər vaxt seçimi edən 1448 namizəddən 1076 nəfər məqbul alaraq növbəti mərhələyə buraxılıb, 255 nəfər qeyri-məqbulla qiymətləndirilib, 16 nəfər isə bu mərhələdə iştirak etməyib.

Qeyd edək ki, ilkin test imtahanının Dövlət İmtahan Mərkəzinin Lənkəran Regional Bölməsi üzrə 26-28 noyabr, Xaçmaz Regional Bölməsi üzrə 29-30 noyabr, Naxçıvan Regonal Bölməsi üzrə 30 noyabr tarixlərində keçirilməsi nəzərdə tutulub.

İlkin test imtahanı mərhələsini uğurla keçən namizədlər müəyyən edilmiş qrafikə uyğun olaraq “İmtahan prosesinin psixoloji xüsusiyyətləri” adlı birinci təlimə cəlb olunurlar. Təlimə qeydiyyat elektron qaydada aparılır. Namizədin mobil telefonuna və elektron poçt ünvanına məlumat gəldikdən və növbəti mərhələlər üçün tələb olunan məbləği şəxsi kabinetinə əlavə etdikdən sonra elektron anketinə daxil olaraq birinci təlim üçün təlim vaxtını və gününü seçir.

Birinci təlim günü: “İmtahan prosesinin psixoloji xüsusiyyətləri” təlimi imtahan prosesinə aid stres və təlaş, imtahana cəlb olunan tərəflərin psixoloji portretləri, ilkin təəssüratın imtahan gedişatına təsiri, imtahan prosesində ünsiyyət xüsusiyyətləri, imtahana psixoloji hazırlıq və bu kimi bir sıra mövzuları əhatə edir.

Təlim zamanı təlimçilər namizədləri qiymətləndirir və təlimin gündəliyində qeydlər aparır, namizədlərin tədrisin interaktiv hissəsində fəal iştirakını, stres vəziyyətində və qrup şəklində işləmək bacarıqlarını qeyd edir, problemli, münaqişə və konflikt yaradan, həddindən artıq passiv namizədlərə sertifikat verilməməsi üçün xüsusi rəy verirlər.

Zal nəzarətçilərinin fəaliyyətinin sertifikatlaşdırılması mərhələləri ilə bağlı sualı olanlar [email protected] poçt ünvanına və 0552071131 (vatsap aktivdir) mobil nömrəsinə yaza və ya DİM-in regional bölmələrinə müraciət edə bilərlər.

Zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması qaydaları ilə tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz.

