Təhsil 365 - Logo Mobile

Elmi informasiya resurslarına dair dəyirmi masa keçirilib

10328.11.2025 - 17:15
Elmi informasiya resurslarına dair dəyirmi masa keçirilib

Azərbaycan Dillər Universiteti Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi və Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının birgə təşkilatçılığı ilə müəllim heyəti üçün elmi informasiya resurslarına dair dəyirmi masa keçirilib.

“Tehsil365” bildirir ki, tədbirdə ilkin olaraq Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin direktoru Cəmilə Əliyeva çıxış edərək müasir dövrdə elektron informasiya mənbələrinin tədris və elmi fəaliyyət üçün əhəmiyyətindən danışıb. O, KOHA AKS haqqında geniş məlumat verərək e-kataloqdan istifadə üsulları, axtarış mexanizmləri, elektron kitab fondu, mövcud ədəbiyyatın rəqəmsal formada əldə edilməsi, müəllim və tələbələrin elektron resurslara çıxış imkanları barədə ətraflı izahlar təqdim edib.
Cəmilə Əliyeva həmçinin Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin strukturu, xidmət sahələri, istifadəçilərə göstərilən DSpace İnstitutional Repositary (İR) rəqəmsal kitabxana, tematik informasiya xidməti və digər funksiyalar barədə də geniş izah verib. O, elmi axtarış platformalarının ADU-nun tədris və elmi-tədqiqat mühitinə inteqrasiyasının əhəmiyyətini vurğulayaraq bu istiqamətdə aparılan yeniliklər barədə danışıb.
Bununla yanaşı, Tədqiqat Dəstəyi xidmətinin müəllim və doktorantlara elmi məqalə yazılışı, strukturlaşdırma, düzgün istinad sistemi və beynəlxalq jurnallara göndəriş prosesində göstərdiyi metodik dəstək barədə də məlumat verilib.
Tədbir çərçivəsində müəllim-tədqiqatçıların ən çox istifadə etdiyi beynəlxalq elmi məlumat bazaları haqqında da ətraflı təqdimat olunub. Cəmilə Əliyeva EBSCOhost platformasının çoxprofilli axtarış imkanları, geniş elmi jurnal bazası, PDF formatında əlçatan məqalələri və akademik tədqiqat üçün üstünlükləri barədə geniş məlumat verib.
Eyni zamanda, ProQuest bazasının dissertasiyalar, elmi jurnallar və analitik araşdırmalar üzrə zəngin məzmununun tədqiqatçılar üçün böyük dəyər daşıdığı qeyd olunub.
Scopus haqqında danışarkən o, bu platformanın sitat indeksləşdirmə funksiyalarını, müəllimlərin elmi fəaliyyətinin qiymətləndirilməsində oynadığı rolu, impakt faktor, H-indeksi və digər elmi göstəricilərlə bağlı əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıb.
Tədbirin növbəti hissəsində Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin əməkdaşı Elşən Hüseynli çıxış edərək JOVE (Journal of Visualized Experiments) elmi axtarış platforması haqqında geniş təqdimatla çıxış edib.
O, JOVE-un dünyada yeganə video-formatlı elmi məqalələr platforması olduğunu, burada müxtəlif sahələr üzrə – tibb, biologiya, biotexnologiya, kimya, fizika, mühəndislik və psixologiya sahələrində – minlərlə eksperimental prosesin vizual şəkildə nümayiş etdirildiyini vurğulayıb.
Elşən Hüseynli platformanın akademik mühitdə yaratdığı üstünlükləri geniş şəkildə açıqlayıb. O bildirib ki, JOVE-un video-eksperimentləri tələbələrin və müəllimlərin mürəkkəb laboratoriya proseslərini daha tez dərk etməsinə kömək edir, praktiki bacarıqların artırılmasına real töhfə verir və elmi metodların vizual izahı tədris yükünü xeyli yüngülləşdirir.
O, həmçinin JOVE-un axtarış sisteminin strukturundan, fənlər üzrə bölmələrindən, dərsliklər fondundan, laboratoriya protokollarından və müəllimlər üçün nəzərdə tutulan tədris paketlərindən danışıb. Platformanın istifadə qaydalarını, ADU-da bu resursa çıxış imkanlarını, video-məqalələrin istinad sistemini və dərslərdə praktik tətbiq nümunələrini də iştirakçılara ətraflı şəkildə izah edib.
Çıxışlar dinləyici müəllimlər tərəfindən maraqla qarşılanıb və tədbir sual-cavab sessiyası ilə davam edib.

