Təhsil 365 - Logo Mobile

AMEA Rəyasət Heyətinin iclası keçirilib

10127.11.2025 - 19:56
AMEA Rəyasət Heyətinin iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib.

‘‘Tehsil365’’ bildirir ki, Akademiyadan bildirilib ki, iclasda çıxış edən AMEA-nın rəhbəri akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin “Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında” 2025-ci il 5 noyabr tarixli Sərəncamının Akademiyanın 80 illik şərəfli tarixində əlamətdar hadisələrdən biri olduğunu söyləyib.

“Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında iştirakı və proqram xarakterli, dərin məzmunlu çıxışı Akademiyanın, alimlərimizin gələcək fəaliyyətinin yol xəritəsidir. Prezident İlham Əliyevin IV Sənaye İnqilabının əsas çağırışlarından olan kibertəhlükəsizlik, süni intellekt və rəqəmsal texnologiyalara dair fikirləri bundan sonrakı fəaliyyətimizin əsasını təşkil edəcək”, - deyə akademik İsa Həbibbəyli bildirib.

AMEA rəhbəri qeyd edib ki, Azərbaycan dilinin saflığının qorunması və Azərbaycan tarixinin, Azərbaycanın dövlətçilik tarixinin yenidən yazılması ilə bağlı Prezidentin qarşıya qoyduğu vəzifələrdən irəli gələrək dərhal AMEA-nın Rəyasət Heyətində dilçi və tarixçi alimlərlə görüşlər keçirilib, təkliflər irəli sürülüb, Akademiyanın elmi müəssisə və təşkilatlarına tapşırıqlar verilib, alimlərimiz mətbuatda məqalələrlə çıxışlar edib və yaxın günlərdə AMEA-nın vahid Tədbirlər planı qəbul olunacaq.

Daha sonra Prezidentin “Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında” 2025-ci il 5 noyabr tarixli Sərəncamı ilə təltif olunanlara mükafatları təqdim edilib. Təltif olunanlar çıxış edərək dövlətimizin başçısına Azərbaycan elminə, aliminə verdiyi yüksək diqqət və dəyərə görə minnətdarlıqlarını bildirib, alimlərimizin qarşısına qoyduğu vəzifələrin icrası istiqamətində bundan sonra da yorulmadan çalışacaqlarını söyləyiblər.

İclasda Azərbaycan Respublikası Prezidentinin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının icrası ilə bağlı AMEA-nın Tədbirlər planı da təsdiq edilib.

Həmçinin dünyaşöhrətli görkəmli Çin alimi Liu Huinin 1800 illik yubileyinə həsr olunmuş “Minilliklərin riyazi ahəngi. Qlobal dialoq” mövzusunda beynəlxalq elmi konfransın keçirilməsi qərara alınıb.