Rəşanə İsamqızı

Xəbər Lenti

"Tehsil365" İnformasiya Agentliyinin "Könüllü müxbir" layihəsinin üçüncü məzun günü keçirilib 11.01.2026 - 14:08
Futbol turnirində Elxan Məmmədov məktəbinin 5-ci sinif qız komandası birinci oldu11.01.2026 - 09:00
"Məktəbimizin Gənc Diplomatları" Qrant layihəsinin açılış mərasimi keçirilib11.01.2026 - 08:42
İşdən çıxarılan professora 500,000 dollar ödəyəcək11.01.2026 - 08:36
Professor platonun dərs keçməməsi haqqında xəbərdarlıq edib11.01.2026 - 08:18
ICE toqquşmaları səbəbindən 2 gün bağlanıb11.01.2026 - 08:00
Nazirlərdən MAT-ların tərkibi ilə bağlı müzakirələri həll etmələri tələb olunur11.01.2026 - 07:42
2019-cu il Azərbaycanda “Nəsimi ili” elan olunub11.01.2026 - 07:24
2016-cı ilin “Multikulturalizm ili” elan olunmasından 10 il ötür11.01.2026 - 07:06
Azərbaycan ilə Uruqvay arasında diplomatik münasibətlərin qurulmasından 31 il ötür11.01.2026 - 06:54
Azərbaycan ilə Latviya arasında diplomatik münasibətlərin qurulmasından 32 il ötür11.01.2026 - 06:36
"Səs" qəzetinin ilk nəşrindən 33 il ötür11.01.2026 - 06:18
Azərbaycan Kinematoqrafçılar İttifaqının təsis olunmasından 61 il ötür11.01.2026 - 06:00
Azərbaycan şahmatının parlaq ulduzu – Vüqar Həşimovun xatirəsi anılır11.01.2026 - 05:42
Azərbaycan musiqisinin tanınmış siması – Əliağa Quliyev11.01.2026 - 05:24
Azərbaycan teatr sənətinin tanınmış siması – Loğman Kərimov11.01.2026 - 05:06
Azərbaycan musiqisinin tanınmış siması – Əliağa Quliyev11.01.2026 - 04:54
Faiq Qarayev – Azərbaycan voleybolunun canlı əfsanəsi11.01.2026 - 04:36
Fuad Musayev – Azərbaycanın görkəmli ictimai-siyasi və idman xadimi11.01.2026 - 04:18
Azərbaycan fotojurnalistikasının tanınmış siması – Hüseyn Hüseynzadə11.01.2026 - 04:00
Hava ilə bağlı əhaliyə xəbərdarlıq10.01.2026 - 18:00
Azərbaycan dövlətinin ana dili dərsləri və Akademiyanın vəzifələri10.01.2026 - 17:49
Ucarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan məktəb istifadəyə verilib10.01.2026 - 17:36
UNEC Voleybol komandası Yüksək Liqada növbəti qələbəsini qazandı!10.01.2026 - 17:21
Azərbaycan və Albaniyanın Elmlər akademiyaları arasında əməkdaşlıq müqaviləsi imzalanacaq10.01.2026 - 17:14
UNEC nümayəndələri üçün Özbəkistanda ‘International Winter School’ proqramında iştirak imkanı10.01.2026 - 17:08
Kamal Abdullanın “Unutmağa kimsə var…” adlı yeni kitabı çapdan çıxıb10.01.2026 - 16:54
Tanınmış alim Mustafa Qarayev vəfat edib10.01.2026 - 16:36
Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlığı elm-təhsil əlaqələrinin genişlənməsi üçün zəmin yaradıb10.01.2026 - 16:20
Bu il bu müəllimlər ilk dəfə sertifikatlaşdırmaya cəlb olunacaq10.01.2026 - 16:05
UNEC-in prorektoru dosent Şaiq Əsgərovun 60 illik yubileyi qeyd olunur10.01.2026 - 15:50
Təhsil sənədləriniz artıq “mygov”da10.01.2026 - 15:35
“Mediada Azərbaycan dili” mövzusunda təlimlərə start verildi - Fotolar10.01.2026 - 15:18
Agentlik "Sarı gəlin"in erməni mahnısı kimi təqdim olunması barədə: "Şur-Şahnaz" ancaq Azərbaycana aiddir10.01.2026 - 15:03
AMEA-da yeni təyinatlar və yeni şöbələr10.01.2026 - 14:48
“İRS" beynəlxalq jurnalı ingilis və fransızdilli oxuculara nədən bəhs edir?10.01.2026 - 14:33
Sayalı Sadıqova: ''Afad Qurbanovun əsərləri dilçilik elminin inkişafında mühüm mərhələdir''10.01.2026 - 14:26
Azərbaycanda bəzi tarixi-mədəniyyət abidələrinin adları bərpa edilib10.01.2026 - 14:18
Arzu və Alena Əliyevalar sığınacaqda - Fotolar10.01.2026 - 14:12
Gəncədə yeniyetmə bıçaqlanıb10.01.2026 - 14:03
Yerə yaxın planetlərin paradının tarixi açıqlandı10.01.2026 - 13:49
Musiqi müəllimlərinin NƏZƏRİNƏ: sertifikasiya mövzuları açıqlanıb10.01.2026 - 13:33
Daşkənd Dövlət Texniki Universitetinin nümayəndələri ADNSU-da olublar10.01.2026 - 12:17
Təhsil sənədləri “mygov” üzərindən təqdim olunacaq10.01.2026 - 12:01
Gəncədə bıçaqlanan 16 yaşlı yeniyetmənin son vəziyyəti açıqlanıb10.01.2026 - 11:47
13 yaşlı qız dəm qazından zəhərləndi10.01.2026 - 11:30
Avropada itkin dinozavrlar növü tapıldı10.01.2026 - 11:08
Diplomlu işsiz yetişdirən Azərbaycan universitetləri - Maraqlı STATİSTİKA10.01.2026 - 10:50