Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi nəzdində Xarici Dillərin Tədrisi Metodikası kafedrası Azərbaycan Respublikasının Konstitusiyasının 30 illiyinə həsr olunmuş yerində esse müsabiqəsi təşkil edib.
“Tehsil365” bildirir ki, müsabiqədə Filologiya fakültəsinin ingilis və fransız dili ixtisasları üzrə təhsil alan tələbələr iştirak edərək təqdim etdikləri işlər vasitəsilə mövzuya dair analitik düşünmə bacarıqlarını, yaradıcı yanaşmalarını və fərdi baxışlarını nümayiş etdiriblər. Təqdim olunan bütün inşalar ingilis və fransız dillərində hazırlanıb.
Tələbələrin işləri aşağıdakı meyarlar üzrə qiymətləndirilib:
1. Analitik düşüncə – mövzunun mahiyyətinin düzgün açılması, hüquqi kontekstdə əsaslandırılmış yanaşma
2. Struktur və məntiq – giriş–inkişaf–nəticə ardıcıllığının qorunması
3. Dil və üslub mədəniyyəti – səlis, dəqiq və akademik tərzdə yazı
4. Yaradıcı yanaşma – fərdi baxış və yeni ideyalar
5. Məzmunun dərinliyi – faktların düzgünlüyü və hüquqi biliklərin tətbiqi
İngilis dili ixtisası üzrə iştirakçılar
Lalə Hacızadə
Şəfəq Heybətova
Nuray Məmmədova
Nuranə Orucəliyeva
Qönçə Dadaşova
Aydan Məmmədova
Şəhla Qurbanova
İlahə Süleymanova
+2 nəfər iştirakçıya mövzunun mahiyyətinin düzgün açılması, hüquqi yanaşmanın əsaslandırılması və struktur ardıcıllığa görə xüsusi fəallıqlarına dair sertifikat təqdim edilib.
Fransız dili ixtisası üzrə iştirakçılar
Aynur Zamanlı
Aysun Abdullayeva
Zeynəb Əsgərova
+1 nəfər iştirakçıya dil və üslub mədəniyyətinə, səlis və akademik tərzdə yazıya görə sertifikat təqdim olunub.
Müsabiqə tələbələr üçün yalnız yazı bacarıqlarını sınaqdan keçirmək deyil, həm də tənqidi düşünmək, fikirlərini əsaslandırmaq və yaradıcı şəkildə ifadə etmək baxımından mühüm platforma olub.

