“Mən artıq bir neçə onillikdir ki, yaradıcılıqla məşğulam və müasir Afrika incəsənəti hər zaman heyrətamiz olub. Lakin dünya yalnız son dövrlər qitəmizdəki əsərlərə xas dinamikanı, simvolizmi və dərinliyi həqiqətən görməyə başlayıb”.
“Tehsil365“ “AZƏRTAC”a istinadla bildirir.O, hazırda YARAT Müasir İncəsənət Məkanında keçirilən “Ex Africa semper aliquid novi” adlı qrup şəkilli sərginin iştirakçısıdır.
Müasir incəsənət sahəsində uzun illər çalışan heykəltaraş Afrika incəsənət səhnəsinə artan qlobal marağı qeyd edib.
Tamaşaçıya çatdırmaq istədiyi əsas mesajın nədən ibarət olduğu barədə suala cavab verərkən Dayke vurğulayıb ki, onun əsərləri geniş mövzu dairəsini əhatə edir: “Əsərlərim quldarlıq tarixinə, təbii resurslar sənayesinə, kolonializmə və postkolonializmə, istehlak problemlərinə, miqrasiyaya, həmçinin zamanımızın sosial, siyasi və iqtisadi məsələlərinə toxunur. Bu mövzular sizin hansı qitədən olmağınızdan asılı olmayaraq aktualdır”.
N.Dayke, həmçinin əlavə edib ki, Afrikanın müasir incəsənəti inkişaf etməkdə davam edir və dünya mədəniyyət xəritəsində öz mövqelərini daha da möhkəmləndirir.

