Təhsil 365 - Logo Mobile

İcra başçılarının maaşı narazılıq doğurdu - təklif

8227.11.2025 - 07:15
İcra başçılarının maaşı narazılıq doğurdu - təklif

Azərbaycanda icra başçılarının maaşları ilə bağlı yeni müzakirələr başlayıb. Məsələni gündəmə gətirən ReAl Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərlinin açıqladığı rəqəmlər göstərir ki, icra hakimiyyəti rəhbərlərinin məvacibi bölgələr üzrə kəskin fərqlənir və kifayət qədər yüksəkdir.

Tehsil365” “Yenu musavat” -a istinadən bildirib ki, Ekspertin təqdim etdiyi məlumatlara görə, Bakı şəhərinin icra başçısı 7650 manat maaş alır. Gəncə və Sumqayıt şəhərlərinin icra başçıları 5625 manat, əhalisi 100 mindən çox olan rayonların rəhbərləri 4587 manat, 50-100 min nəfər arası əhalisi olan rayonlarda bu məbləğ 4225 manat, 50 minədək əhalisi olan rayonlarda isə 3837 manat təşkil edir. Bu məbləğlərdən əlavə 14% gəlir vergisi, 3% DSMF, 2% tibbi sığorta, 0,5% işsizlik sığortası və 1% siyasi partiyaya üzvlük haqqı tutulur.

Natiq Cəfərli bildirib ki, bu maaşlar 1 mart 2022-ci ildən etibarən ciddi şəkildə artırılıb. Onun sözlərinə görə, həmin tarixə qədər Bakı şəhərinin icra başçısının məvacibi cəmi 3060 manat idi. Kiçik rayonlarda isə fərq daha kəskin olub. Məsələn, Xızı rayonunda 2012-ci ildən fəaliyyət göstərən icra başçısı 2022-ci ilə qədər təxminən 1700 manat maaş alırdısa, hazırda tutulmalar çıxıldıqdan sonra onun aldığı məbləğ 3000 manata yaxınlaşır.

Ekspert hesab edir ki, icra hakimiyyəti sistemi artıq öz funksionallığını itirib və bu institut “köhnəlib”. Onun sözlərinə görə, icra başçılarının maaşının artırılması idarəetmədəki problemləri aradan qaldırmır, əksinə, cəmiyyətdə yeni suallar yaradır. Artıq sosial şəbəkələrdə əsas müzakirə mövzusu odur ki, yüksək maaş alan icra başçıları bu məvacibi doğruldurlar, yoxsa yox. Rayonlarda sosial problemlər qalmaqda davam edir: yolların bərbad vəziyyətdə olması, içməli su çatışmazlığı, işsizlik və kənd təsərrüfatının geriləməsi kimi məsələlər fonunda icra başçılarının aldıqları yüksək əməkhaqqı cəmiyyətdə narazılıq doğurur.

Ekspertlər bildirirlər ki, təkcə yüksək maaş korrupsiya və digər neqativ halların qarşısını almağa kifayət etmir. Son illərdə bir neçə icra başçısının rüşvət və mənimsəmə ittihamları ilə həbsi bunun bariz nümunəsidir. İdarəetmə modelinin seçkiyə əsaslanmaması, hesabatlılıq mexanizminin olmaması da korrupsiya riskini daha da artırır.

Məsələ ilə bağlı səslənən təkliflər daha ciddi islahatlara ehtiyac olduğunu göstərir. Ekspertlər hesab edir ki, icra hakimiyyəti strukturu ya tamamilə ləğv edilməli, ya da radikal şəkildə yenilənməlidir. İcra başçılarının maaşları ətrafında yaranan müzakirələr bir daha göstərdi ki, məsələ yalnız rəqəmlərdən ibarət deyil. Cəmiyyət daha effektiv, hesabatlı və korrupsiyadan uzaq idarəetmə tələb edir. Yüksək maaş isə bu sistemi, sadəcə, kosmetik şəkildə “yeni” göstərir, amma onu dəyişmir

