Bu gün Azərbaycanın igid oğlu, Vətən uğrunda canından keçmiş şəhid Elçin Poladovun doğum günüdür. 2001-ci ildə dünyaya gələn Elçin Poladov gənc yaşlarından Vətəninə olan sarsılmaz bağlılığı və qəhrəmanlığı ilə tanınmışdır.
“Tehsil365” xəbər verir ki, Elçin Poladov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən şanlı mübarizədə öz həyatını fəda edən igidlərdən biridir. Onun fədakarlığı və cəsarəti xalqımızın tarixində əbədi qalacaq, gələcək nəsillərə örnək olacaqdır.
Şəhid Elçin Poladovun xatirəsi hər zaman ehtiramla yad edilir, ailəsinə və bütün xalqımıza dərin başsağlığı verilir. Onun qəhrəmanlığı Azərbaycan gəncliyinə vətənpərvərlik ruhunu aşılamaqda davam edir.
Bu müqəddəs gündə Elçin Poladovun doğum gününü anır, Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizi hörmət və minnətdarlıqla yad edirik. Onların igidliyi və qəhrəmanlığı Azərbaycan xalqının qürur mənbəyi olaraq əbədi yaşayacaq.

