Elm və Təhsil Nazirliyinin akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda elmi-tədqiqat işləri 3 elmi istiqamət (3 problem) üzrə aparılıb, 7 mövzunun 34 işi üzrə 77 mərhələsi yerinə yetirilib. Elmi yardımçı şöbələrdə isə 4 elmi iş aparılıb.
“Tehsil365” bildiri ki , bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Hazırda institutda 28 elmi-tədqiqat laboratoriyası və 4 elmi yardımçı şöbə fəaliyyət göstərir.

