Bu gün – 28 noyabr – tanınmış teatr aktrisası, Azərbaycan Respublikasının Əməkdar Artisti Sevil Xəlilovanın vəfatının ildönümüdür.
"Tehsil365" xəbər verir ki, O, sənətə və teatra həsr olunmuş mənalı ömrünü 2023-cü ilin bu günü başa vurmuşdu.
Sevil Xəlilova uzun illər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində parlaq rollar yaratmış, tamaşaçıların qəlbində silinməz iz buraxmışdı. Onun ifa etdiyi obrazlar dərin psixoloji çalarlara malik olub, milli teatr sənətimizin inkişafına mühüm töhfə verib.
Təvazökar və peşəkar sənətkar olan Sevil Xəlilova öz sənət yolunda həm klassik, həm də müasir dramaturqların əsərlərində maraqlı obrazlarla çıxış edərək, bir çox tamaşaların yadda qalan simasına çevrilmişdi.
Əməkdar artist adına layiq görülməsi onun sənətə verdiyi töhfələrin dövlət səviyyəsində də yüksək qiymətləndirildiyini göstərir.
Sevil Xəlilova həm də bir pedaqoq kimi gənc aktyorların yetişməsində də rol oynamış, sənətinə sevgini və məsuliyyəti təbliğ etmişdir.
Bu gün onun sənətkar şəxsiyyəti, səhnəyə olan bağlılığı və mədəniyyətimizə xidmətləri böyük ehtiramla yad edilir.
Ruhu şad olsun.