Xəyal Bəşirov

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Yeni Müsavat”a bildirib ki, icra hakimiyyətləri institutu sovet dönəmindən qalıb və hazırkı dövrümüzdə özünü doğrultmur: “Biz zamanla icra başçıları barəsində cinayət işlərinin başlanması, həbs-qətimkan tədbirlərinin seçilməsi, onların məsuliyyətə cəlb edilməsi hallarının şahidi olmuşuq. Doğrudur, bu, təkcə icra başçılarına deyil, mərkəzi icra hakimiyyəti orqanlarına da aiddir. Mərkəzi icra hakimiyyəti orqanlarında rəhbər şəxslərin məsuliyyətə cəlb edilməsinin şahidi oluruq. Əgər bir insan qanunazidd əməllərə meyl edirsə, o, istənilən vəzifədə olarkən buna əl atacaq. Maaşlarının artırılması və digər dəyişikliklər bəzi icra başçılarının varlanma hərisliyinə təsir etməyəcək. Əgər sən icra başçısı təyin olunmusansa, əvvəlcədən bilirsən ki, maaşın 2000 və ya 3000 olacaq. Bu, səni qane etmirsə, heç kim səni o vəzifədə çalışmağa məcbur edə bilməz. İstəmirsənsə, istefa verib, vəzifədən çıxa bilərsən. Əgər işləyirsənsə, deməli, maaş şərtlərini və vəzifə öhdəliklərini qəbul edirsən”.

Onun sözlərinə görə, son zamanlar bir sıra icra başçılarının həbsinə şahid olduq: “Görünən odur ki, icra başçıları nəticə çıxarmaq istəmirlər. Onları hətta cinayət məsuliyyətinə cəlb olunmaq da çəkindirmir. Bir icra başçısı həbs olunursa, bu, digərlərinə də görk olmalı və onları doğru işləməyə vadar etməlidir. Əgər onlar öz əməllərini yenə də davam etdirirlərsə, bu halda düşünürəm ki, bu, ümumilikdə institutsional yanaşma prinsipini dəyişməyi zəruri edir".