Aysel Paşayeva

Xəbər Lenti

“İnteraktiv Təhsil Yardımı” layihəsi təhsildə keyfiyyətin artmasına xidmət edir – Emin Əmrullayev28.11.2025 - 19:44
Yaxın 3 ildə Naxçıvanda məktəblərin optimallaşdırılması nəzərdə tutulmur – Nazir28.11.2025 - 19:30
LDU-da maarifləndirici tədbir keçirilib28.11.2025 - 19:24
İşğaldan azad olunmuş ərazilərdə təhsil alan şagirdlərin sayı açıqlanıb28.11.2025 - 19:15
Tarix və Etnologiya İnstitutu əməkdaşlarının yeni monoqrafiyaları nəşr edilib28.11.2025 - 19:00
“Airbus” proqram təminatında qüsura görə 6 min təyyarəni geri çağırır28.11.2025 - 18:30
Azərbaycan Konstitusiyasının 30 illiyinə həsr olunmuş esse müsabiqəsi keçirilib28.11.2025 - 18:00
“Uşaq Hüquqlarının Müdafiəsi” adlı tədbir keçirilib28.11.2025 - 17:45
BMR fakültəsi müəllimlərinin məqalələri beynəlxalq jurnalda dərc olunub28.11.2025 - 17:30
DCDU nümayəndələri ADU-nun qonağı olub28.11.2025 - 17:00
Xarici tələbələr Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə ekskursiyada iştirak ediblər28.11.2025 - 16:45
ADU müəllimləri Karakas Poeziya Festivalında ölkəmizi təmsil edib28.11.2025 - 16:30
ADU-da “Süni İntellekt” mövzusunda debat keçirilib28.11.2025 - 16:15
ADU-nun tələbələri Qazaxıstanda "Koreyaşünaslıq Həftəsi"ndə uğurla çıxış ediblər28.11.2025 - 16:00
ADU PHŞ Linqvokulturologiya kafedrasına laborant vəzifəsinə vakansiya elan edir28.11.2025 - 15:45
ADU və Özbəkistanın Dövlət Dünya Dilləri Universiteti arasında əməkdaşlıq görüşü keçirilib28.11.2025 - 15:30
ADU-da Elmi şuranın növbəti iclası keçirilib28.11.2025 - 15:15
ADU-da Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd edilib28.11.2025 - 15:00
BMU ilə Özbəkistan Milli Universiteti arasında memorandum imzalanıb28.11.2025 - 14:49
AzMİU Məzunlar Assosiasiyasının fondunun yaradılması planlaşdırılır28.11.2025 - 14:34
Professor İsmayıl Kazımovun 70 illik yubileyi məzunu olduğu Soltanlı məktəbində qeyd edilib28.11.2025 - 14:19
Lənkəran-Astara bölgəsinin məktəbliləri “SAF 2025”də yüksək nəticə göstəriblər28.11.2025 - 14:04
Bu fənlər üzrə DİM-də hazırlıq kursları keçirilib28.11.2025 - 13:49
“Məktəblərdə Konstitusiya və Suverenlik ayı” layihəsinə yekun vurulub28.11.2025 - 13:34
LDU-da maarifləndirici tədbir keçirilib28.11.2025 - 13:09
Naxçıvan Müəllimlər İnstitutu bağlanacaq? 28.11.2025 - 12:50
Rektor Malayziyanın aparıcı universitetlərinin nümayəndələri ilə görüşüb28.11.2025 - 12:35
Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edib28.11.2025 - 12:20
DİM-də növbəti təlim keçirilib28.11.2025 - 12:05
Qarabağ Universitetinin yaradılmasının 2 illiyi qeyd edilib28.11.2025 - 11:55
Rayon və şəhər məktəbləri arasındakı fərq nədən yaranır?28.11.2025 - 11:40
Çin şirkəti süni intellektli eynəklər təqdim edib28.11.2025 - 11:25
BMU ilə Özbəkistan Milli Universiteti arasında əməkdaşlıq imzalanıb28.11.2025 - 11:10
"Azyaşlıların diləndirilməsi ilə bağlı araşdırmalar genişlənir" – Komitədən açıqlama28.11.2025 - 11:05
Berlində Mir Cəlalın alman dilinə tərcümə edilmiş hekayələrindən ibarət kitabın təqdimatı olub28.11.2025 - 10:55
İş yerlərində ömür boyu öyrənməyə maliyyə yatırılmalıdır28.11.2025 - 10:40
AzMİU-da Məzun Assosiasiyasının növbəti görüşü keçirilib28.11.2025 - 10:25
Türkiyəli professorlar BMU-da SABAH proqramı çərçivəsində tədrisə cəlb olunublar28.11.2025 - 10:10
Xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək28.11.2025 - 09:55
Bakıda itkin düşən 12 yaşlı qız tapıldı28.11.2025 - 09:40
Məktəblilərarası Milli Hakatonun finalı başladı 28.11.2025 - 09:25
“Qrafik dizayner” peşə ixtisasının tanınması üzrə sənəd qəbulu başlayıb28.11.2025 - 09:10
Elsevier boykotu "Down Under": ANZ universitetlərindən böyük addım28.11.2025 - 08:59
Direktordan duyğulandıran addım: Hər bir işçiyə açıq təşəkkür edib 28.11.2025 - 08:46
Avstraliyanın bütövlüyü haqqında qanun layihəsi parlamentdən keçdi28.11.2025 - 08:33
Təhsil seçim proqramlarında tələbə testi mütləq olmalıdırmı?28.11.2025 - 08:20
Məktəb İicmalarını bir araya gətirən qəribə şükranlıq ənənələri28.11.2025 - 08:07