Təhsil 365 - Logo Mobile

AzMİU Məzunlar Assosiasiyasının fondunun yaradılması planlaşdırılır

8728.11.2025 - 14:34
AzMİU Məzunlar Assosiasiyasının fondunun yaradılması planlaşdırılır

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyi ərəfəsində bu ali məktəbin Məzunlar Assosiasiyasının növbəti görüşü keçirilib.

Tehsil365” xəbər verir ki, görüşdə universitet rəhbərliyi, ölkənin qabaqcıl inşaat və memarlıq şirkətlərinin nümayəndələri, tanınmış mütəxəssislər və müxtəlif illərin məzunları iştirak ediblər.

Tədbir AzMİU-nun Məzunlar Assosiasiyasının sədri, “PMD Projects”in direktoru, universitetin məzunu Nəriman Topçibaşevin açılış nitqi ilə başlayıb. O, Assosiasiyanın fəaliyyət istiqamətləri, görülən işlər və qarşıdakı planlar barədə məlumat verib. Nəriman Topçibaşev şirkətlər və universitet arasında əməkdaşlığın bu gün ən prioritet məsələlərdən birinə çevrildiyini qeyd edib: “Kadr potensialının gücləndirilməsi üçün universitetlə əməkdaşlıq vacibdir. Qarşıda Assosiasiyanın fondunun yaradılması planlaşdırılır. Fond vasitəsilə universitetin maddi-texniki bazasının gücləndirilməsi, qayğıya ehtiyacı olan tələbələrə təqaüdlərin verilməsi və digər sosial layihələrin icrası mümkün olacaq”.

AzMİU-nun rektoru memarlıq doktoru, professor Gülçöhrə Məmmədova məzunların universitet ətrafında birləşməsinin böyük məmnunluq doğurduğunu vurğulayıb. O qeyd edib ki, AzMİU istehsalatla əlaqələrin, eləcə də məzunlarla əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir: “Biz məzunlarımızı universitetin ayrılmaz bir parçası hesab edirik. Beynəlxalq reytinqlərdə və ali təhsil üzrə dünya standartlarında məzunlarla əlaqə mühüm inkişaf meyarı kimi təqdim olunur. Bu baxımdan sizinlə sıx əməkdaşlıq həm tədrisin keyfiyyətinin artırılmasına, həm də kadr hazırlığında real tələblərin universitetə çatdırılmasına əhəmiyyətli töhfə verəcək”.

Gülçöhrə Məmmədova, həmçinin Məzunlar Assosiasiyasının universitetin yataqxana kompleksinin bərpası ilə bağlı təşəbbüslərini yüksək qiymətləndirib və yataqxananın əsaslı təmir edilərək tələbələrin istifadəsinə verilməsinin AzMİU üçün prioritet məsələlərdən biri olduğunu bildirib.

Görüş çərçivəsində universitetin yataqxana kompleksinin bir binasının mövcud vəziyyəti ilə bağlı video nümayiş etdirilib. Assosiasiya sədri Nəriman Topçibaşev binanın ilkin baxışdan keçirildiyini, ölçmələrin aparıldığını və müvafiq qurumlara müayinələrin həyata keçirilməsi üçün müraciət olunduğunu qeyd edib.

“Azərdövlətlayihə” DBLİ-nin direktoru Müsəddin Namazov, “MİDA” MMC-nin direktoru Fərhad Təhməzov, “ArchiCO Engineering Company”nin Müşahidə Şurasının sədri Məhəmməd Musayev, ADSEA-nın Tikilməkdə olan obyektlərinin baş mühəndisi Babək Məmmədov, “Qartal” tikinti firmasının direktoru Şahin Məmmədov və digər məzunlar çıxış edərək mühüm məsələlərə toxunublar. Onlar çıxışlarında yataqxana binasının müayinələrdən sonra qısa müddətdə bərpa olunması, tələbələrin ödənişli istehsalat təcrübələrinə cəlb edilməsi, universitet-istehsalat əlaqələrinin daha da genişləndirilməsi, mühəndislik və memarlıq sahəsində ixtisaslaşmanın vacibliyi kimi mövzulara diqqət çəkiblər.

Qeyd olunub ki, inşaat üzrə təhsili olmayan şəxslərin inşaat mühəndisi və ya memarlıq üzrə təhsili olmayanların memar kimi fəaliyyət göstərməsi ciddi təhlükələr yarada bilər və bu problemin aradan qaldırılması üçün universitetlə şirkətlər arasında birgə çalışma zəruridir.

Görüş zamanı həyata keçirilən layihələrin miqyasının artırılması məqsədilə Assosiasiyaya yeni üzvlərin qəbulu məsələsinə baxılıb. Eyni zamanda, yaxın günlərdə keçiriləcək AzMİU-nun 50 illik yubileyi ilə bağlı hazırlıq işləri və məzunların bu tədbirdə iştirakı da müzakirə edilib.

Qeyd edək ki, ötən ilin dekabr ayında universiteti müxtəlif illərdə bitirən 250-dən çox məzunun iştirakı ilə AzMİU Məzunlar Assosiasiyası yaradılmasına qərar verilib. Bu ilin aprel ayında isə Assosiasiyanın Təsis Yığıncağı keçirilib, Əsasnaməsi təsdiqlənib, Təftiş Komitəsi və İdarə Heyəti seçilib.

Assosiasiya yarandığı gündən universitetlə əməkdaşlığı genişləndirib, bir sıra layihələr icra olunub, laboratoriyalar və xüsusi auditoriyalar istifadəyə verilib, tələbələr üçün ödənişli təcrübə proqramları elan edilib.


