Rayon və şəhər məktəbləri arasındakı fərq,ancaq şagird sıxlığı ilə əlaqəlidir.Tədris nazirlər tərəfindən təsdiq edilmiş eyni proqramlar əsasında keçirilir.
Bu fikirləri “Tehsil365”ə açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.O,bildirib ki:
“Tədrisin keyfiyyətindən danışılarsa,rayon yerindəki tədrisin keyfiyyəti ilə şəhərdəki təhsil bir deyil.Çünki,şəhər məktəblərində labaratoriyalar,miqdən yüksək bal toplamış müəllimlər dərsi tədris edirlər,amma rayonlar və ucqar yerlərdə az bal toplamış müəllimlər vakansiyanı təmin edir.Tədrisin idarəsində demək olar ki,fərq yoxdur.Biliyin,bacarığın aşılanması,şagirdlərə biliyin öyrədilməsi texnologiyası hər halda biraz şəhərdən geridə qalır.Ümumi mənzərə bunu göstərir”.

