Təhsil 365 - Logo Mobile

"Azyaşlıların diləndirilməsi ilə bağlı araşdırmalar genişlənir" – Komitədən açıqlama

7128.11.2025 - 11:05
"Azyaşlıların diləndirilməsi ilə bağlı araşdırmalar genişlənir" – Komitədən açıqlama

Son günlər ictimai nəqliyyat yaxınlığında və şəhərin müxtəlif küçələrində azyaşlıların dilənməyə cəlb olunması ilə bağlı müşahidələr artıb.

Məsələ ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin böyük məsləhətçisi Cəfərova Şəbnəm “Tehsil365”ə geniş açıqlama verib.

Cəfərova Şəbnəm qeyd edib ki:

“Hazırda yaşadığımız cəmiyyətdə, eyni zamanda bütün dünyada küçə uşaqları, qaraçı tayfasına mənsub ailələr tərəfindən uşaqların diləndirilməsi halları müşahidə olunur. Təbiiki, burada hər bir dövlət qurumu öz fəaliyyət istiqamətinə uyğun olaraq iş həyata keçirir. Bu sahədə mütəmadi olaraq profilaktika işləri aparılır. Bəzi hallarda isə təəssüflər olsun ki, valideyn məsuliyyətsizliyi, yaxud valideynlər tərəfindən bilərəkdən uşaqları küçə həyatına məruz qalır.”

O əlavə edib ki:

“Burada uşağın ən təməl hüquqlarının pozulması məsələsi birinci növbədə araşdırılması vacib olan məqamdır. Beləki, uşağın mənsub olduğu ailə burada qiymətləndirilir, uşağın sənədləri varmı-yoxmu, məktəbə gedirmi, təhsildən yayınmasına səbəb olan amil, digər bacı-qardaşı varmı, onlarda bu kimi fəaliyyətlərə cəlb olunurmu, eyni zamanda onlar valideynləri tərəfindən buna məcbur edilib, yaxud qeyri-rəsmi himayəsində yaşadıqları şəxs tərəfindən və s. tipli bütün məsələlər araşdırılır.”

Əlavə olaraq, məsləhətçi bildirib ki:

“artıq araşdırma gedişatında uşağın mənəviyyatına, sağlamlığına və həyatına zidd olan fəaliyyət aşkar edilərsə, Ailə Məcəlləsinə uyğun olaraq uşağın ailədən götürülməsi məsələsi həyata keçirilir. Bundan sonra uşaq yerləşdirildiyi müəssisəsəyə uyğun olaraq, həm reabilitasiyaya cəlb edilir, həm də onunla bağlı digər hüquqi prosedurlar yerinə yetirilir.”

Sonda Cəfərova Şəbnəm vurğulayıb ki:

“Hər zaman bu kimi həssas mövzuda valideynlərin öz məsuliyyətini dərk etməsi vacibdir. Hər bir valideyn bilməlidir ki, uşaqlarını tərbiyə etmək, onların qayğısına qalmaq valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinə uyğun olaraq, valideynlər hansı bir halda övladına qarşı öhdəliklərini yerinə yetirməzlərsə, bu məsələyə müvafiq hüquqi aktlara uyğun olaraq qiymət verilir.”

