Təhsil 365 - Logo Mobile

Vyetnamın Halonq Universitetində “Azərbaycan mətbəxi günü” keçirilib

10201.12.2025 - 09:30
Vyetnamın Halonq Universitetində “Azərbaycan mətbəxi günü” keçirilib

Vyetnamın Quanq Nin vilayətində yerləşən Halonq Universitetində Azərbaycanın Vyetnamdakı səfirliyinin ali təhsil ocağı ilə əməkdaşlığı nəticəsində “Azərbaycan mətbəxi günü” keçirilib.

“Tehsil365” xəbər verir ki, Azərbaycan mədəniyyətinin, xüsusilə də zəngin kulinariya irsinin tanıdılması baxımından əhəmiyyət daşıyan tədbirdə Qazaxıstan və Türkiyənin Vyetnamdakı səfirləri, Pakistanın Vyetnamda kulinariya sahəsində fəaliyyət göstərən iş adamlarının, Quanq Nin vilayətinin rəhbər və struktur nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Halonq Universitetinin rektoru Nquyen Duk Tiep Azərbaycan və Vyetnam mədəniyyətinin zənginliyi, kulinariya ənənələrimizin xalqımızın ruhunu və həyat tərzini əks etdirməsi haqqında danışıb, birgə təşəbbüsün gələcəkdə genişmiqyaslı akademik, dil, turizm və “Halal” sənayesi sahələrində əməkdaşlıq üçün yeni imkanlar açacağına inamını ifadə edib.

Azərbaycan səfiri Şövqi Mehdizadə xalqlarımızın liderləri tərəfindən əsası qoyulmuş tarixi dostluq haqqında danışaraq, bu kimi təşəbbüslərin ölkələrimiz arasında regionlararası və universitetlərarası əməkdaşlığın gücləndirilməsinə, xalqlarımızın zəngin mətbəxi haqqında bilik və bacarıqların mübadiləsinə, həmçinin gələcəkdə daha böyükmiqyaslı mədəni və tədris layihələrinin həyata keçirilməsinə təkan verəcəyini vurğulayıb. Qeyd edib ki, “Azərbaycan mətbəxi günü” Azərbaycan və Vyetnam xalqlarının qarşılıqlı anlayışını, dostluğunu və mədəni əməkdaşlığını daha da möhkəmləndirən önəmli platforma yaradıb. Bu cür tədbirlər iki ölkə arasında akademik, turizm və iqtisadi sahələrdə əməkdaşlıq üçün yeni imkanlar açacaq, habelə Halonq Universitetinin beynəlxalq əməkdaşlığına töhfə verəcək.

Universitet rəhbərliyi 2026-cı ildə Bakıda keçiriləcək növbəti Vyetnam günlərinə dəvət edilib, Quanq Nin bölgəsinin və zəngin Vyetnam mətbəxinin Bakıda təqdimatı təklif olunub.

Dünya Barbekü Assosiasiyasının vitse-prezidenti, Dünya Aşpazlar Assosiasiyasının rəsmi hakimi Sahib David İsrafilov Azərbaycan mətbəxinin təqdimatını edib. O, barbekü müsabiqəsində tələbələrə Azərbaycan üslubunda yemək hazırlanmasını göstərib, aşpazlıq üzrə beynəlxalq ekspertlərlə təcrübə mübadiləsi aparmaq imkanı yaradıb.

Sonda qaliblərə diplomlar təqdim olunub. Universitetə Ümummilli Lider Heydər Əliyevin 1983-cü ildə Vyetnama və Vyetnamın birinci Prezidenti Ho Şi Minin 1959-cu ildə Azərbaycana tarixi səfərlərini əks etdirən şəkillər və Azərbaycan xalçası hədiyyə edilib.

Tədbir “Halal” sənayesi haqqında məlumatların paylaşılması, turizm ixtisasının tədris keyfiyyətinin artırılması və beynəlxalq mədəniyyətlərarası mübadilənin gücləndirilməsi baxımından da mühüm rol oynayıb.

Qeyd edək ki, Halonq Universiteti UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan Halonq buxtası kimi dünyanın ən populyar turizm məntəqələrindən birində yerləşir.