Könül Əsgərova

Xəbər Lenti

“İnteraktiv Təhsil Yardımı” layihəsi təhsildə keyfiyyətin artmasına xidmət edir – Emin Əmrullayev28.11.2025 - 19:44
Yaxın 3 ildə Naxçıvanda məktəblərin optimallaşdırılması nəzərdə tutulmur – Nazir28.11.2025 - 19:30
LDU-da maarifləndirici tədbir keçirilib28.11.2025 - 19:24
İşğaldan azad olunmuş ərazilərdə təhsil alan şagirdlərin sayı açıqlanıb28.11.2025 - 19:15
Tarix və Etnologiya İnstitutu əməkdaşlarının yeni monoqrafiyaları nəşr edilib28.11.2025 - 19:00
“Airbus” proqram təminatında qüsura görə 6 min təyyarəni geri çağırır28.11.2025 - 18:30
Azərbaycan Konstitusiyasının 30 illiyinə həsr olunmuş esse müsabiqəsi keçirilib28.11.2025 - 18:00
“Uşaq Hüquqlarının Müdafiəsi” adlı tədbir keçirilib28.11.2025 - 17:45
BMR fakültəsi müəllimlərinin məqalələri beynəlxalq jurnalda dərc olunub28.11.2025 - 17:30
Elmi informasiya resurslarına dair dəyirmi masa keçirilib28.11.2025 - 17:15
DCDU nümayəndələri ADU-nun qonağı olub28.11.2025 - 17:00
Xarici tələbələr Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə ekskursiyada iştirak ediblər28.11.2025 - 16:45
ADU müəllimləri Karakas Poeziya Festivalında ölkəmizi təmsil edib28.11.2025 - 16:30
ADU-da “Süni İntellekt” mövzusunda debat keçirilib28.11.2025 - 16:15
ADU-nun tələbələri Qazaxıstanda "Koreyaşünaslıq Həftəsi"ndə uğurla çıxış ediblər28.11.2025 - 16:00
ADU PHŞ Linqvokulturologiya kafedrasına laborant vəzifəsinə vakansiya elan edir28.11.2025 - 15:45
ADU və Özbəkistanın Dövlət Dünya Dilləri Universiteti arasında əməkdaşlıq görüşü keçirilib28.11.2025 - 15:30
ADU-da Elmi şuranın növbəti iclası keçirilib28.11.2025 - 15:15
ADU-da Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd edilib28.11.2025 - 15:00
BMU ilə Özbəkistan Milli Universiteti arasında memorandum imzalanıb28.11.2025 - 14:49
Professor İsmayıl Kazımovun 70 illik yubileyi məzunu olduğu Soltanlı məktəbində qeyd edilib28.11.2025 - 14:19
Lənkəran-Astara bölgəsinin məktəbliləri “SAF 2025”də yüksək nəticə göstəriblər28.11.2025 - 14:04
Bu fənlər üzrə DİM-də hazırlıq kursları keçirilib28.11.2025 - 13:49
“Məktəblərdə Konstitusiya və Suverenlik ayı” layihəsinə yekun vurulub28.11.2025 - 13:34
LDU-da maarifləndirici tədbir keçirilib28.11.2025 - 13:09
Naxçıvan Müəllimlər İnstitutu bağlanacaq? 28.11.2025 - 12:50
Rektor Malayziyanın aparıcı universitetlərinin nümayəndələri ilə görüşüb28.11.2025 - 12:35
Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edib28.11.2025 - 12:20
DİM-də növbəti təlim keçirilib28.11.2025 - 12:05
Qarabağ Universitetinin yaradılmasının 2 illiyi qeyd edilib28.11.2025 - 11:55
Rayon və şəhər məktəbləri arasındakı fərq nədən yaranır?28.11.2025 - 11:40
Çin şirkəti süni intellektli eynəklər təqdim edib28.11.2025 - 11:25
BMU ilə Özbəkistan Milli Universiteti arasında əməkdaşlıq imzalanıb28.11.2025 - 11:10
"Azyaşlıların diləndirilməsi ilə bağlı araşdırmalar genişlənir" – Komitədən açıqlama28.11.2025 - 11:05
Berlində Mir Cəlalın alman dilinə tərcümə edilmiş hekayələrindən ibarət kitabın təqdimatı olub28.11.2025 - 10:55
İş yerlərində ömür boyu öyrənməyə maliyyə yatırılmalıdır28.11.2025 - 10:40
AzMİU-da Məzun Assosiasiyasının növbəti görüşü keçirilib28.11.2025 - 10:25
Türkiyəli professorlar BMU-da SABAH proqramı çərçivəsində tədrisə cəlb olunublar28.11.2025 - 10:10
Xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək28.11.2025 - 09:55
Bakıda itkin düşən 12 yaşlı qız tapıldı28.11.2025 - 09:40
Məktəblilərarası Milli Hakatonun finalı başladı 28.11.2025 - 09:25
“Qrafik dizayner” peşə ixtisasının tanınması üzrə sənəd qəbulu başlayıb28.11.2025 - 09:10
Elsevier boykotu "Down Under": ANZ universitetlərindən böyük addım28.11.2025 - 08:59
Direktordan duyğulandıran addım: Hər bir işçiyə açıq təşəkkür edib 28.11.2025 - 08:46
Avstraliyanın bütövlüyü haqqında qanun layihəsi parlamentdən keçdi28.11.2025 - 08:33
Təhsil seçim proqramlarında tələbə testi mütləq olmalıdırmı?28.11.2025 - 08:20
Məktəb İicmalarını bir araya gətirən qəribə şükranlıq ənənələri28.11.2025 - 08:07