Azərbaycan Dillər Universitetinin (ADU) Dünya Dilləri kafedrasının müdiri f.e.d. prof. Nərgiz Seyidovanın təşkilatçılığı ilə kafedranın əməkdaşları və Özbəkistanın Dövlət Dünya Dilləri Universitetinin nümayəndə heyəti arasında əməkdaşlıq görüşü keçirilib.
“Tehsil365” bildirir ki, görüşün əsas məqsədi iki ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığın genişləndirilməsi, müəllim və tələbə mübadiləsinin təşkili, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, beynəlxalq konfrans və seminarların təşkili məsələlərinin müzakirəsi olub.
Tərəflər xarici dillərin tədrisi, müasir pedaqoji texnologiyaların tətbiqi, inklüziv təhsil və beynəlxalq təcrübə mübadiləsinin vacibliyi mövzularında fikir mübadiləsi aparıb, gələcək əməkdaşlıq üçün konkret istiqamətlər müəyyənləşdiriblər.
Həmçinin ikili diplom proqramlarının perspektivləri, onlayn və canlı dərslərin təşkili, ortaq elmi nəşrlər və layihələr barədə razılaşmalar müzakirə edilib.

