Təhsil 365 - Logo Mobile

ADU-da tələbələr üçün onlayn təlim keçirilib

10226.11.2025 - 15:20
ADU-da tələbələr üçün onlayn təlim keçirilib

Azərbaycan Dillər Universiteti (ADU) Qərb ölkələri üzrə Regionşünaslıq kafedrası, Tələbə Elmi Cəmiyyəti və Magistratura Şöbəsinin təşkilatçılığı ilə Teams platforması üzərindən tələbə və magistrantlar üçün “Akademik Tezisin Yazılması və Auditoriya Qarşısında Effektiv Çıxış” mövzusunda onlayn təlim keçirilib.

“Tehsil365” bildirir ki, təlim Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının baş müəllimi Sevinc Qurbanovanın moderatorluğu ilə Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının baş müəllimi Xəyalə Ağayev tərəfindən aparılıb. Təlimin əsas məqsədi iştirakçıların elmi yazı bacarıqlarını təkmilləşdirmək, tezis hazırlama prosesinin struktur və metodoloji tələblərini izah etmək, həmçinin kütlə qarşısında çıxış zamanı tətbiq olunan əsas prinsipləri aşılamaq olub.

Təlim zamanı akademik yazının ciddi struktur tələb etdiyi, mövzu seçiminin elmilik, aktuallıq və tədqiqat boşluqlarının müəyyən olunması ilə bağlı məsələlərə diqqət çəkilib. İştirakçılara tezisin başlıq səhifəsinin hazırlanmasından başlayaraq giriş, metodologiya, təhlil, nəticələr və ədəbiyyat siyahısının tərtibatına qədər bütün mərhələlər üzrə praktiki nümunələr təqdim olunub.

Həmçinin, təlim çərçivəsində istinad və sitatvermə qaydaları, plagiatın qarşısının alınması və akademik etika prinsipləri ətraflı izah edilib. Beynəlxalq istinad formatlarının tətbiqi və düzgün elmi istinadın vacibliyi xüsusi vurğulanıb.

Təlimin ikinci hissəsində auditoriya qarşısında çıxış bacarıqları müzakirə olunub. Təlimçi elmi nitqin məntiqli, ardıcıl və əsaslandırılmış şəkildə qurulmasının vacibliyini, bədən dili, nitq ritmi, vurğu və səs tonunun auditoriya ilə effektiv ünsiyyətdə mühüm rol oynadığını qeyd edib. Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının müdiri, prof. Sevdagül Əliyeva tədbiri akademik bacarıqların inkişafı və gənc tədqiqatçıların elmi fəaliyyətə daha sistemli yanaşmasının təmin olunması baxımından mühüm addım kimi qiymətləndirib.

