Təhsil 365 - Logo Mobile

Azərbaycan Universitetinə “QS Stars” mükafatı təqdim olunub

10228.11.2025 - 06:16
Azərbaycan Universitetinə “QS Stars” mükafatı təqdim olunub

25-26 noyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində yerləşən Mərkəzi Asiya Universitetində keçirilən “QS Avrasiya Forumu 2025” tədbiri çərçivəsində Azərbaycan Universitetinə “QS 4 Stars” mükafatı təqdim olunub.

“Tehsil365” xəbər verir ki, universitetin fəaliyyətinin “QS Stars” 4 ulduzla qiymətləndirildiyini təsdiq edən sertifikatı “Quacquarelli Symonds” təşkilatının prezidenti və idarə heyətinin sədri Nunzio Quacquarelli Azərbaycan Universitetinin rektoru Səadət Əliyevaya təqdim edib.

Bu mükafat Azərbaycan Universitetinin tədrisin keyfiyyəti, beynəlmiləlləşmə, tələbə məmnuniyyəti və institusional inkişaf üzrə əldə etdiyi uğurların beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Universitetin QS Stars qiymətləndirməsində yüksək nəticə əldə etməsi onun fəaliyyətinin beynəlxalq standartlara uyğunluğunu təsdiqləyir, qlobal təhsil məkanında nüfuzunun artmasına və xarici tərəfdaşlarla əməkdaşlıq imkanlarının daha da genişlənməsinə töhfə verir.

“Quacquarelli Symonds” tərəfindən hazırlanan və dünyanın ən nüfuzlu beynəlxalq qiymətləndirmə sistemi olan “QS Stars” universitetlərin fəaliyyətini çoxsaylı meyarlar üzrə qiymətləndirir. Buraya tədqiqat fəaliyyəti, tədrisin keyfiyyəti, infrastruktur, müxtəliflik, bərabərlik və inklüzivlik, beynəlmiləlləşmə, məzunların məşğulluğu, qlobal iştirak və bu kimi meyarlar daxildir. QS beynəlxalq qiymətləndirmə sistemi universitetlərin güclü tərəflərini obyektiv şəkildə göstərməklə, beynəlxalq mühitdə rəqabət qabiliyyətini artırır və onların qlobal səviyyədə tanınmasına töhfə verir.

Qeyd edək ki, Azərbaycan Universitetinin rektoru Səadət Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti “QS Avrasiya Forumu 2025”də iştirak edib. Rektor Səadət Əliyeva forum çərçivəsində təşkil olunan “Sərhədləri aşan qadınlar: Avrasiya ali təhsilində yenilik yaradanlar” (Breaking barriers: Women shaping Eurasian higher education) adlı panel müzakirəsində çıxış edib.

