Təhsil 365 - Logo Mobile

Saxa əlifbasının latınlaşması: Qafqaz və Türk dünyası üçün ilk model

10526.11.2025 - 19:45
Saxa əlifbasının latınlaşması: Qafqaz və Türk dünyası üçün ilk model

İnqilabın ilk illərində latın qrafikalı əlifbaya dərhal keçməyin çətinliyini, bəlkə də mümkünsüzlüyünü anlayan yeni hökumət, Xalq Komissarları Soveti inqilabdan əvvəlki əlifbaya müəyyən düzəlişlərin edilməsi barədə dekret imzaladı. Yəni çar Rusiyası dövründə istifadə olunan Kirill əlifbası bir qədər sadələşdirilərək o vaxt üçün həyati əhəmiyyət daşıyan çap işləri davam etdirildi. Lakin bu dəyişikliklərə heç kim ciddi fikir vermir, qəzet və jurnallar inqilabdan əvvəlki əlifba ilə çap olunmağa davam edirdi. Yalnız Moisey Qoldşteynin (V.Volodarskinin) sərt göstərişindən sonra Peterburqdakı bütün mətbuat yeni əlifbaya keçdi. Bu isə bolşeviklərin və onlara yaxın alimlərin latın qrafikası ideyasından uzaqlaşdıqları anlamına gəlmirdi.

Bu siyasəti həyata keçirənlərdən biri olan dilçi-alim Nikolay Yakovlev 1932-ci ildə yazırdı ki, SSRİ-də əlifbaların latınlaşdırılması Oktyabr inqilabından dərhal sonra başlandı. Onun sözlərinə görə, hələ 1917-ci ildə Yakutiyada missioner təbliğatının əsas aləti olan Kirill qrafikalı əlifbanın dəyişdirilməsi məsələsi gündəmə gətirilmiş və latın qrafikalı yazı ilə əvəz olunmuşdu.

‘‘Tehsil365’’ bildirir ki, bu fikirlər AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin müdiri tarix elmləri doktoru Güllü Yoloğlunun “Latın qrafikalı saxa əlifbası latına ilk keçid idi” adlı məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Zəngin maddi və mənəvi mədəniyyətə malik saxalar türk xalqları arasında latın qrafikasına keçən ilk toplum olublar. Milliyyətcə saxa türkü olan Semyon Novqorodov 1917-ci ildə 33 hərfdən ibarət latın əsaslı saxa əlifbasını hazırlayıb. Həmin il “Saxalı suruk-biçik” adlı əlifba kitabı da çap olunub. Artıq 1917-ci ilin sonu, 1918-ci ilin əvvəllərində bütün ibtidai saxa məktəblərində bu əlifba ilə saxa dili və folkloru öyrədilib.

Yakut Muxtar Sovet Sosialist Respublikasının Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyətinin 1924-cü il 16 fevral tarixli qərarına əsasən Yakut Yazısı Komitəsi yaradılıb və Platon Oyunski qurumun sədri olub. Elə həmin vaxtdan S.Novqorodovun transkripsiyasının təkmilləşdirilməsi istiqamətində müzakirələrə başlanılıb. Yəni, Birinci Türkoloji Qurultayda irəli sürülmüş latın qrafikasına keçid saxa türkləri üçün əslində yeni məsələ olmayıb.

1923-cü ildə Şimali Qafqazın dağlı xalqlarının maariflənməsi üzrə Birinci Konfrans keçirilib və burada qeyd olunan üç xalqla yanaşı, qaraçaylar üçün də razılaşdırılmış latın qrafikalı əlifba layihəsi təsdiqlənib. 1925-ci ildə abxazlar akademik Nikolay Marrın təklif etdiyi latın əsaslı əlifbaya keçiblər.

“Din xalq üçün tiryəkdir” şüarı altında Kiril və ərəb əlifbalarından imtina etmək həmin dövrün əsas siyasi məqsədlərindən biri idi. Bolşeviklər hər yerdə latın qrafikasının tətbiqinə şərait yaradır, kargüzarlıq bu əlifbada aparılır, dərsliklərin, əlifbaların, qəzet və jurnalların çapı üçün vəsait ayrılır, müəllimlər bu istiqamətdə hazırlanırdı. Orta Asiyanın bəzi bölgələrində latınlaşmaya qarşı müqavimət olduğundan, Mərkəz yeni əlifbaya keçidi sanki yerli ziyalıların təşəbbüsü kimi təqdim edirdi.

1926-cı ildə Azərbaycanın təşəbbüsü ilə Bakıda Birinci Türkoloji Qurultay keçirilib. Məqsəd Qafqaz və türk xalqlarının vahid latın qrafikalı əlifbaya keçidi ilə bağlı ümumi qərara gəlmələri idi. Qurultayda qəbul edilən bütün qərarlar artıq Ümumittifaq Kommunist Partiyası (b) Mərkəzi Komitəsinin direktivlərində əksini tapmışdı. Bir il sonra müxtəlif xalqların nümayəndələrinin Köhnə meydanda təsdiqlədiyi qərar əsasında Yeni Türk Əlifbasının Ümumittifaq Mərkəzi Komitəsi yaradıldı. 1931-ci ildən komitənin adından “türk” sözü çıxarıldı. Bu isə elə bir dövr idi ki, Mərkəzi Komitə rus əlifbasının latınlaşdırılmasını artıq kəskin şəkildə dayandırmışdı.