Nərgiz Süleymanova

Xəbər Lenti

ADU-da macarıstanlı professorun iştirakı ilə beynəlxalq təlim keçirilib01.12.2025 - 15:00
Cənubi Afrikanın ali təhsil nazirinin müavini BANM-da oldu01.12.2025 - 12:55
BDU-da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Respublika elmi konfransının açılış mərasimi01.12.2025 - 12:40
BDU və Qazaxıstanın Şımkent Universiteti arasında anlaşma memorandumu imzalanıb01.12.2025 - 12:25
Qarabağ Universitetində payız semestrinin aralıq imtahanları uğurla yekunlaşıb01.12.2025 - 12:10
Abituriyentlər imtahandan bir gün əvvəl nə etməlidirlər?01.12.2025 - 11:55
Region şagirdləri dərsə daha çox fokuslanır01.12.2025 - 11:40
Azərbaycanın turizm imkanları Pakistanda sərgidə nümayiş olunub01.12.2025 - 11:25
Azərbaycan Universitetində Təhsil Tələbə Krediti Fondunun infosessiyası keçirilib01.12.2025 - 11:10
Məktəblilərarası Milli Hakaton 350 min şagirdi əhatə edib01.12.2025 - 11:00
Almaniyada ADA Universiteti məzunlarının forumu keçirilib01.12.2025 - 10:45
ATMU-da magistr diplomları bu tarixdə veriləcək 01.12.2025 - 10:30
TKT imtahanına qeydiyyat elan edilir01.12.2025 - 10:15
DİM-də TOEFL iBT imtahanı keçiriləcək01.12.2025 - 10:00
LDU-nun “Enactus” komandasının infosessiyası keçirilib01.12.2025 - 09:45
BSU-nun kollektivi və tələbələri İsmayıllı rayonunda yerləşən DOST Evi filialını ziyarət edib01.12.2025 - 09:20
ABŞ-da çalışan azərbaycanlı alim AzMİU-da seminar keçib01.12.2025 - 09:00
Avropada çoxkampuslu magistr proqramlarına maraq artır01.12.2025 - 08:38
UNEC-in rektoru: Ali təhsilə Malayziya baxışı01.12.2025 - 07:15
Folklor İnstitutunda türkoloji folklorşünaslığın elmi-nəzəri və praktiki aspektləri müzakirə edilib - FOTO01.12.2025 - 07:05
DİM TKT imtahanına qeydiyyat elan edir01.12.2025 - 06:50
“Maarifçi”lər əmək fəaliyyətinə başlayıblar01.12.2025 - 06:46
AzMİU-da təlim: “Əmək bazarı üçün XXI əsr bacarıqları”01.12.2025 - 06:16
BSU-da "ITIC" layihəsi çərçivəsində bəzi işlər təqdim olunub01.12.2025 - 05:14
ADNSU və UFAZ tələbələri üçün hakaton keçirilir01.12.2025 - 05:06
“Miqrasiya Məktəbi 8” layihəsinə start verilir01.12.2025 - 05:03
Oksford lüğəti 2025-ci ilin sözünü açıqladı01.12.2025 - 04:50
"Şəhidin səsi" proqramında Xocalı soyqırımı zamanı əsir düşən ailə ilə görüş keçirilib01.12.2025 - 04:38
Azərbaycan və Ukrayna təhsili arasında fərq nədir? 01.12.2025 - 04:25
İlham Əliyev Laçının işğaldan azad olunmasının növbəti ildönümü ilə bağlı paylaşım edib - VİDEO01.12.2025 - 04:12
Sara xatun — Şərq dünyasının ilk qadın diplomatı01.12.2025 - 03:57
Dekabrın ilk gününün hava proqnozu açıqlandı 01.12.2025 - 03:41
"Şəhidin səsi" proqramının bugünkü buraxılışı şəhid Əliağa Məmmədova həsr olunur01.12.2025 - 03:28
“Məktəblilər arasında Respublika Çempionatı”nın basketbol üzrə zona mərhələsi yekunlaşıb01.12.2025 - 03:15
"YouTube" istifadəçilərdən pasport tələb edir01.12.2025 - 03:02
"ChatGPT"də reklam funksiyası əlavə oluna bilər01.12.2025 - 02:49
XX əsrin ən parlaq kometasının Yerə qayıdacağı tarix açıqlandı01.12.2025 - 02:37
Bu gün hava meteohəssas insanlar üçün əlverişlidir01.12.2025 - 02:23
1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günüdür01.12.2025 - 02:10
1 dekabr - Laçın rayonunun erməni işğlından azad olunduğu gündür01.12.2025 - 02:00
Eksternat imtahanlarına sənəd qəbulunun vaxtı uzadılıb30.11.2025 - 19:56
Mahnı Teatrında şəhid Zaur İsmayılzadənin xatirə gecəsi30.11.2025 - 19:49
Bu gün Dövlət İmtahan Mərkəzində hakimliyə namizədlərlə yazılı imtahan keçirilib30.11.2025 - 19:35
UNEC-in professoru Məhiş Əhmədovun 80 illik yubileyi təntənə ilə qeyd olunub30.11.2025 - 19:20
Dekabrın 19-da xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək30.11.2025 - 19:14
AƏSMA-nın tələbələri “Holberton School Azerbaijan”nın təlimlərini uğurla başa vurub30.11.2025 - 19:05
Millimiz Bakıda uduzdu30.11.2025 - 18:50