Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin professor-müəllim heyətinin elmi məqalələri Rumıniyanın kopernikus indeksli “Polis: Revista de Științe Politice” jurnalında nəşr olunub.
“Tehsil365” bildirir ki, fakültənin professor-müəllim heyəti beynəlxalq elmi platformalarda fəaliyyətini davam etdirir. 2024-cü ildə ERASMUS+ layihəsi çərçivəsində Buxarest Universitetində müəllim mübadilə proqramında iştirak edən Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının müdiri, professor Sevdagül Əliyeva və Rumıniyadakı Azərbaycan Respublikasının səfiri Qüdsi Osmanovun təşəbbüsü və əlaqələri sayəsində Rumıniyanın Buxarest və Kluj universitetləri ilə birgə elmi əməkdaşlıq qurulub.
Nəticədə, fakültənin 15 nəfərdən ibarət akademik heyətinin məqalələri “Polis: Revista de Științe Politice”, Cild XIII, № 3 (49), İyun–Avqust 2025 buraxılışında dərc olunub. Sözügedən jurnal siyasi elmlər sahəsində beynəlxalq səviyyədə tanınan, kopernikus indeksli və reytinqli elmi nəşrlərdən biridir.
Bu nəşr fakültənin elmi potensialını nümayiş etdirməklə yanaşı, Azərbaycan elminin regional və qlobal tədqiqat müstəvisində artan rolunu da təsdiqləyir. Dərc edilən məqalələr tarix, siyasət, beynəlxalq münasibətlər, enerji təhlükəsizliyi, sosiologiya və mədəniyyət sahələrini əhatə edir.
Nəşr olunan elmi əsərlər:
1. T.e.d.prof. İbrahim Kazımbəyli – The Military-Political Situation in the South Caucasus in the Early 19th Century and the Occupation of the Iravan Khanate by Russia
2. H.e.d.prof. Aida Yusifzadə – Political Aspects of the Development of Eurasian Transit Corridors: International Relations, Transport Policy and Geopolitics
3. T.ü.f.d.prof. Əliyeva Sevdaqul – From Soviet Conformity to Cultural Revival: Historical Continuity and Change in Azerbaijan’s National Narrative
4. T.ü.f.d. dos. Xatirə Hacıyeva – Azerbaijan in the Context of Europe’s Alternative Energy Source
5. T.ü.f.d. dos. Namiq Əsədov – Cooperation Between the Azerbaijan SSR and the Socialist Countries of Eastern Europe in the Field of Science and Education
6. İq.ü.f.d. dos. Kamala Yusifova – Architectural Development of Baku City
7. T.ü.f.d. dos. Namiq Kərimov – The Emergence, Development and Subsequent Fate of the Nabucco Project
8. F.ü.f.d. dos. Nigar Hüseynova – National Cultural Relations in the Cultural System: Modern West and Renewed Azerbaijan
9. T.ü.f.d. dos. Aytən Məhərrəmova – The Impact of “Khrushchev’s Liberalization” on the Development of the Musical Sphere in Azerbaijan
10. b/m. Ramin Quliyev – The Effects of the Organization of the Baku Customs House on Trade
11. b/m. Ülviyyə Hüseynova – Azerbaijan’s Prospects in International Relations Based on the Example of the UK
12. Orxan Nəbiyev – Contours of Power and Identity: A Political History of Azerbaijan Across Epochs of Nation-Building and Ideological Continuity
13. Sabina Muradova – Social Aspects of Social Stratification in Azerbaijan
14. Sara Ələsgərova – Azerbaijan and Lobbying: Ways to Realize the Potential of the Diaspora
15. Aygün Seyidova – The Rich Architectural Heritage of Azerbaijani Fortresses: Gülüstan Fortress

