Təhsil 365 - Logo Mobile

ADPU-da ali təhsildə keyfiyyət və müəllim hazırlığı üzrə beynəlxalq konfransların açılış mərasimi keçirilib

10527.11.2025 - 11:30
ADPU-da ali təhsildə keyfiyyət və müəllim hazırlığı üzrə beynəlxalq konfransların açılış mərasimi keçirilib

Noyabrın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetində Türkiyənin Ali Təhsilin Keyfiyyəti Şurası (YÖKAK), Təhsildə Keyfiyyət Təminatı Agentliyi, Türkiyənin Sakarya və Çankaya universitetlərinin birgə təşkilatçılığı ilə Ali Təhsildə Keyfiyyət üzrə Beynəlxalq Konfransın və Beynəlxalq Müəllim Hazırlığı Konfransının açılış mərasimi keçirilib.

“Tehsil365” xəbər verir ki, açılış mərasimində Türkiyə və Azərbaycan tərəfdən koordinatorlar - Sakarya Universitetinin professoru Aytekin İşman və ADPU-nun tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov konfranslara hazırlıq prosesi barədə ətraflı məlumat veriblər. Qeyd edilib ki, iki gün davam edəcək Ali Təhsildə Keyfiyyət üzrə Beynəlxalq Konfransa 210-dan çox, Beynəlxalq Müəllim Hazırlığı Konfransına isə 150-dən çox elmi məqalə və tezis təqdim edilib.

ADPU-nun rektoru professor Cəfər Cəfərov ali təhsildə keyfiyyətin yüksəldilməsinin qlobal müzakirələrin əsas mövzularından biri olduğunu söyləyib. O bildirib ki, beynəlxalq standartlara uyğun akkreditasiya mexanizmlərinin tətbiqi ali təhsil sistemində şəffaflığı və məsuliyyəti kifayət qədər artırıb. Rəqəmsal idarəetmə, təhsil və təlim resurslarının modernləşdirilməsi ali təhsilin əlçatanlığını və effektivliyini yüksəldib.

Rektor vurğulayıb ki, müəllim hazırlığı, kadr inkişafı, kurikulum yenilənməsi və universitetlərin beynəlxalq reytinq sistemlərinə inteqrasiyası üzrə genişmiqyaslı proqramlar artıq öz nəticələrini göstərməkdədir. Bu islahatlar ölkəmizin ali təhsil sahəsində qlobal mühitə çevik inteqrasiyasını təmin edir.

Cəfər Cəfərov diqqətə çatdırıb ki, müasir dövrün tələblərinə cavab verən, geniş səriştələrə malik, pedaqoji təfəkkürü inkişaf etmiş müəllimlərin yetişdirilməsi olmadan təhsildə keyfiyyətin davamlı təmin edilməsi mümkün deyil və bu baxımdan Beynəlxalq Müəllim Hazırlığı Konfransı xüsusi əhəmiyyət daşıyır.

Türkiyənin Çankaya Universitetinin rektoru Hadi Hakan Maraş və Sakarya Universitetinin rektoru Hamza Al, YÖKAK-ın sədri professor Ümit Kocabıçak və TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov çıxışlarında konfransın təkcə elmi müzakirə platforması deyil, həm də iki ölkənin ali təhsil sistemləri arasında bilik və təcrübə mübadiləsinin strateji mərhələsi olduğunu qeyd ediblər. Çıxışlarda konfransların ali təhsil sistemi üçün yeni əməkdaşlıq perspektivləri açacağına və birgə fəaliyyətlər üçün güclü stimul verəcəyinə əminlik ifadə olunub.

Açılış nitqlərindən sonra ADPU-nun biologiya müəllimliyi ixtisasının son kurs tələbəsi Gülay İmanzadənin pianoda ifası təqdim edilib.

Daha sonra plenar iclasın açılış məruzələri dinlənilib. ADPU-nun rektoru Cəfər Cəfərov “Müasir müəllim hazırlığının keyfiyyət göstəriciləri”, YÖKAK sədri Ümit Kocabıçak “Ali təhsildə akkreditasiyaların önəmi və süni intellektin təsiri”, TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov isə “Ali təhsil müəssisələrinin institusional və proqram akkreditasiyası üzrə çağırışlar və gözləntilər” mövzusunda geniş məruzələrlə çıxış ediblər.

Plenar iclasdan sonra Ali Təhsildə Keyfiyyət üzrə Beynəlxalq Konfrans və Beynəlxalq Müəllim Hazırlığı Konfransı öz işini 18 bölmədə müzakirələrlə davam etdirib.


