BSU-nun itic layihəsi çərçivəsində inklüziv təhsil istiqamətində görülmüș işlər və 2030-cu ilə qədər nəzərdə tutulan hədəflər təqdim edilib.
“Tehsil365”xəbər verir ki,Noyabrin 29-da Bakı Slavyan Universitetinin (BSU) "İTİC - inklüziv Təhsildən İnklüziv Cəmiyyətə" layihəsi çərçivəsində inklüziv təhsil istiqamətində görülmüş işlər və 2030-cu ilə qədər nəzərdə tutulan hədəflər təqdim edilib. Təqdimat DOST İnklüziv İnkişaf və Yaradıcıliq Mərkəzinin Ismayıllı rayonunun Basqal qəsəbəsində yerləșən DOST Evi filialında keçirilib.
Təqdimat zamanı inklüziv təhsilin əhəmiyyəti, bu sahədə həyata keçirilən dövlət siyasəti, eləcə də universitetlərin bu prosesdə rolu müzakirə olunub

