Təhsil 365 - Logo Mobile

ADU-da tələbələrin təcrübəyə hazırlığı və əmək bazarı nümayəndələri ilə görüş keçirilib

10626.11.2025 - 17:30
ADU-da tələbələrin təcrübəyə hazırlığı və əmək bazarı nümayəndələri ilə görüş keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) tələbələrin təcrübəyə hazırlanması və onların əmək bazarına uğurlu inteqrasiyasına dəstək məqsədilə “Tələbələrin Təcrübəyə Hazırlığı və Əmək Bazarı Nümayəndələri ilə Görüş: Tövsiyələr, Təlimatlar və Təkliflər” adlı tədbir keçirilib. BMR fakültəsinin Beynəlxalq Münasibətlər kafedrasının təşkilatçılığı ilə baş tutan görüş tələbələrin peşəkar inkişafına yönəlik mühüm təşəbbüslərdən biri olub.

“Tehsil365” xəbər verir ki, tədbirdə Ombudsman Aparatının Hüquqi Maarifləndirmə Sektorunun müdiri Müqalib Mahmudov çıxış edərək ADU-nun Beynəlxalq Münasibətlər və Regionşünaslıq ixtisaslarını bitirən məzunların əmək bazarında yeri və rolu barədə məlumat verib. O, Ombudsman Aparatında tələbələrin təcrübə keçməsi imkanları, işə qəbul prosesində tələb olunan bilik və bacarıqlar, habelə hüquqi savadlılığın artırılmasının vacibliyi barədə danışıb. Mahmudov qeyd edib ki, təcrübə proqramları tələbələrin real iş mühitinə daha hazırlıqlı daxil olmasına mühüm töhfə verir.

Daha sonra Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın əmək bazarı və sosial müdafiə sahəsi üzrə tədqiqat departamentinin müdir müavini Əli Tağızadə müasir süni intellekt dövründə tələbələrin inkişaf etdirməli olduqları yumşaq bacarıqların (soft skills) əhəmiyyətini vurğulayıb. O, həmçinin komputer bacarıqları və dil biliklərinin əmək bazarında tələbələrə yaratdığı üstünlüklərdən, yaxın gələcəkdə sıradan çıxacaq və daha çox tələb olunacaq peşələrdən bəhs edib. Tağızadə bildirib ki, müasir əmək bazarının sürətlə dəyişən tələblərinə uyğunlaşmaq üçün tələbələrin nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlara da malik olması vacibdir.

Tədbirin sonunda qeyd olunub ki, ADU ilə əmək bazarının müxtəlif nümayəndələri arasında qurulan sıx əməkdaşlıq tələbələr üçün təcrübə imkanlarını genişləndirir. Bu tip görüşlər tələbələrə real iş mühitinin tələbləri barədə biliklər verir, onların peşəkar inkişafını gücləndirir və karyeraya hazırlıq prosesini daha təsirli edir.

Növbəti mərhələdə əmək bazarı nümayəndələri ilə ADU-nun 4-cü kurs tələbələrinin birgə iştirakı ilə daha geniş müzakirələrin aparılması planlaşdırılır. Görüşlərin əsas məqsədi tələbələrin əmək bazarına daha yüksək hazırlıqla daxil olmasına dəstək göstərmək və onların karyera inkişafına töhfə verməkdir.

