Seyid Əzim Şirvani divan ədəbiyyatının demək olar ki, bütün janrları qəzəl, müxəmməs, tərkibbənd, tərcibənd, rübai, mənzumə; epistolyar janr nümunələri, məktublar, uşaqlar üçün yazdığı didaktik şeirlər onun zəngin irsinin tərkib hissəsidir. Hazırladığı təzkirəyə 200-dən çox şair daxil idi. Seyid Əzim XIX əsrdə milli-Şərq mədəniyyətinin ən güclü təzahürlərindən biri idi.
“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki,Seyid Əzim Şirvaninin 190 illiyinə həsr olunmuş ədəbi-bədii gecədə Azərbaycan Yazıçılar Birliyinin Ədəbi Əlaqələr Mərkəzinin direktoru Əsəd Cahangir deyib.
O diqqətə çatdırıb ki, Seyid Əzim Şirvani Azərbaycan ədəbiyyatının, minillik poeziyamızın əsas sütunlarındandır.
“Bu sıraya Nizami, Xaqani, Nəsimi, Füzuli kimi ən böyük klassiklərimiz daxildir. Seyid Əzim XIX əsrdə yaşayıb və bu dövr Şərq mədəniyyətindən Qərb kontekstinə keçid kimi hesab olunur. Adətən belə transformasiya mərhələlərində dahilər meydana çıxır ki, xalqın mənəvi, idraki və estetik baxımdan bir kontekstdən digərinə keçməsi üçün zəmin hazırlasınlar. Bu mənada Seyid Əzim Şirvani bir körpü idi”,- deyə Əsəd Cahangir əlavə edib.

