Azərbaycan İdman Akademiyasının II kurs tələbəsi vəfat edib
Azərbaycan İdman Akademiyasının II kurs, Ümumi Fiziki Hazırlıq ixtisası üzrə 224A4 qrupunun tələbəsi Tural Əzimov bu gün xərçəng xəstəliyi səbəbindən dünyasını dəyişib.
“Tehsil365” xəbər verir ki, Akademiyanın tələbələri və müəllim kollektivi Tural Əzimovun vəfatı ilə bağlı dərin kədərlərini ifadə ediblər. Gənc tələbənin vaxtsız itkisi təhsil ictimaiyyətində böyük üzüntü yaradıb.
Akademiya kollektivi mərhumun ailəsinə, yaxınlarına, dostlarına və qrup yoldaşlarına səbir diləyib.
Allah rəhmət eləsin.