Aysel Paşayeva

Xəbər Lenti

Ceyhun Bayramov İtaliya Senatının sədri ilə görüşüb26.11.2025 - 18:59
Rumıniya nəşri Azərbaycanla Misir münasibətləri barədə məqalə dərc edib26.11.2025 - 18:55
Vəsimə İsmayılqızı: Terminoloji vahidliyin yaradılması dilin gələcəyi üçün mühüm şərtdir26.11.2025 - 18:47
Bu yaşadək uşaqlar üçün 140 manat verilir 26.11.2025 - 18:15
Bəzi məktəblərdə birincilərlə üçüncü siniflər bir yerdə: Valideynləri özündən çıxaran problemlərdəndir 26.11.2025 - 18:00
ADU-da “Kaşğarlı Mahmud Yolu və Türk Dünyası” adlı dəyirmi masa keçirilib26.11.2025 - 18:00
“Əkinçi” qəzetinin 150 illiyinə həsr olunmuş “Mətbuat və dil” mövzusunda tədbir keçirilib26.11.2025 - 17:45
Gəncədə yeniyetmə bıçaqlandı26.11.2025 - 17:45
Seyid Əzim Şirvaninin Azərbaycan maarifçiliyində rolu - dəyirmi masa keçirilib 26.11.2025 - 17:30
Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş olub26.11.2025 - 17:15
Füzuli Dövlət Dram Teatrında "Ruh" tamaşasının premyerası keçirilib26.11.2025 - 17:15
Bu universitetə yeni prorektor təyin olundu26.11.2025 - 17:10
BDU-nun bufetindən yayılan görüntülər müzakirələrə yol açdı26.11.2025 - 17:05
"Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi keçirilib26.11.2025 - 17:00
Azərbaycan İdman Akademiyasının II kurs tələbəsi vəfat edib26.11.2025 - 17:00
Rusiyaşünaslıq Mərkəzinin müdiri Moskva şəhərində beynəlxalq forumda iştirak edib26.11.2025 - 16:45
“Bu konfrans süni intellektin humanitar elmlərdə inkişafı və tətbiqi baxımından böyük əhəmiyyət daşıyır” – Lyudmila Bejenaru26.11.2025 - 16:30
“Beynəlxalq jurnallar üçün necə yazmalı” mövzusunda seminar keçirilib26.11.2025 - 16:15
BMR məzunları ilə onlayn görüş keçirilib26.11.2025 - 16:00
ADU-da “İngilis dilində zaman formaları” mövzusunda təlim keçirilib26.11.2025 - 15:45
Gündə neçə banan yemək olar? — Faydaları26.11.2025 - 15:30
ADU-da tələbələr üçün onlayn təlim keçirilib26.11.2025 - 15:20
Gündə neçə fincan qəhvə təhlükəsizdir? — Həkim xəbərdarlığı26.11.2025 - 15:15
Ömər Eldarov: "Anarın heykəlini hazırlayıram, özü müraciət etdi"26.11.2025 - 15:00
"ChatGPT"də səsli danışıq rejimi yeniləndi26.11.2025 - 14:50
“ChatGPT”dən daha bir - Yenilik26.11.2025 - 14:40
Çay deyil, meyvədir26.11.2025 - 14:30
Mətbuat Şurasında Dil Komissiyasının tərkibi formalaşdırılacaq26.11.2025 - 14:20
Daşkənddə BMU ilə TIIAME arasında əməkdaşlıq memorandumu imzalanıb.26.11.2025 - 14:15
Audiovizual Şura "ATV" kanalına xəbərdarlıq edib26.11.2025 - 14:10
EAPCA-nın təltif etdiyi Azərbaycan jurnalistlərinə mükafatlar təqdim olunub26.11.2025 - 14:00
Dərmanların düzgün istifadəsi sağlamlıq üçün həyati əhəmiyyət daşıyır26.11.2025 - 13:59
“Dövlətin əsasları” mövzusunda təlim keçirilib26.11.2025 - 13:49
COP29-dan COP30-dək Azərbaycanın qazandığı qlobal nailiyyət26.11.2025 - 13:31
Zal nəzarətçisi sertifikatı əldə etmək üçün imtahanlar yekunlaşır26.11.2025 - 13:15
“Qarabağa kitab hədiyyə edək” layihəsi uğurla həyata keçirilib26.11.2025 - 12:59
Uşaqlar hansı halda evdə təhsil ala bilər? - RƏSMİ26.11.2025 - 12:46
PMS imtahanının yekun nəticələri elan olunub26.11.2025 - 12:30
Deputat Elçin Mirzəbəyli məktəblilərlə görüşüb26.11.2025 - 12:19
Rəqəmsal detox stres və yuxu keyfiyyətini yaxşılaşdırır26.11.2025 - 12:07
Pedaqoji Universitetdə magistrantlarla görüş keçirilib26.11.2025 - 11:55
ADAU-nun milli H-indeksi yüksəlib26.11.2025 - 11:40
DİM-də növbəti təlim keçirilib26.11.2025 - 11:25
Ali təhsildə qiymətləndirmə sistemi tamamilə dəyişəcək26.11.2025 - 11:10
Respublika fənn olimpiadalarının məktəb mərhələsi keçirilib26.11.2025 - 10:55
DİM-də GRE General Test imtahanı keçirilib26.11.2025 - 10:40
IELS 2025 üzrə milli layihə menecerlərinin 7-ci görüşü keçirilib26.11.2025 - 10:25