Təhsil 365 - Logo Mobile

1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günüdür

5501.12.2025 - 02:10
1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günüdür

Hər il 1 dekabr tarixində Ümumdünya QİÇS-lə Mübarizə Günü qeyd olunur. QİÇS və İİV-infeksiyası dünya səhiyyəsinin ən ciddi infeksion problemlərindən biri olaraq qalmaqdadır. Hazırda dünyada təxminən 40 milyon insanın İİV daşıyıcısı olduğu bildirilir. Qazanılmış İmmun Çatışmazlığı Sindromu insanın sonradan yoluxa bildiyi və nəticələri ağır olan bir xəstəlikdir. Bir sıra Avropa ölkələrində QİÇS-lə yaşayan insanların vəziyyətinin yaxşılaşdırılması, cəmiyyətin onlara münasibətinin dəyişdirilməsi üçün geniş tədbirlər həyata keçirilir, tibbi və sosial dəstək göstərilir.

"Tehsil365" xəbər verir ki, Ümumdünya QİÇS-lə Mübarizə Günü 1988-ci ildə dünya ölkələrinin səhiyyə nazirlərinin sammitindən sonra Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən BMT-nin dəstəyi ilə təsis edilib. Bu günün qeyd olunmasında əsas məqsəd əhalinin diqqətini problemin aktuallığına yönəltmək, xüsusilə də inkişaf etməkdə olan ölkələrdə maarifləndirmə işlərini gücləndirməkdir.

BMT-nin Baş katibi Pan Gi Mun müraciətində dünya üzrə yeni yoluxma hallarının azaldığını, profilaktika və müalicə tədbirlərinin qarşılıqlı əlaqəsinin müsbət nəticə verdiyini vurğulayıb. O həmçinin 2015-ci il üçün müəyyən edilmiş hədəfləri xatırladıb: İİV-in cinsi yolla ötürülməsinin yarıya endirilməsi, uşaqlarda yeni yoluxmaların aradan qaldırılması, 15 milyon yoluxmuş şəxsin müalicə ilə əhatə olunması, stiqma və ayrı-seçkiliyin aradan qaldırılması və maliyyə çatışmazlığının aradan qaldırılması.

Azərbaycanda da QİÇS-lə mübarizə istiqamətində tədbirlər davam etdirilir. İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələrdən biri kimi Azərbaycan bu sahədə beynəlxalq təcrübədən istifadə edir. Epidemiya əsasən inyeksion narkotik vasitələrdən istifadə edən risk qruplarında müşahidə olunur. 2010-cu ildə Milli Məclis tərəfindən “İİV/QİÇS-in yayılmasının qarşısının alınması haqqında” qanun qəbul edilib və xəstəliyi bilərəkdən yayan şəxslər üçün 3 ildən 7 ilədək həbs cəzası nəzərdə tutulub.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən əhalinin maarifləndirilməsi məqsədilə çap materialları hazırlanıb, videoçarxlar nümayiş etdirilib, müraciət edən insanlara məlumat kitabçaları və bukletlər təqdim olunub.

Ümumdünya QİÇS-lə Mübarizə Günü ərəfəsində – 30 noyabrda “Park Bulvar” AVM-də QİÇS-lə Mübarizə Mərkəzinin təşkilatçılığı ilə aksiya keçirilib. İSİM nümayəndələrinin də qatıldığı tədbirdə vətəndaşlara maarifləndirici bukletlər paylanıb. 1 dekabrda isə “Hyatt Regency” mehmanxanasında mətbuat konfransı təşkil olunub. Tədbirdə Səhiyyə Nazirliyinin və İSİM-in rəsmiləri jurnalistlərin suallarını cavablandıraraq QİÇS-lə mübarizə istiqamətində görülən işlər barədə məlumat veriblər.