Rəşanə İsamqızı

Xəbər Lenti

BMR fakültəsi müəllimlərinin məqalələri beynəlxalq jurnalda dərc olunub28.11.2025 - 17:30
Elmi informasiya resurslarına dair dəyirmi masa keçirilib28.11.2025 - 17:15
DCDU nümayəndələri ADU-nun qonağı olub28.11.2025 - 17:00
Xarici tələbələr Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə ekskursiyada iştirak ediblər28.11.2025 - 16:45
ADU müəllimləri Karakas Poeziya Festivalında ölkəmizi təmsil edib28.11.2025 - 16:30
ADU-da “Süni İntellekt” mövzusunda debat keçirilib28.11.2025 - 16:15
ADU-nun tələbələri Qazaxıstanda "Koreyaşünaslıq Həftəsi"ndə uğurla çıxış ediblər28.11.2025 - 16:00
ADU PHŞ Linqvokulturologiya kafedrasına laborant vəzifəsinə vakansiya elan edir28.11.2025 - 15:45
ADU və Özbəkistanın Dövlət Dünya Dilləri Universiteti arasında əməkdaşlıq görüşü keçirilib28.11.2025 - 15:30
ADU-da Elmi şuranın növbəti iclası keçirilib28.11.2025 - 15:15
ADU-da Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd edilib28.11.2025 - 15:00
BMU ilə Özbəkistan Milli Universiteti arasında memorandum imzalanıb28.11.2025 - 14:49
AzMİU Məzunlar Assosiasiyasının fondunun yaradılması planlaşdırılır28.11.2025 - 14:34
Professor İsmayıl Kazımovun 70 illik yubileyi məzunu olduğu Soltanlı məktəbində qeyd edilib28.11.2025 - 14:19
Lənkəran-Astara bölgəsinin məktəbliləri “SAF 2025”də yüksək nəticə göstəriblər28.11.2025 - 14:04
Bu fənlər üzrə DİM-də hazırlıq kursları keçirilib28.11.2025 - 13:49
“Məktəblərdə Konstitusiya və Suverenlik ayı” layihəsinə yekun vurulub28.11.2025 - 13:34
LDU-da maarifləndirici tədbir keçirilib28.11.2025 - 13:09
Naxçıvan Müəllimlər İnstitutu bağlanacaq? 28.11.2025 - 12:50
Rektor Malayziyanın aparıcı universitetlərinin nümayəndələri ilə görüşüb28.11.2025 - 12:35
Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edib28.11.2025 - 12:20
DİM-də növbəti təlim keçirilib28.11.2025 - 12:05
Qarabağ Universitetinin yaradılmasının 2 illiyi qeyd edilib28.11.2025 - 11:55
Rayon və şəhər məktəbləri arasındakı fərq nədən yaranır?28.11.2025 - 11:40
Çin şirkəti süni intellektli eynəklər təqdim edib28.11.2025 - 11:25
BMU ilə Özbəkistan Milli Universiteti arasında əməkdaşlıq imzalanıb28.11.2025 - 11:10
Berlində Mir Cəlalın alman dilinə tərcümə edilmiş hekayələrindən ibarət kitabın təqdimatı olub28.11.2025 - 10:55
İş yerlərində ömür boyu öyrənməyə maliyyə yatırılmalıdır28.11.2025 - 10:40
AzMİU-da Məzun Assosiasiyasının növbəti görüşü keçirilib28.11.2025 - 10:25
Türkiyəli professorlar BMU-da SABAH proqramı çərçivəsində tədrisə cəlb olunublar28.11.2025 - 10:10
Xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək28.11.2025 - 09:55
Bakıda itkin düşən 12 yaşlı qız tapıldı28.11.2025 - 09:40
Məktəblilərarası Milli Hakatonun finalı başladı 28.11.2025 - 09:25
“Qrafik dizayner” peşə ixtisasının tanınması üzrə sənəd qəbulu başlayıb28.11.2025 - 09:10
Elsevier boykotu "Down Under": ANZ universitetlərindən böyük addım28.11.2025 - 08:59
Direktordan duyğulandıran addım: Hər bir işçiyə açıq təşəkkür edib 28.11.2025 - 08:46
Avstraliyanın bütövlüyü haqqında qanun layihəsi parlamentdən keçdi28.11.2025 - 08:33
Təhsil seçim proqramlarında tələbə testi mütləq olmalıdırmı?28.11.2025 - 08:20
Məktəb İicmalarını bir araya gətirən qəribə şükranlıq ənənələri28.11.2025 - 08:07
DfE-nin iş yükü sorğusundan 6 həvəsləndirici tapıntı28.11.2025 - 07:54
Bu ölkədə məktəblərdə biometrik giriş sistemi tətbiq olunacaq28.11.2025 - 07:45
Kanada: Alberta Müəllimlər Assosiasiyası tələbələrin ad və zamir dəyişiklikləri üçün valideyn razılığının tələb olunması qanununu dayandırmaq istəyir28.11.2025 - 07:41
Türkiyəli professorlar BMU-da tədrisə cəlb olunub28.11.2025 - 07:38
Böyük Britaniya: Yeni universitet kampusu Banqaloreda açılacaq, London şirkətləri beynəlxalq istedadlara maraq göstərir28.11.2025 - 07:28
Qarabağ Universiteti 2 ildən sonra akkreditasiyadan keçəcək28.11.2025 - 07:28
Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyası qaydası təsdiqlənib28.11.2025 - 07:20
Hindistan: IIT-də işə qəbul yaxşılaşıb, lakin 2021-22 səviyyəsinin altında qalır28.11.2025 - 07:15