Təhsil 365 - Logo Mobile

ABŞ-da çalışan azərbaycanlı alim AzMİU-da seminar keçib

10801.12.2025 - 09:00
ABŞ-da çalışan azərbaycanlı alim AzMİU-da seminar keçib

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Funksional analiz və tətbiqləri elmi-tədqiqat laboratoriyası ilə Ali riyaziyyat kafedrasının birgə təşkilatçılığı ilə Amerika Birləşmiş Ştatları Dakota Dövlət Universitetinin professoru, görkəmli Azərbaycan riyaziyyatçısı Azər Əhmədovun “Hölder teoreminin davamı” mövzusunda elmi seminarı keçirilib.

“Tehsil365”, seminarda AzMİU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Nigar Aslanova çıxış edərək beynəlxalq elmi şəbəkəyə (IRN) qoşulmağın Azərbaycan universitetlərinin qarşısında dayanan prioritetlərdən biri olduğunu bildirib. O nəzərə çatdırıb ki, elmi fəaliyyətin dəstəklənməsi üçün universitetimiz tərəfindən kompleks addımlar atılır: “Beynəlxalq səviyyəli elmi konfransların, seminarların keçirilməsi də bu tədbirlər planının bir hissəsidir. Son iki ay ərzində AzMİU-da Avstriyanın Qrats Texnologiya Universitetinin Riyaziyyat, Fizika və Geodeziya fakültəsinin dekanı, funksional analiz sahəsində tanınmış alim professor Jussi Behrndt, Almaniyanın Otto-von-Guericke Universitetinin (Magdeburq) professoru Holm Altenbaxın bir həftəlik elmi seminar və dərs keçmələri buna sübutdur. Hər iki seminarda digər universitetlərin nümayəndələri də iştirak edib, tanınmış alimlərin təcrübələrindən bəhrələniblər”.

Nigar Aslanova onu da deyib ki, daha çox ənənəvi mövzulara yönələn azərbaycanlı riyaziyyatçıların daha yeni və spesifik problemlərə nəzər salmaları vacibdir.

Seminar zamanı Azər Əhmədov ali riyaziyyatın aktual problemlərindən olan qruplar nəzəriyyəsi, ədədlər nəzəriyyəsi, diferensial həndəsə, cəbr və topologiya mövzularında geniş danışıb.Elmi seminarda iştirak edən professor-müəllim heyəti onları maraqlandıran mövzularda fikir yürüdüb, qonaqla ətraflı müzakirə aparıblar.

Qeyd edək ki, Azər Əhmədov 1974-cü ilin dekabrında Cəbrayıl rayonunun Xələfli kəndində doğulub. 1991-ci ildə orta məktəbi qızıl medalla, 1996-cı ildə Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib. 13 yaşından aktiv riyaziyyatla məşğuldur. Orta məktəbin son 3 ili ərzində Moskva Dövlət Universitetinin nəzdindəki Ümumittifaq Qiyabi Riyaziyyat Məktəbini də bitirib.SSRİ səviyyəli bir neçə riyaziyyat müsabiqəsinin qalibi olub. 1996-cı ildə İtaliyada Beynəlxalq Ali Təhqiqatlar İnstitutunun Funksional Analiz şöbəsinə imtahan verib, qrant alıb 2 ilə yaxın (1998-ci ilin aprelinə qədər) orda tədqiqatçı işləyib.1998-ci ildə Amerikada Yel Universitetinin doktoranturasına qəbul olunub və həmin universitetdə riyaziyyat doktoru dərəcəsi alıb. Dissertasiyasında 20 il açıq qalmış problemi həll edib.

Riyaziyyatda qruplar nəzəriyyəsi, qrupların həndəsəsi, üçölçülü topologiya, erqodik nəzəriyyənin bir çox problemləri ilə məşğul olur, məqalələri riyaziyyat jurnallarında çap edilir.


