"XX əsrin ən parlaq kometası olan Heyl-Bopp kometası Günəş sistemini tərk edə bilməyəcək və 4390-cı ildə yenidən Yer kürəsinə yaxınlaşacaq".
"Tehsil365” xəbər verir ki, bunu TASS agentliyinə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun aparıcı elmi işçisi Natan Eysmont deyib.
Onun sözlərinə görə, hazırda kometa kifayət qədər uzaqda - Pluton və Sedna cırtdan planetləri arasında yerləşir.
Eysmont vurğulayıb ki, yalnız kometa qayıtdıqdan sonra onun gələcəkdə Günəş sisteminin hüdudlarından kənara çıxa bilib-bilməyəcəyi aydınlaşacaq:
"Hər şey Yupiterin davranışından asılı olacaq. O, cazibə qüvvəsi ilə kometanı ya Günəş sisteminin hüdudlarından kənara atacaq, ya da birbaşa Günəşə göndərəcək və kometa orada yanacaq".
Qeyd edək ki, Heyl-Bopp kometası 1995-ci il iyulun 23-də kəşf edilib.

