Hazırkı dövrdə media üçün əsas təhdidlərdən biri informasiya bolluğudur.
"Tehsil365” xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli noyabrın 27-də Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Media Forumu çərçivəsində keçirilən panel sessiyada deyib.
Onun sözlərinə görə, bu da özlüyündə dezinformasiyaların çoxluğuna gətirib çıxarır.
N.Məmmədli həmçinin bildirib ki, Azərbaycanda media haqqında yeni qanun hüquqi immunitet formalaşdırıb:
"Hazırda dünyada mediadakı informasiyalara qarşı inamsızlıq mövcuddur. Burada əsas məqam medianın yeniliklərə açıq olmasının vacibliyidir. Məsələn, süni intellektin insanın əvəzindən düşünə biləcəyini iddia eləmək fikri ümumilikdə faciədir".
O, gələn ay Azərbaycanda media savadlılığı həftəsinin keçiriləcəyini də vurğulayıb.

