İran parlamentinin plenar iclasından paylaşılan görüntülər sosial mediada böyük müzakirələrə səbəb olub.
“Tehsil365” “Telegram” kanalına istinadən xəbər verir ki, millət vəkillərinin iclas zalında sərbəst vaxt keçirməsi istifadəçilər tərəfindən həm gülüşlə, həm də tənqidlə qarşılanıb.
Görüntülərdə bəzilərinin ayaqlarını masanın üzərinə qoyaraq iclası izlədiyi, digərlərinin isə oturacaqları kənara qoyub yerə əyləşdiyi görünür.
İzləyicilər millət vəkillərinin qanunvericilik fəaliyyəti ilə məşğul olmaq əvəzinə, sanki uzun bir səfərdən sonra yorğun turistlər kimi istirahət etdiyini qeyd ediblər.