Amidə Zeynalova

Xəbər Lenti

Avstraliyada sosial media qadağası: Internat məktəbləri şagirdləri dostlarından ayırmamaq yolları axtarır27.11.2025 - 08:46
Uelsdə şagird davamiyyəti aşağıdır, amma bir məktəb parlayır27.11.2025 - 08:33
Yeni təhsil rüsumları xarici tələbələrin gələcəyini təhlükəyə atır: Manou-nun hekayəsi27.11.2025 - 08:20
MacKenzie Scott-un həyatını dəyişən 1000 dollar: Məşhur xeyriyyəçinin tələbəlikdəki mübarizəsi27.11.2025 - 08:07
Ən zərərli kolbasa növləri - Həkimlərdən ciddi xəbərdarlıq27.11.2025 - 08:00
Ofsted NPQ provayderlərinin yoxlamalarını gələn tədris ilinə qədər dayandırır, hökumət ixtisasları nəzərdən keçirəcək27.11.2025 - 07:54
ABŞ-da Hindistanlı tələbələrin sayı 4 ildə 135% artıb – IIE open doors hesabatı27.11.2025 - 07:41
Daha bir məktəb direktoru İŞDƏN ÇIXARILDI27.11.2025 - 07:30
Hökumət 2028-ci ildən SEND təminatının xərclərini mənimsəyəcək, büdcədə orta məktəblərə milyonlarla sərmayə planlaşdırılır27.11.2025 - 07:28
Dostu ilə zarafatlaşan yeniyetmə xəsarət alıb27.11.2025 - 07:18
Ser Keir Starmer Peterboroughdakı məktəbdə pulsuz yemək proqramının genişləndirilməsini təsdiqlədi27.11.2025 - 07:15
Nottingham universitetində kursların bağlanması planlarına qarşı etiraz aksiyası27.11.2025 - 07:02
Azərbaycan, İran və Rusiya arasında anlaşma memorandumu imzalanıb27.11.2025 - 07:00
Azərbaycan Universiteti “QS Avrasiya Forumu 2025”də təmsil olunub27.11.2025 - 06:58
Yatan, ayağını masaya qoyan millət vəkilləri - İran parlamentindən FOTOLAR27.11.2025 - 06:50
Baş Nazir Ser Keir Starmer ibtidai sinif uşaqlarına rəhbərlik edərkən komik anlar yaşayıb27.11.2025 - 06:49
Immiqrasiya tətbiqinin məktəblərə geniş təsirləri, diaqramlarda27.11.2025 - 06:36
Nazir yüksək vəzifəli şəxsi işdən azad etdi27.11.2025 - 06:30
27 noyabr 2001 — Elçin Poladov, Azərbaycan əsgəri və şəhidin doğum günüdür27.11.2025 - 06:23
DİN: Azərbaycanın klassik IT təhlükəsizlik sistemi artıq nəticə vermir27.11.2025 - 06:15
"Danişır tarix" sənədli filmi nümayiş etdirilib27.11.2025 - 06:12
27 noyabr 1995 — Babək Mahmudlu, Azərbaycan əsgəri və şəhidin doğum günüdür27.11.2025 - 06:10
İndi bəzi valideynlər uşaqları "ChatGPT" ilə böyüdürlər27.11.2025 - 06:00
27 noyabr 2006 — MDB məkanında ilk dəfə olaraq Bakıda hüquqşünas qadınların beynəlxalq konfransı keçirilib27.11.2025 - 05:57
Məktəblərdə bu vakansiyalar üzrə keçid balları AÇIQLANDI27.11.2025 - 05:45
27 noyabr 1920 — RSFSR XKS “Türküstan və Azərbaycan SSR-də pambıqçılığı bərpa etmək barədə” dekret qəbul edib27.11.2025 - 05:44
"Qərbi Azərbaycan məsələsi Azərbaycan təhsili və elmində" mövzusunda dəyirmi masa keçirilib27.11.2025 - 05:32
Əjdər Ağayevin vəfatının ildönümüdür – Elmə, ədəbiyyata və təhsilə həsr olunmuş ömür27.11.2025 - 05:31
İcra başçısı işçilərini 3 fəndən imtahan edir?27.11.2025 - 05:30
Ümbülbanu Rəsulzadənin vəfatının ildönümüdür – Milli liderin sədaqətli silahdaşı anılır27.11.2025 - 05:18
ilə "AzerGold" QSC-nin müşaviri BDU-da ustad dərsi keçib27.11.2025 - 05:16
Spotify"a yeni funksiyası gəlir27.11.2025 - 05:15
Bu günün havası...27.11.2025 - 05:06
Mirzə Kazım bəyin vəfatının ildönümüdür – Şərqşünaslıq elminin parlaq siması anılır27.11.2025 - 05:05
Xalq musiqimizin gənc səsi – xanəndə Abgül Mirzəliyev doğum gününü qeyd edir27.11.2025 - 04:52
Azərbaycanın görkəmli hematoloqu və vətənpərvər ziyalısı Musa Abdullayevin doğum günüdür27.11.2025 - 04:39
Azərbaycan teatrının parlaq simalarından biri — İsa Musayevin doğum günüdür27.11.2025 - 04:26
ARB 24 kanalının yaranmasından 6 il ötür27.11.2025 - 04:13
“Azad” operasının premyerasından 66 il keçir – Musiqi tariximizin əlamətdar günü27.11.2025 - 04:00
Elm və təhsil naziri Ağcabədidə vətəndaşlarla görüşəcək26.11.2025 - 19:54
Saxa əlifbasının latınlaşması: Qafqaz və Türk dünyası üçün ilk model26.11.2025 - 19:45
Azərbaycan Dillər Universitetində Çin kinosunun tarixinə həsr edilmiş seminar26.11.2025 - 19:30
UNEC nümayəndə heyəti xüsusi dəvətlə Malayziyanın Taylor’s Universitetini ziyarət edib26.11.2025 - 19:15
120 şagird qidadan zəhərləndi26.11.2025 - 19:00
Ceyhun Bayramov İtaliya Senatının sədri ilə görüşüb26.11.2025 - 18:59
Rumıniya nəşri Azərbaycanla Misir münasibətləri barədə məqalə dərc edib26.11.2025 - 18:55
Vəsimə İsmayılqızı: Terminoloji vahidliyin yaradılması dilin gələcəyi üçün mühüm şərtdir26.11.2025 - 18:47