Bu gün Azərbaycan muğam sənətinin istedadlı nümayəndələrindən biri, xanəndə Abgül Ərzulla oğlu Mirzəliyevin doğum günüdür.
“Tehsil365” xəbər verir ki, O, 27 noyabr 1986-cı ildə Şamaxı rayonunun Şıxzahırlı kəndində anadan olub.
Muğam sənətinə olan marağı və səsi ilə gənc yaşlarından seçilən Abgül Mirzəliyev milli musiqi irsimizin qorunması və yayılmasında fəal rol oynayır. O, klassik muğam dəstgahları ilə yanaşı, xalq və təsnif janrlarında da özünəməxsus ifaları ilə tanınıb, dinləyicilərin rəğbətini qazanıb.
Xanəndə kimi sənət yolunda uğurla irəliləyən Abgül Mirzəliyev müxtəlif festivallarda, musiqi tədbirlərində çıxış edərək Azərbaycan muğamının zənginliyini nümayiş etdirir. Onun səsi və ifa tərzi, ustad sənətkarlara olan ehtiramı, ənənəyə sadiqliyi ilə seçilir.
Sənətə və mədəniyyətə verdiyi töhfələrə görə sevilən xanəndə Abgül Mirzəliyevi doğum günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq.