Səma Qarayeva

Xəbər Lenti

Kino və televiziya ixtisaslarında təhsil alan tələbələr üçün yeni dərs vəsaiti27.11.2025 - 19:44
Gələn il bu ali təhsil müəssisələri akkreditasiya olunacaq27.11.2025 - 19:30
Dekabrda Azərbaycanda media savadlılığı həftəsi başlayacaq27.11.2025 - 19:26
BSU-da təhsilalanlar üçün fərdi karyera konsultasiyaları keçirilib27.11.2025 - 19:00
NDU-da akademik Yusif Məmmədəliyevin 120 illiyinə həsr olunmuş respublika elmi konfransı keçirilib27.11.2025 - 18:45
Naxçıvanda "Şərur Yallısı" haqqında film çəkilir27.11.2025 - 18:30
Bakıda dan dərəcələri üzrə seminar və imtahan keçiriləcək27.11.2025 - 18:15
Qarabağ Universitetinin yaradılmasının 2 illiyi qeyd edilib27.11.2025 - 18:00
Ndidi Dayke: Dünya müasir Afrika incəsənətinin gücünü hələ indi həqiqətən görməyə başlayır27.11.2025 - 17:53
“Shirvan Open 2025” Beynəlxalq Şahmat Festivalına yekun vurulub27.11.2025 - 17:30
Əsəd Cahangir: Seyid Əzim Şirvani minillik poeziyamızın əsas sütunlarındandır27.11.2025 - 17:15
BMU tələbələri arasında Azərbaycan tarixi üzrə intellektual yarış keçirilib 27.11.2025 - 17:00
Çində təqaüdlə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ27.11.2025 - 16:50
Bakıda TDT-nin Media və informasiya üzrə işçi qrupunun 12-ci iclası keçirilir27.11.2025 - 16:40
63 özəl bağçada ödənişə güzəşt ediləcək27.11.2025 - 16:20
Agentlik gələn il universitetlərin beynəlxalq reytinqlərini yüksəltmək üçün planlarını açıqlayıb27.11.2025 - 15:55
Malayziyanın ali təhsil müəssisələrinin nümayəndələri BDU-da27.11.2025 - 15:40
Ekoloji tədqiqatlarda CİS texnologiyalarına dair kitab nəşr edilib27.11.2025 - 15:25
BDU tələbələri immunçatışmazlığı xəstəlikləri barədə məlumatlandırılıb27.11.2025 - 15:10
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda tədqiqat işləri bu il 3 elmi istiqamət üzrə aparılıb27.11.2025 - 15:00
Professor Məsud Mahmudov Xəzər Universitetində korpus dilçiliyinə dair məruzə edib27.11.2025 - 14:45
Venesuela poeziyasının Azərbaycan dilinə tərcümə olunmuş nümunələri Karakasda təqdim edilib27.11.2025 - 14:30
Limonlu suyun faydaları bunlardır27.11.2025 - 14:20
Saçların vaxtından tez ağarımasının səbəbləri27.11.2025 - 14:05
Bu giləmeyvə cavanlaşdırır, əhvalı yüksəldir27.11.2025 - 13:50
“Apple”ın təsis sənədi hərraca çıxarılacaq27.11.2025 - 13:40
"ARB 24" 7 yaşını qeyd edir27.11.2025 - 13:25
Natiq Məmmədli: Hazırda media üçün əsas təhdidlərdən biri informasiya bolluğudur27.11.2025 - 13:10
Qırğızıstanlı nümayəndə: Media savadlılığı dezinformasiya ilə gerçək informasiyanı fərqləndirmək deyil27.11.2025 - 13:00
Alptekin Cihangir: Türkiyə-Azərbaycan media platformasına digər türk dövlətlərinin də qoşulması vacibdir27.11.2025 - 12:45
Alptekin Cihangir İşbilir: Türk dövlətlərinin vahid məlumat bazasının olmaması təəssüf doğurur27.11.2025 - 12:30
TDT Media Forumunun ilk günü başa çatıb27.11.2025 - 12:15
"Dilimizin saflığını qorumaq milli kimliyimizi qorumaq deməkdir"27.11.2025 - 12:00
Məleykə Abbaszadə və təhsil müəssisələrinin rəhbər heyəti arasında görüş baş tutub 27.11.2025 - 11:45
ADPU-da ali təhsildə keyfiyyət və müəllim hazırlığı üzrə beynəlxalq konfransların açılış mərasimi keçirilib27.11.2025 - 11:30
Fiziki məhdudiyyətli tələbələr semestr imtahanlarını necə verir27.11.2025 - 11:15
BDU-da “Azərbaycanın əmək bazarının çağırışları və perspektivləri” mövzusunda müzakirə keçirilib27.11.2025 - 11:00
Təhsil infrastrukturu yenilənməyə davam edir27.11.2025 - 10:45
Qrant ayrılmış özəl bağçalara aylıq ödəniləcək vəsaitin məbləği nə qədər olacaq?27.11.2025 - 10:30
GDU komandası regional intellektual oyunda qalib gəlib27.11.2025 - 10:15
Ü.Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş tədbir keçirilib27.11.2025 - 10:00
Azərbaycan Universiteti QS Avrasiya Forumunda təmsil olunub27.11.2025 - 09:45
Vəkilliyə qəbul üçün test imtahanı keçiriləcək27.11.2025 - 09:30
Dərs oxumaq vərdişlərini necə düzgün qurmaq lazımdır?27.11.2025 - 09:15
Hindistanlı astronavt Subhanşu Şukla tələbələri kosmosun fəthinə səslədi27.11.2025 - 08:59
Avstraliyada sosial media qadağası: Internat məktəbləri şagirdləri dostlarından ayırmamaq yolları axtarır27.11.2025 - 08:46
Uelsdə şagird davamiyyəti aşağıdır, amma bir məktəb parlayır27.11.2025 - 08:33