AMEA Nəsimi adına Dilçilik İnstitutunun Süni intellekt və kompüter dilçiliyi şöbəsinin müdiri professor Məsud Mahmudov Xəzər Universitetinin seminarında “Korpus dilçiliyi süni intellekt problemləri kontekstində” mövzusunda məruzə ilə çıxış edib.
“Tehsil365” bildiri ki, bu barədə AZƏRTAC-a institutdan bildirilib. Qeyd olunub ki, seminarda Süni intellekt və kompüter dilçiliyi şöbəsinin əməkdaşları Könül Həbibova, Maya Heydərova, Natəvan Rəhmanova, Təhsil şöbəsinin müdiri Rasim Heydərov, Dil tarixi şöbəsinin aparıcı elmi işçisi Reyhan Mədətova iştirak ediblər.

