Azərbaycan Dillər Universitetinin İngilis və fransız dilləri fakültəsi və İngilis dilinin tədrisi metodikası kafedrasının birgə təşəbbüsü ilə fakültənin I kurs tələbələrinin iştirakı ilə debat keçirilib. Debatın təlimçisi kafedranın baş müəllimi Nərminə İsayeva olub.
“Tehsil365” xəbər verir ki, tədbir “Artificial Intelligence (Süni İntellekt)” mövzusuna həsr olunub. Debat zamanı tələbələrə süni intellekt anlayışı, onun müasir dövrdə geniş tətbiq olunduğu sahələr və AI-nın əsas istiqamətləri barədə ətraflı məlumat verilib. Həmçinin süni intellektin təhsil sahəsində yaratdığı imkanlar və ehtimal olunan risklər müzakirə olunub.
Debat müddətində I kurs tələbələri süni intellekt haqqında şəxsi fikirlərini ingilis dilində ifadə ediblər. Bu proses onların “Speaking (Danışıq)” bacarıqlarının inkişafına mühüm töhfə verib. İngilis dilində aparılan müzakirələr mövzunun daha dərindən mənimsənilməsinə və tələbələrin öz fikirlərini sərbəst şəkildə ifadə etməsinə şərait yaradıb.