Səma Qarayeva

Xəbər Lenti

Elm və təhsil naziri Ağcabədidə vətəndaşlarla görüşəcək26.11.2025 - 19:54
Azərbaycan Dillər Universitetində Çin kinosunun tarixinə həsr edilmiş seminar26.11.2025 - 19:30
UNEC nümayəndə heyəti xüsusi dəvətlə Malayziyanın Taylor’s Universitetini ziyarət edib26.11.2025 - 19:15
120 şagird qidadan zəhərləndi26.11.2025 - 19:00
Ceyhun Bayramov İtaliya Senatının sədri ilə görüşüb26.11.2025 - 18:59
Rumıniya nəşri Azərbaycanla Misir münasibətləri barədə məqalə dərc edib26.11.2025 - 18:55
Vəsimə İsmayılqızı: Terminoloji vahidliyin yaradılması dilin gələcəyi üçün mühüm şərtdir26.11.2025 - 18:47
Bu yaşadək uşaqlar üçün 140 manat verilir 26.11.2025 - 18:15
Bəzi məktəblərdə birincilərlə üçüncü siniflər bir yerdə: Valideynləri özündən çıxaran problemlərdəndir 26.11.2025 - 18:00
ADU-da “Kaşğarlı Mahmud Yolu və Türk Dünyası” adlı dəyirmi masa keçirilib26.11.2025 - 18:00
Gəncədə yeniyetmə bıçaqlandı26.11.2025 - 17:45
“Əkinçi” qəzetinin 150 illiyinə həsr olunmuş “Mətbuat və dil” mövzusunda tədbir keçirilib26.11.2025 - 17:45
Seyid Əzim Şirvaninin Azərbaycan maarifçiliyində rolu - dəyirmi masa keçirilib 26.11.2025 - 17:30
ADU-da tələbələrin təcrübəyə hazırlığı və əmək bazarı nümayəndələri ilə görüş keçirilib26.11.2025 - 17:30
Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş olub26.11.2025 - 17:15
Füzuli Dövlət Dram Teatrında "Ruh" tamaşasının premyerası keçirilib26.11.2025 - 17:15
Bu universitetə yeni prorektor təyin olundu26.11.2025 - 17:10
BDU-nun bufetindən yayılan görüntülər müzakirələrə yol açdı26.11.2025 - 17:05
Azərbaycan İdman Akademiyasının II kurs tələbəsi vəfat edib26.11.2025 - 17:00
"Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi keçirilib26.11.2025 - 17:00
Rusiyaşünaslıq Mərkəzinin müdiri Moskva şəhərində beynəlxalq forumda iştirak edib26.11.2025 - 16:45
“Bu konfrans süni intellektin humanitar elmlərdə inkişafı və tətbiqi baxımından böyük əhəmiyyət daşıyır” – Lyudmila Bejenaru26.11.2025 - 16:30
“Beynəlxalq jurnallar üçün necə yazmalı” mövzusunda seminar keçirilib26.11.2025 - 16:15
BMR məzunları ilə onlayn görüş keçirilib26.11.2025 - 16:00
ADU-da “İngilis dilində zaman formaları” mövzusunda təlim keçirilib26.11.2025 - 15:45
Gündə neçə banan yemək olar? — Faydaları26.11.2025 - 15:30
ADU-da tələbələr üçün onlayn təlim keçirilib26.11.2025 - 15:20
Gündə neçə fincan qəhvə təhlükəsizdir? — Həkim xəbərdarlığı26.11.2025 - 15:15
Ömər Eldarov: "Anarın heykəlini hazırlayıram, özü müraciət etdi"26.11.2025 - 15:00
"ChatGPT"də səsli danışıq rejimi yeniləndi26.11.2025 - 14:50
“ChatGPT”dən daha bir - Yenilik26.11.2025 - 14:40
Çay deyil, meyvədir26.11.2025 - 14:30
Mətbuat Şurasında Dil Komissiyasının tərkibi formalaşdırılacaq26.11.2025 - 14:20
Daşkənddə BMU ilə TIIAME arasında əməkdaşlıq memorandumu imzalanıb.26.11.2025 - 14:15
Audiovizual Şura "ATV" kanalına xəbərdarlıq edib26.11.2025 - 14:10
EAPCA-nın təltif etdiyi Azərbaycan jurnalistlərinə mükafatlar təqdim olunub26.11.2025 - 14:00
Dərmanların düzgün istifadəsi sağlamlıq üçün həyati əhəmiyyət daşıyır26.11.2025 - 13:59
“Dövlətin əsasları” mövzusunda təlim keçirilib26.11.2025 - 13:49
COP29-dan COP30-dək Azərbaycanın qazandığı qlobal nailiyyət26.11.2025 - 13:31
Zal nəzarətçisi sertifikatı əldə etmək üçün imtahanlar yekunlaşır26.11.2025 - 13:15
“Qarabağa kitab hədiyyə edək” layihəsi uğurla həyata keçirilib26.11.2025 - 12:59
Uşaqlar hansı halda evdə təhsil ala bilər? - RƏSMİ26.11.2025 - 12:46
PMS imtahanının yekun nəticələri elan olunub26.11.2025 - 12:30
Deputat Elçin Mirzəbəyli məktəblilərlə görüşüb26.11.2025 - 12:19
Rəqəmsal detox stres və yuxu keyfiyyətini yaxşılaşdırır26.11.2025 - 12:07
Pedaqoji Universitetdə magistrantlarla görüş keçirilib26.11.2025 - 11:55
ADAU-nun milli H-indeksi yüksəlib26.11.2025 - 11:40