Nərgiz Süleymanova

Xəbər Lenti

AMEA Rəyasət Heyətinin iclası keçirilib27.11.2025 - 19:56
Kino və televiziya ixtisaslarında təhsil alan tələbələr üçün yeni dərs vəsaiti27.11.2025 - 19:44
Gələn il bu ali təhsil müəssisələri akkreditasiya olunacaq27.11.2025 - 19:30
Dekabrda Azərbaycanda media savadlılığı həftəsi başlayacaq27.11.2025 - 19:26
BSU-da təhsilalanlar üçün fərdi karyera konsultasiyaları keçirilib27.11.2025 - 19:00
NDU-da akademik Yusif Məmmədəliyevin 120 illiyinə həsr olunmuş respublika elmi konfransı keçirilib27.11.2025 - 18:45
Naxçıvanda "Şərur Yallısı" haqqında film çəkilir27.11.2025 - 18:30
Bakıda dan dərəcələri üzrə seminar və imtahan keçiriləcək27.11.2025 - 18:15
Qarabağ Universitetinin yaradılmasının 2 illiyi qeyd edilib27.11.2025 - 18:00
Ndidi Dayke: Dünya müasir Afrika incəsənətinin gücünü hələ indi həqiqətən görməyə başlayır27.11.2025 - 17:53
“Shirvan Open 2025” Beynəlxalq Şahmat Festivalına yekun vurulub27.11.2025 - 17:30
Əsəd Cahangir: Seyid Əzim Şirvani minillik poeziyamızın əsas sütunlarındandır27.11.2025 - 17:15
BMU tələbələri arasında Azərbaycan tarixi üzrə intellektual yarış keçirilib 27.11.2025 - 17:00
Çində təqaüdlə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ27.11.2025 - 16:50
Bakıda TDT-nin Media və informasiya üzrə işçi qrupunun 12-ci iclası keçirilir27.11.2025 - 16:40
63 özəl bağçada ödənişə güzəşt ediləcək27.11.2025 - 16:20
Agentlik gələn il universitetlərin beynəlxalq reytinqlərini yüksəltmək üçün planlarını açıqlayıb27.11.2025 - 15:55
Malayziyanın ali təhsil müəssisələrinin nümayəndələri BDU-da27.11.2025 - 15:40
Ekoloji tədqiqatlarda CİS texnologiyalarına dair kitab nəşr edilib27.11.2025 - 15:25
BDU tələbələri immunçatışmazlığı xəstəlikləri barədə məlumatlandırılıb27.11.2025 - 15:10
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda tədqiqat işləri bu il 3 elmi istiqamət üzrə aparılıb27.11.2025 - 15:00
Professor Məsud Mahmudov Xəzər Universitetində korpus dilçiliyinə dair məruzə edib27.11.2025 - 14:45
Venesuela poeziyasının Azərbaycan dilinə tərcümə olunmuş nümunələri Karakasda təqdim edilib27.11.2025 - 14:30
Limonlu suyun faydaları bunlardır27.11.2025 - 14:20
Saçların vaxtından tez ağarımasının səbəbləri27.11.2025 - 14:05
Bu giləmeyvə cavanlaşdırır, əhvalı yüksəldir27.11.2025 - 13:50
“Apple”ın təsis sənədi hərraca çıxarılacaq27.11.2025 - 13:40
"ARB 24" 7 yaşını qeyd edir27.11.2025 - 13:25
Natiq Məmmədli: Hazırda media üçün əsas təhdidlərdən biri informasiya bolluğudur27.11.2025 - 13:10
Qırğızıstanlı nümayəndə: Media savadlılığı dezinformasiya ilə gerçək informasiyanı fərqləndirmək deyil27.11.2025 - 13:00
Alptekin Cihangir: Türkiyə-Azərbaycan media platformasına digər türk dövlətlərinin də qoşulması vacibdir27.11.2025 - 12:45
Alptekin Cihangir İşbilir: Türk dövlətlərinin vahid məlumat bazasının olmaması təəssüf doğurur27.11.2025 - 12:30
TDT Media Forumunun ilk günü başa çatıb27.11.2025 - 12:15
"Dilimizin saflığını qorumaq milli kimliyimizi qorumaq deməkdir"27.11.2025 - 12:00
Məleykə Abbaszadə və təhsil müəssisələrinin rəhbər heyəti arasında görüş baş tutub 27.11.2025 - 11:45
Fiziki məhdudiyyətli tələbələr semestr imtahanlarını necə verir27.11.2025 - 11:15
BDU-da “Azərbaycanın əmək bazarının çağırışları və perspektivləri” mövzusunda müzakirə keçirilib27.11.2025 - 11:00
Təhsil infrastrukturu yenilənməyə davam edir27.11.2025 - 10:45
Qrant ayrılmış özəl bağçalara aylıq ödəniləcək vəsaitin məbləği nə qədər olacaq?27.11.2025 - 10:30
GDU komandası regional intellektual oyunda qalib gəlib27.11.2025 - 10:15
Ü.Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş tədbir keçirilib27.11.2025 - 10:00
Azərbaycan Universiteti QS Avrasiya Forumunda təmsil olunub27.11.2025 - 09:45
Vəkilliyə qəbul üçün test imtahanı keçiriləcək27.11.2025 - 09:30
Dərs oxumaq vərdişlərini necə düzgün qurmaq lazımdır?27.11.2025 - 09:15
Hindistanlı astronavt Subhanşu Şukla tələbələri kosmosun fəthinə səslədi27.11.2025 - 08:59
Avstraliyada sosial media qadağası: Internat məktəbləri şagirdləri dostlarından ayırmamaq yolları axtarır27.11.2025 - 08:46
Uelsdə şagird davamiyyəti aşağıdır, amma bir məktəb parlayır27.11.2025 - 08:33