İşğaldan azad olunmuş ərazilərdə 18 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Bu məktəblərdə 3902 şagird təhsil alır.
‘‘Tehsil365’’ bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, sözügedən ümumi təhsil müəssisələrində 370 müəllim çalışır.

