“Spotify" musiqi platforması yaxın zamanlarda yeni funksiyasını istifadəyə verəcək.
“Tehsil365” Axşam.az-a istinadən xəbər verir ki, tətbiqin istifadəçiləri artıq "Apple Music", "YouTube Music", "Deezer", "Soundcloud", "Amazon Music" və digər musiqi platformalarından pleylistlərini birbaşa öz hesablarına köçürə biləcəklər.
Bunun üçün mobil tətbiqdə “Mənim mediakitabxanam” bölməsinə daxil olmaq və daha sonra isə ən aşağıda yer alan “Musiqi import et” düyməsini sıxmaq lazım olacaq.