Aysel Paşayeva

Xəbər Lenti

Füzuli Dövlət Dram Teatrında "Ruh" tamaşasının premyerası keçirilib26.11.2025 - 17:15
Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş olub26.11.2025 - 17:15
Bu universitetə yeni prorektor təyin olundu26.11.2025 - 17:10
BDU-nun bufetindən yayılan görüntülər müzakirələrə yol açdı26.11.2025 - 17:05
"Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi keçirilib26.11.2025 - 17:00
Azərbaycan İdman Akademiyasının II kurs tələbəsi vəfat edib26.11.2025 - 17:00
Rusiyaşünaslıq Mərkəzinin müdiri Moskva şəhərində beynəlxalq forumda iştirak edib26.11.2025 - 16:45
“Bu konfrans süni intellektin humanitar elmlərdə inkişafı və tətbiqi baxımından böyük əhəmiyyət daşıyır” – Lyudmila Bejenaru26.11.2025 - 16:30
“Beynəlxalq jurnallar üçün necə yazmalı” mövzusunda seminar keçirilib26.11.2025 - 16:15
BMR məzunları ilə onlayn görüş keçirilib26.11.2025 - 16:00
ADU-da “İngilis dilində zaman formaları” mövzusunda təlim keçirilib26.11.2025 - 15:45
Gündə neçə banan yemək olar? — Faydaları26.11.2025 - 15:30
Gündə neçə fincan qəhvə təhlükəsizdir? — Həkim xəbərdarlığı26.11.2025 - 15:15
Ömər Eldarov: "Anarın heykəlini hazırlayıram, özü müraciət etdi"26.11.2025 - 15:00
"ChatGPT"də səsli danışıq rejimi yeniləndi26.11.2025 - 14:50
“ChatGPT”dən daha bir - Yenilik26.11.2025 - 14:40
Çay deyil, meyvədir26.11.2025 - 14:30
Mətbuat Şurasında Dil Komissiyasının tərkibi formalaşdırılacaq26.11.2025 - 14:20
Daşkənddə BMU ilə TIIAME arasında əməkdaşlıq memorandumu imzalanıb.26.11.2025 - 14:15
Audiovizual Şura "ATV" kanalına xəbərdarlıq edib26.11.2025 - 14:10
EAPCA-nın təltif etdiyi Azərbaycan jurnalistlərinə mükafatlar təqdim olunub26.11.2025 - 14:00
Dərmanların düzgün istifadəsi sağlamlıq üçün həyati əhəmiyyət daşıyır26.11.2025 - 13:59
“Dövlətin əsasları” mövzusunda təlim keçirilib26.11.2025 - 13:49
COP29-dan COP30-dək Azərbaycanın qazandığı qlobal nailiyyət26.11.2025 - 13:31
Zal nəzarətçisi sertifikatı əldə etmək üçün imtahanlar yekunlaşır26.11.2025 - 13:15
“Qarabağa kitab hədiyyə edək” layihəsi uğurla həyata keçirilib26.11.2025 - 12:59
Uşaqlar hansı halda evdə təhsil ala bilər? - RƏSMİ26.11.2025 - 12:46
PMS imtahanının yekun nəticələri elan olunub26.11.2025 - 12:30
Deputat Elçin Mirzəbəyli məktəblilərlə görüşüb26.11.2025 - 12:19
Rəqəmsal detox stres və yuxu keyfiyyətini yaxşılaşdırır26.11.2025 - 12:07
Pedaqoji Universitetdə magistrantlarla görüş keçirilib26.11.2025 - 11:55
ADAU-nun milli H-indeksi yüksəlib26.11.2025 - 11:40
DİM-də növbəti təlim keçirilib26.11.2025 - 11:25
Ali təhsildə qiymətləndirmə sistemi tamamilə dəyişəcək26.11.2025 - 11:10
Respublika fənn olimpiadalarının məktəb mərhələsi keçirilib26.11.2025 - 10:55
DİM-də GRE General Test imtahanı keçirilib26.11.2025 - 10:40
IELS 2025 üzrə milli layihə menecerlərinin 7-ci görüşü keçirilib26.11.2025 - 10:25
Sumqayıt Dövlət Dram Teatrı “Qaravəlli” əsəri əsasında hazırlanan eyniadlı tamaşa ilə çıxış edib26.11.2025 - 10:10
Azərbaycan Dillər Universitetində Çin kinosunun 120 illiyi qeyd olunub26.11.2025 - 09:55
Dilçilik İnstitutunun əməkdaşları Türkiyədə beynəlxalq simpoziumda iştirak ediblər26.11.2025 - 09:40
Sərbəst (eksternat) təhsilalma forması üzrə buraxılış imtahanlarına qeydiyyat davam edir 26.11.2025 - 09:25
Həyəcan real nəticəyə nə dərəcədə təsir göstərir?26.11.2025 - 09:10
“Altı-Yeddini 86-ya qoymayın”: Uşaqların davranış meyllərinin arxasındakı məqsəd nədir?26.11.2025 - 08:59
İngiltərədə 50 universitet bağlanma riski ilə üz-üzədir: Ali təhsildə maliyyə böhranı dərinləşir26.11.2025 - 08:46
SEND kəsiri böhran yaratdı: BCP şurası hökumətə təcili yardım çağırışı etdi26.11.2025 - 08:33
NAHT həmkarlar ittifaqı Ofsted-in yeni yoxlamalarına qarşı hüquqi mübarizədə məğlub oldu26.11.2025 - 08:20
İngiltərə Kilsəsinin baş təhsil zabiti məktəb qəbuluna nəzarət edən hakim təyin olundu26.11.2025 - 08:07