Nərmin Süleymanlı

Xəbər Lenti

Direktordan duyğulandıran addım: Hər bir işçiyə açıq təşəkkür edib 28.11.2025 - 08:46
Avstraliyanın bütövlüyü haqqında qanun layihəsi parlamentdən keçdi28.11.2025 - 08:33
Təhsil seçim proqramlarında tələbə testi mütləq olmalıdırmı?28.11.2025 - 08:20
Məktəb İicmalarını bir araya gətirən qəribə şükranlıq ənənələri28.11.2025 - 08:07
DfE-nin iş yükü sorğusundan 6 həvəsləndirici tapıntı28.11.2025 - 07:54
Bu ölkədə məktəblərdə biometrik giriş sistemi tətbiq olunacaq28.11.2025 - 07:45
Kanada: Alberta Müəllimlər Assosiasiyası tələbələrin ad və zamir dəyişiklikləri üçün valideyn razılığının tələb olunması qanununu dayandırmaq istəyir28.11.2025 - 07:41
Türkiyəli professorlar BMU-da tədrisə cəlb olunub28.11.2025 - 07:38
Qarabağ Universiteti 2 ildən sonra akkreditasiyadan keçəcək28.11.2025 - 07:28
Böyük Britaniya: Yeni universitet kampusu Banqaloreda açılacaq, London şirkətləri beynəlxalq istedadlara maraq göstərir28.11.2025 - 07:28
Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyası qaydası təsdiqlənib28.11.2025 - 07:20
Hindistan: IIT-də işə qəbul yaxşılaşıb, lakin 2021-22 səviyyəsinin altında qalır28.11.2025 - 07:15
Almaniyada hindistanlı tələbələr mənzil və alman dili öyrənməkdə çətinliklərlə üzləşirlər28.11.2025 - 07:02
NEA: Müəllimlər iş yerində digər peşə sahiblərinə nisbətən daha çox müdaxilə və çeviklik problemləri ilə üzləşir28.11.2025 - 06:49
Eksternat imtahanlarına sənəd qəbulunun vaxtı uzadılıb28.11.2025 - 06:42
Dünyanın ən ağıllı 10 heyvanı: Onların zəkası bəzən insanı belə üstələyir28.11.2025 - 06:40
Təhsil Nazirliyi 2025-ci Maliyyə İli üçün Ali Təhsilin Təkmilləşdirilməsi Fondu (FIPSE) müsabiqəsinin yeddi prioritetini elan edib28.11.2025 - 06:36
Pirşağıda itkin düşən yeniyetmə tapılıb 28.11.2025 - 06:34
Richard Lucas Federal Student Aid-ın icraçı baş əməliyyat direktoru vəzifəsinə təyin edilib28.11.2025 - 06:23
Elm və Təhsil Nazirliyi bu kitaba qadağa qoyub28.11.2025 - 06:20
UC Berkeley-də Turning Point USA tədbirində baş verən etirazla bağlı Clery Aktının pozulması ehtimalını araşdırır28.11.2025 - 06:10
Tarixdə bu gün: 28 noyabr 1578 — Ağsu döyüşü və Krım xanının əsir düşməsi28.11.2025 - 05:57
"2025-ci il Konstitusiya və Suverenlik İli" nə həsr olunmuş intellektual yarış keçirilib28.11.2025 - 05:56
DİM: Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanında 787 nəfər iştirak edib28.11.2025 - 05:50
28 noyabr 1989-cu il: Dağlıq Qarabağda yeni idarəetmə qurumu yaradıldı28.11.2025 - 05:44
Nazir Türkiyənin Ali Təhsildə Keyfiyyət Təminatı Şurasının sədri ilə görüşüb28.11.2025 - 05:44
Beynəlxalq Muğam Mərkəzində Seyid Əzim Şirvaninin 190 illiyi qeyd olunub 28.11.2025 - 05:34
Şəhid kiçik çavuş Fuad Məhərrəmlinin doğum günüdür28.11.2025 - 05:31
Azərbaycanla Serbiya arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olundu28.11.2025 - 05:30
“İRS” seriyası çərçivəsində yeni kitabların təqdimatı olub 28.11.2025 - 05:26
Əməkdar artist Sevil Xəlilovanın vəfatının ildönümüdür28.11.2025 - 05:18
Bu imtahan ödənişli olacaq - Baş nazirdən QƏRAR28.11.2025 - 05:15
Bu günün hava PROQNOZU28.11.2025 - 05:14
ADNSU beynəlxalq əlaqələrini genişləndirir28.11.2025 - 05:06
Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin vəfatının ildönümüdür28.11.2025 - 05:05
Əməkdar mədəniyyət işçisi İlqar Cəfərovun doğum günüdür28.11.2025 - 04:52
Azərbaycanın əməkdar rəssamı Rəfael Abbasovun doğum günüdür28.11.2025 - 04:39
Bu gün tanınmış aşıq və el şairi Alqayıt Xəlilovun doğum günüdür28.11.2025 - 04:26
Azərbaycanın ilk hərbi generallarından biri – Tərlan Əliyarbəyovun doğum günüdür28.11.2025 - 04:13
2023, 28 noyabr — Qarabağ Universitetinin təsis edilməsi: Bölgənin elmi və təhsil inkişafında yeni mərhələ28.11.2025 - 04:00
AMEA Rəyasət Heyətinin iclası keçirilib27.11.2025 - 19:56
Kino və televiziya ixtisaslarında təhsil alan tələbələr üçün yeni dərs vəsaiti27.11.2025 - 19:44
Gələn il bu ali təhsil müəssisələri akkreditasiya olunacaq27.11.2025 - 19:30
Dekabrda Azərbaycanda media savadlılığı həftəsi başlayacaq27.11.2025 - 19:26
BSU-da təhsilalanlar üçün fərdi karyera konsultasiyaları keçirilib27.11.2025 - 19:00
NDU-da akademik Yusif Məmmədəliyevin 120 illiyinə həsr olunmuş respublika elmi konfransı keçirilib27.11.2025 - 18:45
Naxçıvanda "Şərur Yallısı" haqqında film çəkilir27.11.2025 - 18:30