Quşüzümü ilə qodjini bəzən səhv salırlar, onlar xarici görünüşcə biri-birinə bənzəsələr də, fərqli xüsusiyyətlərə malikdirlər. Çində onu ninsiya itşüzmü, ingilislər isə qodji adlandırırlar. Onu “Tibet zirinci” və digər adlarla tanıyanlar da var.
“Tehsil365” xəbər verir ki, cavanlaşdırıcı və arıqladıcı təsirlərinə görə bir çox Hollivud ulduzları və idmançılar öz qida rasionlarında əlavə və tamamlayıcı vasitə kimi ondan istifadə edirlər.
Bəzi pəhrizlərdə onun miqdarının 50 qrama qədər, bəzi pəhrizlərdə isə ondan 1 xörək qaşığından artıq olmaması göstərilir. Qodji tərkibindəki antioksidantların miqdarına görə bitkilər arasında birinci yerdədir - qaragilə ilə müqayisədə antioksidantların miqdarı 25 faiz, narla müqayisədə 2,5, çiyələklə müqayisədə 10 dəfə çoxdur.
Qodjinin qırmızı rəngdə olan şirəli giləmeyvələrinin ölçüsü 1,5 santimetrdir. Bioloji aktiv maddələrlə zəngin olduğuna görə onları dərən kimi yemək zəhərlənməyə səbəb ola bilər. Turşməzə dadı olan giləmeyvələri toplayıb kölgəlikdə qurutmaq və yalnız bundan sonra istifadə etmək olar.