Aydan Ələkbərova

Xəbər Lenti

Gürcüstanın Kutaisi şəhərində silahlı insident01.12.2025 - 08:25
UNEC-in rektoru: Ali təhsilə Malayziya baxışı01.12.2025 - 07:15
Folklor İnstitutunda türkoloji folklorşünaslığın elmi-nəzəri və praktiki aspektləri müzakirə edilib - FOTO01.12.2025 - 07:05
DİM TKT imtahanına qeydiyyat elan edir01.12.2025 - 06:50
“Maarifçi”lər əmək fəaliyyətinə başlayıblar01.12.2025 - 06:46
AzMİU-da təlim: “Əmək bazarı üçün XXI əsr bacarıqları”01.12.2025 - 06:16
BSU-da "ITIC" layihəsi çərçivəsində bəzi işlər təqdim olunub01.12.2025 - 05:14
ADNSU və UFAZ tələbələri üçün hakaton keçirilir01.12.2025 - 05:06
“Miqrasiya Məktəbi 8” layihəsinə start verilir01.12.2025 - 05:03
Oksford lüğəti 2025-ci ilin sözünü açıqladı01.12.2025 - 04:50
"Şəhidin səsi" proqramında Xocalı soyqırımı zamanı əsir düşən ailə ilə görüş keçirilib01.12.2025 - 04:38
Azərbaycan və Ukrayna təhsili arasında fərq nədir? 01.12.2025 - 04:25
İlham Əliyev Laçının işğaldan azad olunmasının növbəti ildönümü ilə bağlı paylaşım edib - VİDEO01.12.2025 - 04:12
Sara xatun — Şərq dünyasının ilk qadın diplomatı01.12.2025 - 03:57
Dekabrın ilk gününün hava proqnozu açıqlandı 01.12.2025 - 03:41
"Şəhidin səsi" proqramının bugünkü buraxılışı şəhid Əliağa Məmmədova həsr olunur01.12.2025 - 03:28
“Məktəblilər arasında Respublika Çempionatı”nın basketbol üzrə zona mərhələsi yekunlaşıb01.12.2025 - 03:15
"YouTube" istifadəçilərdən pasport tələb edir01.12.2025 - 03:02
"ChatGPT"də reklam funksiyası əlavə oluna bilər01.12.2025 - 02:49
XX əsrin ən parlaq kometasının Yerə qayıdacağı tarix açıqlandı01.12.2025 - 02:37
Bu gün hava meteohəssas insanlar üçün əlverişlidir01.12.2025 - 02:23
1 dekabr - Laçın rayonunun erməni işğlından azad olunduğu gündür01.12.2025 - 02:00
Eksternat imtahanlarına sənəd qəbulunun vaxtı uzadılıb30.11.2025 - 19:56
Mahnı Teatrında şəhid Zaur İsmayılzadənin xatirə gecəsi30.11.2025 - 19:49
Bu gün Dövlət İmtahan Mərkəzində hakimliyə namizədlərlə yazılı imtahan keçirilib30.11.2025 - 19:35
UNEC-in professoru Məhiş Əhmədovun 80 illik yubileyi təntənə ilə qeyd olunub30.11.2025 - 19:20
Dekabrın 19-da xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək30.11.2025 - 19:14
AƏSMA-nın tələbələri “Holberton School Azerbaijan”nın təlimlərini uğurla başa vurub30.11.2025 - 19:05
Millimiz Bakıda uduzdu30.11.2025 - 18:50
Hindistanda beş yaşlı qız dayısı və xalası tərəfindən oğurlanaraq satılıb30.11.2025 - 18:35
Məktəbin həyətində infarkt keçirən Eşqin ölümündən əvvəl bərk qorxubmuş30.11.2025 - 18:20
Cəlilabadda körpə öldü30.11.2025 - 18:05
Əyyub Quliyev Dövlət Kamera Orkestrinə dirijor təyin edilib30.11.2025 - 18:00
Şirvanda “Sənətə həsr edilmiş ömür” adlı yaradıcılıq gecəsi keçirilib30.11.2025 - 17:50
Türkmənistanda Azərbaycan tamaşaları nümayiş olunacaq30.11.2025 - 17:45
Hakimliyə namizəd üzrə test imtahanı keçirilib30.11.2025 - 17:35
Laçında MDB-dən olan qonaqlar üçün şəhər gəzintisi təşkil edilib30.11.2025 - 17:30
Fransada yeniyetmənin yandırılmış meyiti tapılıb30.11.2025 - 17:20
Bülbülün nəvəsi Dövlət Simfonik Orkestrinə yeni dirijor təyin olunub30.11.2025 - 17:15
Səfəvi imperiyasının Əhli-sünnə məzhəbli dövlət xadimləri"30.11.2025 - 17:05
Tahir İksanov: "Laçının MDB-nin Mədəniyyət Paytaxtı seçilməsi əlamətdar hadisədir"30.11.2025 - 17:00
“Bir dəniz hekayəsi” - Dövlət Mahnı Teatrında yeni səhnə təcrübəsi 30.11.2025 - 16:45
Prezidentin xüsusi nümayəndəsi: "2025-ci il Laçında yeni temp ili oldu"30.11.2025 - 16:30
Polad Bülbüloğlu: "Laçında olan hər kəs şəhərin sürətli dirçəlişinin şahidi oldu"30.11.2025 - 16:15
Nazir müavini: "Laçında keçirilən tədbirlər şəhəri regional mədəni əməkdaşlıq üçün dinamik platformaya çevirib"30.11.2025 - 16:00
Yağıntılar intensivləşəcək, dağlıq ərazilərə qar yağacaq30.11.2025 - 15:45
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb30.11.2025 - 15:30