Nərgiz Süleymanova

Xəbər Lenti

ADU-da macarıstanlı professorun iştirakı ilə beynəlxalq təlim keçirilib01.12.2025 - 15:00
Cənubi Afrikanın ali təhsil nazirinin müavini BANM-da oldu01.12.2025 - 12:55
BDU-da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Respublika elmi konfransının açılış mərasimi01.12.2025 - 12:40
BDU və Qazaxıstanın Şımkent Universiteti arasında anlaşma memorandumu imzalanıb01.12.2025 - 12:25
Qarabağ Universitetində payız semestrinin aralıq imtahanları uğurla yekunlaşıb01.12.2025 - 12:10
Abituriyentlər imtahandan bir gün əvvəl nə etməlidirlər?01.12.2025 - 11:55
Region şagirdləri dərsə daha çox fokuslanır01.12.2025 - 11:40
Azərbaycanın turizm imkanları Pakistanda sərgidə nümayiş olunub01.12.2025 - 11:25
Azərbaycan Universitetində Təhsil Tələbə Krediti Fondunun infosessiyası keçirilib01.12.2025 - 11:10
Məktəblilərarası Milli Hakaton 350 min şagirdi əhatə edib01.12.2025 - 11:00
Almaniyada ADA Universiteti məzunlarının forumu keçirilib01.12.2025 - 10:45
ATMU-da magistr diplomları bu tarixdə veriləcək 01.12.2025 - 10:30
TKT imtahanına qeydiyyat elan edilir01.12.2025 - 10:15
DİM-də TOEFL iBT imtahanı keçiriləcək01.12.2025 - 10:00
LDU-nun “Enactus” komandasının infosessiyası keçirilib01.12.2025 - 09:45
Vyetnamın Halonq Universitetində “Azərbaycan mətbəxi günü” keçirilib01.12.2025 - 09:30
BSU-nun kollektivi və tələbələri İsmayıllı rayonunda yerləşən DOST Evi filialını ziyarət edib01.12.2025 - 09:20
Avropada çoxkampuslu magistr proqramlarına maraq artır01.12.2025 - 08:38
UNEC-in rektoru: Ali təhsilə Malayziya baxışı01.12.2025 - 07:15
Folklor İnstitutunda türkoloji folklorşünaslığın elmi-nəzəri və praktiki aspektləri müzakirə edilib - FOTO01.12.2025 - 07:05
DİM TKT imtahanına qeydiyyat elan edir01.12.2025 - 06:50
“Maarifçi”lər əmək fəaliyyətinə başlayıblar01.12.2025 - 06:46
AzMİU-da təlim: “Əmək bazarı üçün XXI əsr bacarıqları”01.12.2025 - 06:16
BSU-da "ITIC" layihəsi çərçivəsində bəzi işlər təqdim olunub01.12.2025 - 05:14
ADNSU və UFAZ tələbələri üçün hakaton keçirilir01.12.2025 - 05:06
“Miqrasiya Məktəbi 8” layihəsinə start verilir01.12.2025 - 05:03
Oksford lüğəti 2025-ci ilin sözünü açıqladı01.12.2025 - 04:50
"Şəhidin səsi" proqramında Xocalı soyqırımı zamanı əsir düşən ailə ilə görüş keçirilib01.12.2025 - 04:38
Azərbaycan və Ukrayna təhsili arasında fərq nədir? 01.12.2025 - 04:25
İlham Əliyev Laçının işğaldan azad olunmasının növbəti ildönümü ilə bağlı paylaşım edib - VİDEO01.12.2025 - 04:12
Sara xatun — Şərq dünyasının ilk qadın diplomatı01.12.2025 - 03:57
Dekabrın ilk gününün hava proqnozu açıqlandı 01.12.2025 - 03:41
"Şəhidin səsi" proqramının bugünkü buraxılışı şəhid Əliağa Məmmədova həsr olunur01.12.2025 - 03:28
“Məktəblilər arasında Respublika Çempionatı”nın basketbol üzrə zona mərhələsi yekunlaşıb01.12.2025 - 03:15
"YouTube" istifadəçilərdən pasport tələb edir01.12.2025 - 03:02
"ChatGPT"də reklam funksiyası əlavə oluna bilər01.12.2025 - 02:49
XX əsrin ən parlaq kometasının Yerə qayıdacağı tarix açıqlandı01.12.2025 - 02:37
Bu gün hava meteohəssas insanlar üçün əlverişlidir01.12.2025 - 02:23
1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günüdür01.12.2025 - 02:10
1 dekabr - Laçın rayonunun erməni işğlından azad olunduğu gündür01.12.2025 - 02:00
Eksternat imtahanlarına sənəd qəbulunun vaxtı uzadılıb30.11.2025 - 19:56
Mahnı Teatrında şəhid Zaur İsmayılzadənin xatirə gecəsi30.11.2025 - 19:49
Bu gün Dövlət İmtahan Mərkəzində hakimliyə namizədlərlə yazılı imtahan keçirilib30.11.2025 - 19:35
UNEC-in professoru Məhiş Əhmədovun 80 illik yubileyi təntənə ilə qeyd olunub30.11.2025 - 19:20
Dekabrın 19-da xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək30.11.2025 - 19:14
AƏSMA-nın tələbələri “Holberton School Azerbaijan”nın təlimlərini uğurla başa vurub30.11.2025 - 19:05
Millimiz Bakıda uduzdu30.11.2025 - 18:50