ABŞ Təhsil Nazirliyi 2025-ci maliyyə ili üçün Ali Təhsilin Təkmilləşdirilməsi Fondu (FIPSE) müsabiqəsində yeddi əsas prioriteti açıqlayıb.
"Tehsil365" xəbər verir ki, Bu prioritetlər ali təhsil sahəsində innovasiya və inkişafı dəstəkləmək məqsədi daşıyır.
FIPSE proqramı, ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin artırılması, tələbələrin təhsil imkanlarının genişləndirilməsi və təhsil sisteminin daha əlçatan olması üçün müxtəlif layihələrə maliyyə dəstəyi verir.
Yenilikçi tədris metodlarının tətbiqi, texnologiyaların inteqrasiyası və tələbə mərkəzli yanaşmaların gücləndirilməsi bu prioritetlər arasında xüsusi yer tutur. Nazirlik tərəfindən elan edilən bu prioritetlər ali təhsil müəssisələrinin inkişafına yeni imkanlar açacaq və təhsil sisteminin gələcəyinə yönəlik strateji addımlardır.

