Kanadanın Alberta Müəllimlər Assosiasiyası yeni qəbul edilmiş qanunun müzakirəsinə başlayıb.
"Tehsil365" xəbər verir ki, Qanuna əsasən, məktəb şagirdi adını və ya zamirini dəyişmək istədikdə əvvəlcə valideynlərin razılığı alınmalıdır.
Assosiasiya bu tələbin dayandırılması üçün müraciət edir və hesab edir ki, bu qayda tələbələrin şəxsi hüquqlarına və gizliliklərinə mənfi təsir göstərə bilər.
Mübahisələr davam edir və mövzu Alberta icmasında geniş müzakirə predmetidir.

