Avropada fəaliyyət göstərən bir çox nüfuzlu biznes məktəbi tələbələrə müxtəlif ölkələrdə təhsil alma imkanı yaradan “multi-campus” magistr proqramları təklif edir. Bu model tələbələrə həm akademik, həm də mədəni təcrübə qazandırır.
“Tehsil 365” bildirir ki, bu barədə xarici media məlumat verib.
Bir semestr Parisdə, digəri Berlin və ya Madrid kampusunda tədris olunur. Beynəlxalq şəbəkə qurmaq, dil bacarıqlarını inkişaf etdirmək və qlobal iş imkanlarına çıxış əldə etmək istəyən tələbələr üçün bu proqramlar son illər daha populyar olub.

