BMU tələbələri arasında Azərbaycan tarixi üzrə intellektual yarış
“Tehsil365”xəbər verir ki,Bakı Mühəndislik Universitetində (BMU) tələbələr arasında Azərbaycan tarixi üzrə "2025-ci il Konstitusiya və Suverenlik İli" nə həsr olunmuş intellektual yarış keçirilib.
Ümumi fənlər kafedrasının müdiri Hümeyrə Mustafayeva tədbirin açılışında çıxış edərək bildirib ki, 2025-ci ilin ölkəmizdə "Konstitusiya və Suverenlik ili'" elan edilməsi ilə əlaqədar universitetdə bir sıra maarifləndirici tədbirlər həyata keçirilib. O, tələbələr arasında intellektual yarıişın da həmin silsilə tədbirlərin bir hissəsi olduğunu vurğulayıb. Əlavə edib ki, əsas məqsəd gənclərin Azərbaycanın tarixi ilə bağlı biliklərini möhkəmləndirmək, analitik düşüncə bacarığını inkişaf etdirmək və onları fərqli ixtisaslarda oxuyan həmyașıdları ilə bilik mübadiləsinə təșviq etməkdir. Yarışı gənclərin ölkəmizin keçmiş və müasir tarixinə dair daha zəngin biliklər öyrənmək baxımından müsbət platforma kimi qiymətləndirən kafedra müdiri iştirakçılara uğurlar arzulayıb,
Sonra kafedranın baș müəllimi və yarıșın təşkilatçılarından biri Elnur Nəciyev viktorinanın qaydalarını tələbələrə izah edib.
İştirakçılar "Mexatronika və robototexnika mühəndisliyi", "Elekrtrik və elektronika mühəndisliyi" "Sənaye mühəndisliyi"' və "Memarlıq" komandalarına bölünüblər. ïki mərhələdən ibarət yarışda iștirakçılara Azərbaycan tarixinə aid suallar təqdim olunub.
Sonda I yeri "Sənaye mühəndisliyi", I| yeri "Elekrtrik və elektronika mühəndisliyi", II yeri isə "Mexatronika və robototexnika mühəndisliyi" komandaları tutub.
Komanda üzvlərinə müvafiq diplomlar təqdim olunub.

